Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qış yorğunluğuna qarşı 10 təklif
Qış yorğunluğuna qarşı 10 təklif
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 623
Səs ver:
Günəşin isti üzünün artıq bizi tərk etdiyi aylardayıq. Bu da bir çoxumuz üçün başlı başına bir depressiya səbəbi. Və təbii bu aylar ən çox səhərlər məcbur edir bizi. Yaxşı, yataqdan sürünərək çıxmaq yerinə qanadlanaraq qalxmaq istəməzsinizmi? O halda təkliflərimizə qulaq asın…
1.Qaranlıqdan qaçının!
Qaranlıq səhər olduğunda belə itməmişsə, öz günəşinizi özünüz meydana gətirin. Başınızda yandırdığınız gecə lampası sizə bu mövzuda köməkçi olacaq. Beləliklə səhər daha rahat oyanacaq və yataqdan daha asan qalxa biləcəksiniz.

2.Duşa girin!

Oyanmaq üçün isti soyuq duşlar qədər təsirlisi yox. Beləliklə nəm maddələr mübadiləniz hərəkətə keçəcək, immunitet sisteminiz güclənəcək. Ən pis havalarda belə rejiminiz səhər duşu köməyiylə düzələr.

3.Səhər bir qurtum su!

Səhər oyandıqdan dərhal sonra böyük bir qurtum su içmək, maddələr mübadiləsini işlədir. Yatağa gedərkən başınıza mütləq bir stəkan su da alın. Mineral suyun məzmunundakı karbonik turşunun oyandırma təsiri sizi daha asan günə hazırlayacaq, bu da ağlınızda olsun.

4.Gecədən bir qurtum su!

Eyni şey tam tərsi olaraq da işlədilə bilər. Köhnə bir qırmızıdərili ənənəsi, yatmadan əvvəl içilən bir stəkan suyun sizi daha səhər saatınızın zəngi çalmadan oyandıracağını zəmanət edir. Bəhsə girərik sonrasında artıq yuxunuz qaçmış olacaq.

5.Cazibədar bir hədəf meydana gətirin!

Saat zəngini oyanacağınız saatdan daha erkən bir saata almağı nə deyərsiniz? Beləcə daha erkən oyanaraq özünüzə daha çox zaman ayıra bilərsiniz. Bəlkə, axşam əlinizdən buraxa bilmədiyiniz kitabınızdan bir neçə səhifə daha oxuya bilər ya da özünüzü gözəl bir naharla mükafatlandıra bilərsiniz.

6.Bədən saatınıza güvənin!

Oyanma vaxtınızdan yarım saat erkənmi oyandınız? Əsla təkrar yatmağı sınamayın. Əks halda daldığınız dərin yuxu saat zəngini eşitmənizə maneə törədə bilər. Yataqdan qalxın, bir iki kiçik bədən məşqi edin. Və bir neçə dəqiqə erkən oyandığınız üçün xoşbəxt olmağı təcrübə edin.

7.Qəhvə hazır!

Bir çox insan səhərlər qəhvə içmədən özünə gələ bilmir. Qəhvə maşınınızı və qəhvə fincanınızı axşam yatarkən hazırlasanız, səhər oyandığınızda qəhvə hazırlamaq üçün çox yorulmazsınız.

8.Ediləcəklər siyahınızı hazırlayın!

Bir məqsədiniz olmadan yataqdan qalxma fikri sizə də uzaq gəlirmi? O zaman axşamdan bir ediləcəklər siyahısı hazırlayın. Sabahısı gün üçün mütləq ağılınızda olan şeylər vardır. Bu şüurla ertəsi səhər yataqda miskinlik etmək istəməyəcəyinizdən əminəm.

9.Təkrarlamanı vərdiş halına gətirin!

Yatağa nizamlı olaraq eyni saatda getmək və səhərlər eyni saatda qalxmaq bədənin yükünü yüngülləşdirməyə köməkçi olur. Eyni şey həftə sonları üçün də etibarlıdır. Bu mövzuda nizamsız davranmaq bədənin iç saatının qarışmasına gətirib çıxarır. Bədən bu vəziyyətdə yatmasımı oyanıq qalmasımı lazım olduğuna qərar verə bilmir.

10.Saatınızı uzağa qoyun!

Səhər oyanmanın ən təsirli yollarından biri də saat zəngini yataqdan uzağa qoymaqdır. Bu vəziyyətdə zəng çaldığında qalxmaqdan başqa çarəniz qalmayacaq.


Şərhlər: 15
Baxılıb: 623
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ask Doktoru
Usaqlisan demek olar oyresmisem
26 fevral 2015 20:33
# 15
Aliye
Sucan
Men usaq vaxtinan beleyem ki ne gece yata bilirem nede sabah qalxa bilirem telefonu qurub zornan qalxiram
24 fevral 2015 23:12
# 14
Nazan
cox tewekkurler bunlari bilmek faydalidi
24 fevral 2015 20:37
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
cinqosh
Saat zəngini oyanacağınız saatdan daha erkən bir saata almağı nə deyərsiniz? Onu deyərəm ki,O bir saatı 5 dəqqə yatım, 5 dəqqə yatım, 5 dəqqə də yatım deyərək keçirərəm məndə ki bu qədər yatmaq həvəsi var.
24 fevral 2015 10:40
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
lili)
dusa girmek insani doqurdanda yungullesdirir nefes alir ele bilki bedenin
24 fevral 2015 08:53
# 11
ŞehZam
6.Bədən saatınıza güvənin!
Oyanma vaxtınızdan yarım saat erkənmi oyandınız? Əsla təkrar yatmağı sınamayın. Əks halda daldığınız dərin yuxu saat zəngini eşitmənizə maneə törədə bilər. Yataqdan qalxın, bir iki kiçik bədən məşqi edin. Və bir neçə dəqiqə erkən oyandığınız üçün xoşbəxt olmağı təcrübə edin.

Bax bunu edə bilmirəmmm 18
24 fevral 2015 04:00
# 10
aziz a
Seher ayilmaqla bir problemim yoxdu, saatin qurulmasindan cox, oz beynime bunu hekk etdimse, budilnik calinca men ayilib onu sondururem, belkede subhe ayildigim ucun beleyem..
23 fevral 2015 23:57
# 9
Qelbim doludu !!!!
sona
duwa girmek bax bu heqiqeten hem yorgunlugu alir hem ehval ruhiyeni deyiwir. Men soyuqdam gelende hemiwe duwa girirem sora canim qizinir.
Tewekkur
23 fevral 2015 23:46
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
gece ne qeder gec yatsamda seher tez dururam oyresmisem bele calisacamki bezilerine emel edeim
23 fevral 2015 23:40
# 7
qonaqa
Qis feslini sevirem
23 fevral 2015 23:23
# 6
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Qlamurr
Yazılanların çoxuna əməl etmirəm,səhər də durmaq mənimçün çox çətindi,səbəb də gecə gec yatmağımdı....
23 fevral 2015 23:00
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
xeyalperest
Yorgunluq tenbelikk of of.axrincini men edirem ama tesir etmir dura gerem sondurem yatram tewekkur
23 fevral 2015 22:34
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aynur2002
En çox yay fəslindən xoşum gəlir.Ay da nə vaxt gələcək yay?Olduk daha soyuqdan ates
23 fevral 2015 22:19
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Mende qisda cox yorgunluq olur hemise yatmaq isteyirem
23 fevral 2015 21:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məsləhətlərdi yorğunluq fəsilə baxmır məncə ancaq qeyd olunan məsləhətlərdən etdiklərim var
23 fevral 2015 21:33
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz