Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurtanı yedikdən sonra qabığını atmayın
Yumurtanı yedikdən sonra qabığını atmayın
Göndərən: Wiyinka
Şərhlər: 19
Baxılıb: 1673
Səs ver:
Müntəzəm olaraq qida rasionumuza daxil etdiyimiz yumurtanın sağlamlıq üçün dəyəri haqqında çox şeylər bilsək də, yumurta qabığındakı faydalardan yəqin ki, çoxları xəbərsizdir.
Amerika və Hollandiya alimləri yumurta qabığını rəsmi kiliniki sınaqdan keçirərək, aşkar ediblər ki, o ideal və təbii kalsium mənbəyidir. Bununla yanaşı, yumurta qabığının tərkibi insan orqanizmi üçün vacib olan fosfor, maqnezium, kalium, natrium, dəmir, mis, silisium, amin turşuları və digər komponentlərlə zəngindir.

Yumurta qabığı orqanizm tərəfindən olduqca asan mənimsənilir.

Tərkibinə görə yumurta qabığı insanın sümüklərinə və dişlərinə oxşayır. O beyin hissədə olan sümüklərdə qan hücəyrələrinin istehsalında fəal iştirak edir.

Yumurta qabığı ürək və göz əzələlərinə müsbət təsir göstərərək onları möhkəmləndirir.

Sinir sistemi üçün də yumurta qabığı xeyirlidir.

Həmçinin qəbzlik zamanı yumurta qabığı effektli təsirə malikdir.

Dırnaqları və saçları kövrək olanlar üçün yumurta qabığı əvəzolunmaz təbii dərman vasitəsidir.

Mədədə olan ağrılardan qurtulmaq üçün 10 gün ərzində gündə bir dəfə yeməkdən qabaq yumurta qabığından istifadə etmək problemi aradan qaldırır.

Hələ qədim vaxtlardan xalq təbabətində böyrəklərdə və sidik kisəsində daşları parçalamaq üçün yumurta qabığından istifadə ediblər. Bunun üçün üzüm şirəsinə yumurta qabığı əlavə olunur və gün ərzində 10 qram qəbul edilir.

Kiçik yaşlı uşaqlar üçün yumurta qabığı olduqca faydalıdır. Kalsiumla zəngin olan yumurta qabığını bir yaşdan başlayaraq uşaqların qida rasionuna daxil etməklə onlarda sümüklərin inkişafı və möhkəmlənməsi təmin olunur.

Azyaşlı uşaqlarda rast gəlinən raxit xəstəliyinin müalicəsində yumurta qabığını təbii dərman saymaq olar.

Bəs yumurta qabığını istifadəyə necə hazırlamalı?

Bunun üçün çiy yumurta isti suda sabunla yuyulur, axar suda yaxşıca yaxalanır. Sonra yumurtanın ağı və sarısı boşaldılır, qabıqlar yenidən yuyulur. Yuyulmuş qabıqlar 3-4 saat ərzində isti otaqda saxlanılaraq qurudulur. Günəş şüaları altında qabıqların qurudulması məsləhət görülmür. Quruduqdan sonra üyüdücüdə toz halına düşənə qədər üyüdülür.

Uşaqlar üçün istifadə olunacaq yumurtanın qabığını qurutmamışdan qabaq 5 dəqiqə qaynar suda saxlanılması tövsiyə edilir.

Hazırlanmış yumurta qabığını 1-2 qram sıyıqlara, kəsmiyə, süzməyə əlavə etməklə istifadə etmək olar. Yaxud həmin miqdarda yumurta qabığının üzərinə 1-2 damcı limon şirəsi əlavə edib qəbul etmək də olar.

Yumurta qabığından istifadə etdikdə kənd yumurtasına üstünlük verilməlidir və orqanizmin fərdi xüsusiyyətlərini, bu vasitə ilə müalicə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.


Şərhlər: 19
Baxılıb: 1673
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
qabiqini usaqlara verirler kalsi catismazliqinda
23 fevral 2015 08:52
# 19
FISTIK
bilirem faydalidi amma yeye bilmerem en coxda toz seklinde yediyin yemeye sepib yeyende kalsi artiri. bilirdim twk faydali xeberdi.
23 fevral 2015 02:35
# 18
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
uliçka
yumurtadan urgənirəm yemirəm
22 fevral 2015 22:54
# 17
Həyat kino kimidir,ən marağlı anında bitir
EsmaNur
faydali melumatdi tesekkür
22 fevral 2015 21:19
# 16
rosh-nura
Teşekürler cox saqolun.hec bilmirdim
22 fevral 2015 18:46
# 15
rəmsə
Uşaqlar balaca olanda istifadə etmişəm toz halında.Amma bu qədər çox faydasını bilmirdim
22 fevral 2015 15:28
# 14
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
leyla_258
men yumurta yemirem,mene ziyandir,onsuzda sevmirem....
22 fevral 2015 15:05
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Rahila
Eşitmişdim degig melumatlandim. Teşekkur
22 fevral 2015 14:16
# 12
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
ILAHE_
Yumur tani sevirem. Amma qabigi toyugun munasib yerine deyir deye istifade ede bilmerem.
22 fevral 2015 14:14
# 11
qanadli melek
Bilmirdim.indi bildim tewekkurler
22 fevral 2015 14:07
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Gulu-Qezi
bilirdim bu hakda
22 fevral 2015 13:46
# 9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Tomris Müslümova
dislere vapse xeyirlidi bu..
22 fevral 2015 13:30
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Melissa
tskrler bilirdim
22 fevral 2015 12:15
# 7
Qlamurr
Bu haqda bilirəm,ancaq istifadə etməmişəm...tşk...
22 fevral 2015 12:07
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
faydasini bilmirdim ama qadim qadin var o qurudub xirt xirt yeyir
22 fevral 2015 11:49
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
emis
men bilirdim bunu nenem hemise ele eliyir cox xeyirlidi qurudur sorada kofa-moykadan kecirir nedese istifade eliyir bizede deye-deye qalirki xeyirri seydi sizde isdedin
22 fevral 2015 11:41
# 4
BARBI
Mende ne yumurtani ne deki qabigini yeye bilmirem
22 fevral 2015 11:04
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
Yumurta wabiginin faydalarini bilirem. ama iyrenirem qabiginnan. Hetda yumurta soyutmasina birden birazca qabiq qariwsa lap cuzi qariwqa boyda olsa bele gormeden agzima gedirse pis derecede iyreniem. Bir cur dadi olur
22 fevral 2015 10:53
# 2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fialka
Yumurta qabəğının insan orqanizmi üçün faydalı olduğun bilirəm ətraflı məlumat üçün təşəkkürlər
22 fevral 2015 10:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz