Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəbizlikdə xalq təbabəti üsullarından istifadə
Qəbizlikdə xalq təbabəti üsullarından istifadə
Göndərən: Wiyinka
Şərhlər: 20
Baxılıb: 6233
Səs ver:
Qəbizlik ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər.

Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.

Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə "bacara" bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.

Bu problemin həlli məqsədi ilə bu kimi xalq təbabəti üsullarından istifadə edə bilərsiniz:

- Sənna otu dəmləməsi ən yaxşı və tez kömək edən vasitələrdən biri sayılır. 1 çay qaşığı ot 1 stəkan qaynar suda 1-2 saat ərzində dəmlənilir, süzülür və yatmazdan əvvəl 1/2 stəkan miqdarda içilir.

- Murdarça kolu qabığı da çox yaxşı vasitədir. 1 xörək qaşığı qabıqların üzərinə 1 stəkan qaynar su əlavə edin, süzün və gündə 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin.

- Gənəgərçək yağı də çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.

- 4-5 dənə qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.

- 1 xörək qaşığı ağ qarağat (motmotu) giləmeyvələrin üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Sonra süzün, 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

- 2 xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.

- 2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.

- Sadə massaj qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı saat əqrəbi istiqamətində massaj edin.

- Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için. Bu bağırsaqların yaxşı işləməsinə kömək edir.

Bütün bu vasitələr yalnız o halda təsir edə bilər ki, qəbizlik insanda nadir hallarda olur. Xroniki qəbizlik zamanı isə bu vasitələr adətən kömək etmir.

Xroniki qəbizlik xəstəlikdir və bütün digər xəstəliklər kimi mütləq və vaxtında müalicə olunmalıdır. Əks halda xroniki qəbizlik müxtəlif və çox ağır xəstəliklərin inkişafına təkan verə bilər. Bu xəstəliklərin arasında - babasil, düz bağırsağın xərçəngi və s.


Şərhlər: 20
Baxılıb: 6233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ALLAH UZAQ ETSIN.
22 mart 2015 01:58
# 20
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SENSİZ
mendede bu problem var
20 mart 2015 22:44
# 19
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
my_angel
Mende bezen baş verir bele hallar 09 Teşekkürler lazımlı idi.
20 mart 2015 15:06
# 18
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
vipbetul
duzdu mede-baqirsaq yaxsi fealiyyeti olmadiqda tez-tez pozulduqda hokmen hekime muraciyet etmek lazimdi
20 mart 2015 02:17
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Omrumun Ureyi
Men sulu yemekleri sevirem,tez tez de yeyirem.ama ne olsunki illerdir bu problemden eziiyet cekirem.cox pis weydi.mede hezme gede bilmir ve yediklerin bedene sovrulur ve kokelme emele gelir.ama qebizlik yoluna duwende kokelme de azalir.Men i di Herba Floranin Sena cayi icirem.yaxwi tesir edir.meslehetdi.ama bir problem varki bitki caylari ice bilmirem.gucle bogazima tokurem122
19 mart 2015 21:52
# 16
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
Nazan
Diqqete alaram
19 mart 2015 20:33
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Nergizz
ne olsada biraz komek edr,sora yene hemin wey olur,en yaxwisi yawil cay,gunde iki stekan icmek,
19 mart 2015 17:33
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
isveç.de
Qəbizliyin ən yaxşı qarşısın almaq gecə saat 5, 6 arası qaynanmış ilıq su içib yenidən yatmaqla o duzəlir. Birdə uzum yemək çox yaxşıdır. Mən hərgun alma yeyirəm heç xeyiri olmur. Zeytun yağı yaxşıdır.
19 mart 2015 17:21
# 13
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Turkan Abbasova
Ehh . Ne ediremse yene de var bu xestlelik mende.
19 mart 2015 14:47
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
leyla_258
Allah hec kimi qebizlikle uz-uze qoymaqsin.
19 mart 2015 14:43
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ulduz
MENIM VE OGLUMUN YARALI YERIMIZ.O HELE 5 AYLIQDI GUCENIR OLUR PAMADOR KIMI.COX SAGOL AMA DERMAN BELE XEYIR ELEMIR MASAJIDA HER DEQIQE EDIREM
19 mart 2015 14:19
# 10
SEVGI DENIZIM
lazim olsa edecem sukur indi hersey yaxsidir
19 mart 2015 13:31
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Menim balam
Bele problemim yoxdur. Teşekkürler lazım olsa emel ederem.
19 mart 2015 13:19
# 8
Qlamurr
Məndə də problem yoxdu,hərdən olur,onda da quru yeməkləri çox yeyəndə olur,gündə bir alma yeməklədə qəbizliyin qarşısını almaq olar,o zaman mədə-bağırsaq yaxşı işliyir.Əgər ağırlaşmış formadadırsa,davamlı olursa həkimə müraciət etməl lazımda,əks halda çox xəstəliyin başlanğıcı ola bilər.
19 mart 2015 12:19
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Miss_Oxatan
Mende wukur qebizlik yoxdu,olsa da cooox retki olar.wiyinka sagol,faydali xebere gore.bir yaxinim bu prablemden tez-tez eziyyet cekir,sebebide quru yemekler cox yemesidir,ona gonderecem.tewekkurler:)
19 mart 2015 11:41
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
emis
bezilerini bilirdim bunda xetirli oldugunu tesekkurler
19 mart 2015 10:40
# 5
ayshen
Bezilerini bilirdim..
Burda qeyd olunmayib ancaq seherler ac qarina zeytun yagi icmek ve alma yemek de qebzliyi aradan qaldirmaga komek edir..
19 mart 2015 10:39
# 4

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
BARBI
En sade yolu her seher ac qarnina bir stekan iliq su qebul etmekdir cox effektli usuldu
19 mart 2015 09:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melissa
elaa.. mende hemise gebizloik olur
19 mart 2015 09:20
# 2
Fialka
Faydalı məsləhətlərdi, bəzilərini bilirdim qalanınıda öyrənmiş oldum nə vaxtsa lazım ola bilər, bu cür hallarda vəziyyət ağırlaşmadan həkimə müraciət edilməlidir.
19 mart 2015 09:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz