Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Telefonunuz suya düşsə nə etməlisiniz?
Telefonunuz suya düşsə nə etməlisiniz?
Göndərən: Miss_Oxatan
Şərhlər: 21
Baxılıb: 2264
Səs ver:
Zəmanəmizdə balaca uşaqlardan tutmuş, ağsaqqal ağbirçəklərə qədər hamının əlində telefon var. iPhone, Blackberry kimi bahalı telefonların da dəbdə olduğu cəmiyyətin tərkibində yaşadığımızı da nəzərə alsaq, hər halda heç kim telefonunu bir anda suyun içinə salıb, xarab olması ilə razılaşıb sakit sakit telefonundan əl çəkməz.
 
Hər bir telefon suya düşəndə xarab ola bilər, amma onu da deyim ki hər bir suya düşən telefonu xilas etmək də sizin əlinizdədi. Sadəcə aşağıda yazılanları etməlisiniz:

Həmin dəqiqə telefonun batereyasını çıxarın! Qurutmağa başlamamışdan əvvəl bunu edin və qətiyyən ən az 2-3 gün telefonu yandırıb işləyirmi deyə yoxlamağa çalışmayın!!!
Əgər telefonunuzun batereyası çıxmırsa (iPhone – iPadlərdə olduğu kimi), o zaman telefonunuzu söndürün, çünki telefonu suya düşəndə xarab edən içindəki suyun miqdarı deyil, baş verən qısa qapanmalardı. Telefon sönük olsa qısa qapanma da olmaz
Telefonu sondürdünüzsə, vəya telefonunuz aldığı zədə səbəbiylə sönmürsə, yandırıb söndürmək düyməsi işləmirsə (məndə məsələn belə olmuşdu, yaxşı ki bu yazılanları etdim, indi təptəzə iPhone kimi işlədirəm), o zaman artıq telefonu qurulamağa başlaya bilərsiniz. Çalışın elə şeylə qurulayın ki həm suyu tez canına çəkə bilsin, həm də telefonu cızmasın.
Daha sonra, telefonu bacardığınız qədər parçalara ayırıb (qapağını, sim kartını, yaddaş kartını, batereyasını və s. çıxarıb) toz soranla içini qurulayın. Saç qurudan fen də istifadə etmək olar, amma sadəcə soyuq temperaturda!!! Fen isti hava verirsə istifadə etməyin, telefonun çiplərinə çox böyük zərər verə bilərsiniz.
Daha sonra böyük bir qabın içinə düyü doldurun (pişməmiş, bərk düyü) və telefonu düyünün içinə basdırın. Düyü telefonun içindəki suyu 2-3 günə öz canına çəkəcək. 2-3 gün telefon düyünün içində qalsın.
3 gün keçəndən sonra telefonu düyünün içindən çıxarıb üfləyib təmizləyin, içində düyü qalıb qalmadığına fikir verin, daha sonra telefonu yandırın. Çox güman ki üstdəki mərhələləri düzgün və cəld yerinə yetirmisinizsə, telefon işləyəcək
Əgər telefonun səsi çıxmırsa (iPhonlarda olur bu hadisə daha çox), və ya bəzi kiçik fiziki detallar tam işləmirsə, ən az 2 həftə düzəlməyini gözləyin. Şəxsən mənim iPhonumun səsi 10cu günündə düzəlmişdi.
Yuxarıdakı göstərişləri yerinə yetirsəniz, ümid edirik ki, telefonunuza heçnə olmaz. Son olaraq təbii ki telefonunuzdan bu başdan muğayat olmağınızı, cibinizdən çıxararkən telefondan bərk yapışmağınızı və əlbəttə suya salmamağınızı ümid edirik.


Şərhlər: 21
Baxılıb: 2264
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Telefonun suya dusmesi inanin menim dusurtduyum yerden min defe yaxsidi))Telefonum bu saytda veylenirdim bir elimde telim bir elimdede usaqlara kaşa bisirirdim))kenara qoymaq isteyirdim ki,getdi bismis kaşanin icine telefonnan bir yerde yemekde sak sak qaynayirdi122 122 Qalmisdim meetel neyleyim neylemeyim elime bir qasi bir elimede desmal telefonumu cixartmaq isteyirem yapisip qazanin dibine122 ovsim gucle cixartdim... telden bir qeseng sud tokulur gel goresen122 Qeribeside o idiki bisen yerden cixan tel isleyirdi))nausnik salan yer zaratnik salan yer diktafon hamisi kasayla kef eleyirdi)telefon telefon olani bele dadli yer gormemisdi)))))))Sondurdum teli tel qurumusdu biraz kecdi ozu sondu)Nene babadan esitdiyim bir qayda qalmiisdi aglimda tel suya dusende fenle qurutmaq ))apardim telimi qeseng qurutdum)))Qurutmaqda ne qurutmaq qapqaynaq elemisem telimi yenede telim qurutmamisdan qabaq yanirdi qurudandan sonra hec yanmmadi122 sonra girdim kompa axtarisa vermeye telefon kaşaya dusende ne etmek olar gordum bu barede melumat yoxdu ancaq suya Dusmek baresinde melumat var))))Orda oxuduqlarimdan sonra duyunun icine salin yazmisdilar bir qab duyunun icine qoydum suyunu cekir deye melumat yazilmisdi)amma mende suya dusmemiisdi axi yemeye dusmusdu)))Her neyse getdi ustaya usta onun icinde ne qeder qerkules var idi cixartmisdi))))ustadan gelenden sonra bir isledi bir yeri. Xarab oldu maqzim curumusdu o telim ile.tebii cezalndirmaq ucunde teze tel alminmirdi ))))Defelernen ustaya gedis gelis olundu axirda teze tel mene qismet oldu)))Siravno basina oyun gelmis teli aparib tullamaq meslehetdi nede olsa hele problemi olur.
27 yanvar 2015 12:27
# 21
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
uliçka
Allah qorusun )))
27 yanvar 2015 02:08
# 20
Həyat kino kimidir,ən marağlı anında bitir
ece uslu
allah qorusun tefonumu 122
27 yanvar 2015 01:06
# 19
Nazan
boooooooy deli olaram
26 yanvar 2015 21:07
# 18
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
ay kewke mende de olsa bunlardan ALLAHIM.....
26 yanvar 2015 16:19
# 17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
emis
cox olub bizde
26 yanvar 2015 15:44
# 16
ayan97
Menim teldonum dusub suya soram isdemesi memde tazaesini aldim 03
26 yanvar 2015 14:55
# 15
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
arzum-aysum
Menim iki defe tel.num dusub suya. Birinci de xam idim xarab oldu. İkinci defe de keçən il olmuşdu. Sondurdum iki uc gunden sonra isledi
26 yanvar 2015 14:12
# 14
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
FISTIK
menimde dusmiyub twk faydali xeberdi.
26 yanvar 2015 13:52
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
neri
faydali xeberdi
26 yanvar 2015 13:37
# 12
Sert
rəmsə
Gedib telefonumu suya atıb yoxlayacam122122122
26 yanvar 2015 13:12
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Gulu-Qezi
faydali xeberdi bilirdim bu hakda ama duyunu bilmirdim
26 yanvar 2015 13:07
# 10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
sona
Bir telefon eger auya duwubse ne elesekde geci tezi icindeki platadaki sxemler curuyur. Ve mueyyen fesadlarla ozunu biruze verir. Xeber ucun twk
26 yanvar 2015 13:00
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
adsiz-a
xebere qore twk.cox fatdali xeberdi
26 yanvar 2015 12:38
# 8
Fialka
telefonum suya dusmeyib duserse bilirem artiq neynemek lazimdi,birdeki ele telefonlar varki su tesir etmir,yenede faydali xeberdi
26 yanvar 2015 12:31
# 7
Qlamurr
Məndə belə hal baş vermiyib....olsa məlumatlardan məmuniyyətlə yararlanaram...tşk..Günaycım.
26 yanvar 2015 12:30
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Aysel Tatli
menim telefonum dolu su vedresinin icine duwmuwdu fenle quruddum iwledi
26 yanvar 2015 12:20
# 5
KRALİCEM
Mende olmayibdi
26 yanvar 2015 11:31
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Melissa
hec dusmeyib mende :)
26 yanvar 2015 10:22
# 3
BARBI
en yaxsi usul yenisini almqadir cunki suya dusmus telefon evvelki kimii islemir
26 yanvar 2015 10:10
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
krisa
SALAM,COX SAQ OLUN MESLEHETINIZE GORE.AMMA CALISIN XEBER YAZIB GONDERENDE ORADA GEDEN SEHVLERI BIR DAHA NEZERDEN KECIRESINIZ.CUNKI BIZIM DILIMIZDI PISMEMIS SOSU YOXDU,BISMEMIS SOZU VAR.YENI DEMEYIM ODUR KI,SOZU DEDIYINIZ KIMI YAZMAYIN.
26 yanvar 2015 10:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz