Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdəki mənfi auranı dağıdan sirli harmoniya
Evdəki mənfi auranı dağıdan sirli harmoniya
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 1015
Səs ver:
Evdəki mənfi auranı dağıdan sirli harmoniya:

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır.

Bəzi evlər olur ki, ora girəndə çıxmaq istəmirsən. Bəzən isə çox bahalı mebellə bəzdilmiş, son dəbə uyğun dizaynı olan evdən qaçmaq istəyirsən. Bəs bu, nəyə görə baş verir? Mütəxəssislərin fikrincə, evdə müsbət enerjinin olması insanları cəlb edir, rahatlıq gətirir, əks halda isə insan həmin yerdə sıxılmağa başlayır.

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır. Bu səbəbdən də son zamanlar evə Fen-Şuy prinsipinə əsaslanaraq düzgün dizaynın verilməsi dəb halını alır.

Fen-Şuy – sirli harmoniya
Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN tarazlığını qorumağa çalışın.

Dizaynda İn və Yan prinsipi
Evin dizaynı zamanı İn və Yan faktorları nəzərə alınmalıdır. İnteryerdə İn faktoru şimal tərəfdir. Evin şimal tərəfi sakit olmalı və nisbətən az işıqlandırılmalı, şimal tərəfdə mebel və divarlar nisbətən tutqun çalarlarda işlənməlidir. Adətən yataq otağı və ya istirahət üçün nəzərdə tutulmuş guşə evin şimalında yerləşdirilməlidir.

Yan faktoru evin cənub tərəfidir. Bura musiqinin, başqa səslərin gəldiyi yer, parlaq və açıq rənglər, işıqlandırma və isitmə üçün nəzərdə tutulan xüsusi avadanlıqlar, evə əsas giriş, iş otağı, qonaq otağı, trenajor zalı, ümumiyyətlə, aktiv fəaliyyətlə bağlı sahələr xasdır.

Otağın cənub tərəfini həddindən artıq qaranlıq etmək olmaz. Bu halda həmin otaqda İn faktoru üstünlük təşkil edəcək. Bu da müsbət enerjini evin həmin hissəsindən geri itələyəcək. Amma daim yüksək səsli musiqi qoşub evin divarlarını iri şəkillərlə bəzədikdə Yan faktoru həddindən artıq artacaq ki, bu da evin aurasına mənfi təsir göstərəcək. Ən əsası Yan və İn faktorunu nəzərə alaraq evin dizaynında harmoniyanı qorumaqdır.

Yataq otağı evin İn faktoru olan hissəsinə aiddir. Bu səbəbdən də yataq otağında pastel rənglərdən istifadə etmək yerinə düşər. Alaqaranlıq işıqlanma və çox da hündür olmayan yataq dəsti bu yer üçün münasibdir.

İş otağı aktiv fəaliyyət tələb etdiyi üçün bura üçün Yan faktoru xasdır. Divarlar və mebel açıq çalarlarda işlənməli, hündür mebellər seçilməli, otaq yaxşı işıqlandırılmalıdır.

Evdə hansısa sahənin yoxluğu sizə pis təsir edə bilər
Müasir evlərdə cəhətlərdən (şimal, cənub, şərq, qərb) hansısa olmaya bilər. Lakin Fen-Şuya nəzarən bu cür mənzillər orada yaşayanlara və sahibinə pis təsir edir. Belə evlərlə yaşayanlar arasında energetik bağlılıq çox zəif olur.

Əgər evin cənub küncü, tərəfi yoxdursa, evin sakinləri müsbət emosiyalar az yaşayırlar. (Misal üçün, Г və başqa qeyri-adi quruluşda olan evlərdə hansısa tərəf olmaya bilər).
Şimal küncü yoxdursa, belə evdə fikri cəmləmək, düzgün düşünmək çətinləşir.
Qərb küncü yoxdursa, bu evin sakinləri inanclara çox fikir verəcəklər.
Şərq tərəf yoxdursa, insanlarda mübarizə aparmağa meyl azalır. Onlar öz gələcəkləri üçün çalışmaqdan imtina edirlər.
Evin hansısa tərəfinin olmaması evin abu-havasına o qədər də mənfi təsir etmir. Lakin ev və orada yaşayanlar üçün evin hansısa tərəfində qəbiristanlığın, barın, həbsxananın, xəstəxananın olması pis nəticələnir. Belə yerlərdən evə mənfi enerji "Şa” axır.

Sakit axan su
Evin pəncərəsindən dəniz, çay, su hövzəsi görünürsə və bu su sakitdirsə, belə evin Fen-Şuyu çox yaxşıdır. Lakin nəzərdə saxlayın ki, ev su ilə sahilin bitişdiyi yerdə və ya suyun üstündə salınmamalıdır. Belə ki, bu zaman suyun enerjisi stabil təsir etmir.

Yollar
Evin ətrafında maşınların sakit şütüdüyü yollar da "Tsi” enerjisinin ötürücüsü rolunu oynayır. Lakin əgər maşınlar sürətlə gedirsə, "Tsi” enerjisi "Şa” enerjisinə çevrilir.

Park və meşələr
Evin yaxınlığında yaşıllığın olması "Tsi” enerjisinin bolluğuna gətirib çıxarır. Lakin saralmış və solmuş bitkilər "Şa” enerjisinin hökm sürdüyünə işarə edir.

Pəncərədən görünən təpələr də öz müsbət enerjisi ilə evi dolduracaq. Lakin bu o demək deyil ki, ev təpənin zirvəsində olmalıdır. Belə ki, evin zirvədə tikilməsi müsbət "Tsi” enerjisinin toplanmasına imkan vermir.

Yaşadığınız yerin yanında insanların savad almağa, bacarıqlara yiyələnmək istədiyi yerlər, misal üçün, idman və təhsil müəssisələri, kitabxana, uşaq bağçası, istirahət mərkəzlərinin olması da müsbət haldır.

Təmiz vəziyyətdə olan bazarlar, ərzaq mağazaları, ticarət mərkəzləri "Tsi” enerjisinin yaranmasına xidmət edir. Lakin natəmiz olan bazar və başqa ticarət mərkəzləri evdə pis Fen-Şuyun formalaşmasına gətirib çıxarır.


Şərhlər: 11
Baxılıb: 1015
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
bezen ele eve girirem ki aurasi temizliyi meni qane etmir her evde cay ice bilmirem
5 aprel 2015 14:25
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
hec fikir vermemisem bele seylere maraqlidi
5 aprel 2015 14:25
# 10
Tomris Müslümova
men yox ama mama hiss eliyendi aurani
5 aprel 2015 13:25
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
evde musbet aura olmasi yaxsidi,esasi ise evin genishliyi renglerin duzgun secilmesidir
5 aprel 2015 12:55
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Dogrudur bezi evlere girende bir agirliq cokur insanin uzerine bu da menfi aura ile elaqelidir. Tesekkur
5 aprel 2015 11:29
# 7
Немного терпения, и у тебя все получится..
arzum-aysum
həqiqətən de menfi aura olur. insanlarda da,evde de olur bu cur menfi aura. fen suy haqqında eşitmişdim. amma bu cur seylere inanmıram, emel de etmirəm
men umumiyyetle evin daha çox debdebeli deyil sirin olmasina üstünlük verirəm. aydin, isiqli, ferah, gullu ve cicekli
5 aprel 2015 10:58
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Maraqlı xəbərdi bu aura məsələsini həm hər hansı evdə,həm də insanda hiss etmişəm,demək bu evi yalnış dizayn etməklə bağlı olan bir problemdir.təşəkkür
5 aprel 2015 10:39
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayan97
Tanmm raziyam ele eve gediren evin aurasi meni pis edir. Amma oz otaguim evom menim aurami yuksek.edir
5 aprel 2015 10:23
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nezka
Evdəki mənfi auranı dağıtsam da mənimki dağılan deyıl
5 aprel 2015 10:09
# 3
İçimi görsən mənə aptek alarsan.
BARBI
Mende de bu hal olur bezen cox qeseng bir evdi her seyiyle mukemmel ama men orda darixiram bezense adi ve kasib bir evdir ama men orada ozumu xosbext hiss edirem. Mencede aura evde en onemli seydir
5 aprel 2015 10:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Evdə olan o auranı hiss etmişəm bəzən elə evə gedirsən ki, aurası insanı sıxır ancaq eləsi də olur ki, xoş gəlir ev və burda qeyd olunanlar haqqında məlumatım olmasada ev interyerində elə nüanslar var ki, yanlış dizayn olanda evin aurasıda yaxşı olmur.
5 aprel 2015 09:58
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz