Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın yalan danışmasını nəcə başa düşmək olar
İnsanın yalan danışmasını nəcə başa düşmək olar
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1104
Səs ver:
İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər.

Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.

Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir. Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi - bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.

Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkə etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur.
Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər.

Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün tez-tez udqunur, dodaqlarını yalayır.

İnsanın göz hərəkətlərinə fikir verin. Yalanı gözdən aşkarlamaq metodu: qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalanı danışanın gözləri "gəzir".

Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.
İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya çıxmayacaq.

Yalan danışan insan rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.


Şərhlər: 15
Baxılıb: 1104
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
inanin ezbere bilirdim
29 mart 2015 20:38
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
vipbetul
bezi pravisyanallar varki basa dusulmure
26 mart 2015 17:07
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Bezileri usta olub bawa duwmek olmur
26 mart 2015 15:34
# 13
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
SEVGI DENIZIM
ele insanlar varki yalan danisanda ele danisirki heqiqete oxsayir
26 mart 2015 14:36
# 12
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Fialka
Yalan danışan insanları anlamaq olur əgər tanıdığın biriysə ancaq yalan ustalarını aydınlaşdırmaq bir az çətindi, bunun üçünsə bu məlumatlar hardasa faydalı ola bilər.
26 mart 2015 11:42
# 11
cinqosh
məktəbdə müəllimdən yalandan icazə alanda özmdən asılı olmayaraq əlimi saçıma aparmışdım. məllim dərhal tutdu söhbəti.yaman prt olmuşdum. 06
26 mart 2015 11:37
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ulduz
bele seylerde ggozu aciq oluram.hec kes aldada bilmez.o barede qurdam cadu

bele seylerde ggozu aciq oluram.hec kes aldada bilmez.o barede qurdam cadu
26 mart 2015 11:10
# 9
ece uslu
hec yalan daniwa bilmirem qizariram ve gulurem bilinir
26 mart 2015 10:44
# 8
Ask Doktoru
Ele cox yalan danismiram ele insan var uc sozunden ikisi yalandi birinede supe besleyirsen
26 mart 2015 09:59
# 7
Aliye
emis
hec kim demesin ki yalan danismamisam hamimiz danismisiq men de danismisam yeri gekende ama qarsimdakinin yalan danisdigini cetinlikle anlayrram ama gec de olsa anlayiram tesekkurler
26 mart 2015 09:42
# 6
BARBI
Men yalan danisan insan o deyqe anlayiram hec vaxt insanin gozune baxmir ellerden cox istifade edir bu hallarda bilirem ki yalan danisir
26 mart 2015 09:28
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Bu bacarqımda secilənlərdənəm ( yaxşı sey olsa edə bilmərəm ee 23) yalan danışmağı bacarıram
26 mart 2015 09:25
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
aziz a
Bilmirem bu xeber tekrardiya yox,amma men bele bir movzuya serh yazmisdimki, inandirici bir sey olmayanda men bunun yalan oldugunu anlayiram...Basima gelib bele hadiseler,ustune getmisem, sonda yalan dediyini oyrenmisem.
26 mart 2015 08:43
# 3
Qelbim doludu !!!!
Miss_Oxatan
Az cox melumatim var idi,diqqetle oxudum ve yaddawima yazdim.
26 mart 2015 08:11
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ayan97
Qarsimdaki yalan danisarken en cox gozlerine el jestlere birdeki danisigina fikir verirem. Yalani sevmirem
26 mart 2015 07:59
# 1
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz