loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Unutqansınızsa bunlara əməl edin
Unutqansınızsa bunlara əməl edin
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1270
Səs ver:
Mütəxəssislər qidalanmanın birbaşa beyinə təsir etdiyini bildirirlər. Ona görə də unutqanlıq, diqqətsizlik daha çox keyfiyyətsiz qidalanmadan və qidalanma rejiminin pozulmasından irəli gəlir.

Şirniyyat və şirniyyat məmulatları, fəst food, qızardılmış, işlənmiş və ya əvvəldən bişirilmiş, çox duzlu yeməklər, sosiska, kolbasa beyinə mənfi təsir göstərərək, düşünmə qabiliyyətini zəiflədir, alshaymer xəstəliyinə, hətta beyin sinirlərinin, mərkəzi sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Ona görə də beyinin daha yaxşı qidalanmasını təmin etmək üçün qida seçimi əsas şərtdir.

Məsələn, səhər yuxudan oyananda aclıq səbəbindən, belə demək mümkünsə, beyinin enerji anbarı boş olur. Odur ki, "artıq gecdir, günorta yeyərəm” düşüncəsi ilə səhər saatlarını ac yola verməyin. Vaxtında, keyfiyyətli, rejimlə qidalanmaq lazımdır. Çünki aclıq, deyildiyi kimi, yaddaşsızlığa, unutqanlığa və s. mənfi amillərə şərait yaradır. Xüsusilə, səhər yeməyində zülal və karbohidratla zəngin qidalara üstünlük vermək beyinə müsbət təsir göstərir. Bunun üçün buğda və ya çovdar çörəyi, pendir və ya yumurta, süd ən yaxşı zülal və karbohidrat mənbəyidir.

Fındıq, çiyələk, banan kimi qidalarda "xoşbəxtlik hormonu” kimi tanınan seratonin olduğu üçün iclasa, seminarlara və ya imtahana hazırlaşarkən adıçəkilən məhsullardan yararlanmaq məsləhətdir.

C vitamini beyinin daha fəal çalışması üçün vazkeçilməz qida elementidir. Bu səbəblə tünd yaşıl yarpaqlı tərəvəzlərə, portağal, qovun, yaşıl bibər, pomidora üstünlük verilməlidir. Sağlam qidalanma ilə yanaşı, həftədə 3-4 gün fiziki iş də görmək lazımdır ki, beyinə oksigen axını daha da sürətlənsin.

loading...
Şərhlər: 9
Baxılıb: 1270
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Eynen men saat 12-de dururam yuxudan ve gunorta yeyerem deyib yemek yemirem yesem bele wirniyatla cay icirem. Ona gorede unutqanligim varm tewekkur bele gozel xeber ucun
12 fevral 2015 00:44
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
men daha cox qoydugum esyalarin yerini unuduram
12 fevral 2015 00:14
# 8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
emis
mende lap cox olur unutqanliq tez qocaliram deyesen burda yazilan seylerden yeyirem ona gore imis
11 fevral 2015 16:51
# 7
Fialka
Faydalı xəbərdi şükür belə bir problem yaşamıram bəlkədə qidalanmama diqqət edirəm ona görə təşəkkürlər
11 fevral 2015 15:08
# 6
AYKA-ISI
helede unutqan deyilem.ama arada olur neyise unuduram

helede unutqan deyilem.ama arada olur neyise unuduram
11 fevral 2015 12:52
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Menim balam
Unutqan deyilem. Bir sözle yaddaşim 07
11 fevral 2015 12:17
# 4
Tomris Müslümova
yaddasim cox yaxsidi ama mamam..... 28
11 fevral 2015 12:03
# 3
★Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
Qlamurr
Şükür unutqanlıq problemim yoxdu,ancaq qidalanmama fikir verirəm....tşk canım....
11 fevral 2015 11:24
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Unutqanam ozude en pisi bir soz desen seheri unuduram
11 fevral 2015 10:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz