Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə paltar qurutmaq hansı xəstəliklər yaradır?
Evdə paltar qurutmaq hansı xəstəliklər yaradır?
Göndərən: NoName
Şərhlər: 21
Baxılıb: 1435
Səs ver:
İstilik sistemlərinin üzərində paltar qurutmaq nəfəs yolları xəstəliklərinə səbəb olur.
Qış aylarında qadınlar paltar qurutmaqda çətinlik çəkirlər. Paltarı tez qurutmaq üçün istilik sistemlərinin üstünə qoyurlar. Bu hal isə otağın havasının nəm balansını pozur. Paltardan çıxan buxar otağın oksigen balansını da korlayır. Hiss olunmasa da, bunun sağlamlığa çox ciddi təsirləri var.
Havasız şəraitdə artan rütubət miqdarı da astma kimi xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa, paltarlardan yayılan yuyucu toz qoxusu da oksigenin keyfiyyətinə zərər verir.
Rütubət tarazlığının pozulmasının və keyfiyyətsiz oksigenin olduğu mühit tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara daha çox təsir edir.
Qrip kimi xəstəlikləri olan şəxslərin belə bir şəraitdə burun ətlərində şişmə və tıxanıqlıq baş verə bilər. Nəticədə isə ağızdan tənəffüs alan xəstələrdə ağız quruluğu, boğazın quru olması qaçılmaz hal alır. Quru və təmizlənməmiş havanın aşağı tənəffüs yollarına getməsi səs tutulmasına, səsin uzun müddət itkisinə və şiddətli quru öskürəyə səbəb ola bilər.
Qadınlar qış aylarında paltarları evdə istifadə etmədikləri bir otaqda və ya qurutma maşının köməyi ilə quruda bilərlər.

Kifayət qədər rütubət və oksigen
Yataq otağında temperatur və rütubət çox əhəmiyyətlidir. Otağın rütubəti 40-50 faiz arasında olmalıdır.
Bu rütubətin təmin olunması üçün müxtəlif üsullar tətbiq oluna bilər. Soyuq buxar istehsal edən maşınlardan yardım almaq olar. Bu cihazlar elektriklə sudan soyuq buxar istehsal edir. Otağın rütubətini bir neçə saat ərzində optimal şərtlərə çatdırır. Hər biri ehtimala qarşı otağın rütubətinə nəzarət edilməlidir. Digər tərəfdən istilik sisteminin üstünə su qoyulması çox sağlam bir üsul deyil. Həmçinin suyun uzun müddətdə çirklənməsi, bakteriya mənbəyi olma riski də vardır.
Otağın havasının dəyişdirilməsi də nəzərdən qaçmamalıdır. Otağın havasız olması nəticəsində xəstələrin yerləşdiyi otaqda virusların havadan asılı qalması və havadan asanlıqla yayılmasına gətirib çıxarır. Evdəki bütün otaqların qış aylarında müəyyən fasilələrlə havalandırılması sağlamlıq baxımından əhəmiyyətlidir.


Şərhlər: 21
Baxılıb: 1435
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Сладкий Ангел
hec xosum gelmir bundann
16 yanvar 2015 20:30
# 21
.Bir gülüşüm var Sizlərə ömür...
ece uslu
evde paltar qurutmaqdan zehlemgedir pis qoxusu olur
12 yanvar 2015 21:00
# 20
emis
bilmirdim bu hqada sagolun mende cox vaxt evde quruduram
12 yanvar 2015 17:31
# 19
talis balasi
Men evde quruduram anam gelende deyinir ki cixard cole nende sebrim yoxdu bir gunun icinde yuyub quruduramda utuluyuremde
12 yanvar 2015 17:09
# 18
kespixo
Qiwda bizde ataplenyanin ustunde quruduruq.colde qalsa 1aya ancaq quruyar)))
12 yanvar 2015 14:39
# 17
FISTIK
Bizde hemise evede quruduruq ozde her gun burda 25-30 C ° olur nece qurudum colde
12 yanvar 2015 14:31
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
leyla_258
BOOOOYY, COX SAGOLUN,MELUMATLARA GORE
12 yanvar 2015 14:30
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Aysel Tatli
MENDE EVDE QURUDURAM
12 yanvar 2015 13:50
# 14
neri
men evde qurutmuram heyetde quruyurda nem olanda oda tesaduf olur evde pecin yaninda quruyyr
12 yanvar 2015 13:40
# 13
Sert
gunel123
bizde evede quruduruq
12 yanvar 2015 13:38
# 12
Antikvar
Yaxsidiki evde qururtmuram)
Balkonda quruduram oda colde saxta oldugundan bir hefteye ancaq qururyur))
Lazim olan zaman atapelina uste qurutmaq kifayet edir...Day yas yasi eynimize paltar salan deyillikki))
12 yanvar 2015 13:33
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
AYKA-ISI
mende lazimli paltar olanda evde qurutmali oluram

mende lazimli paltar olanda evde qurutmali oluram
12 yanvar 2015 13:26
# 10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fiorella
Sitat: Menim balam
rusiyada çölde qurutmaq qadağan olduğu üçün, evde qurutmalı oluruq.
Teşekkürler

Aydaaa bizde ele cog ziyantmse usag var ozde evde
12 yanvar 2015 13:00
# 9
Menim balam
rusiyada çölde qurutmaq qadağan olduğu üçün, evde qurutmalı oluruq.
Teşekkürler
12 yanvar 2015 12:40
# 8
Qlamurr
Həyət evində yaşadığımız üçün belə problemimiz yoxdu,hərdən yağış yağanda mama evə gətirir,onda müşahidə etmişəm qəribə qoxusu olur,boğuluram...
12 yanvar 2015 12:09
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Madina
Bunlari bilirdim,twk
12 yanvar 2015 11:36
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Gulu-Qezi
BINA EVINDE YAWADIGIMIZA GORE MECBURUQ
12 yanvar 2015 10:51
# 5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
guler19
sukur bele problem yasamiriq bunlari bilmirdim maraqli xeber oldu tşkler
12 yanvar 2015 10:45
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Belə bir problem yaşamırıq həyət evi olduğuna görə otaqlardakı havanı isə hər gün onsuzda dəyişmək lazımdır.
12 yanvar 2015 10:33
# 3
BARBI
Men hec vaxt evde qurutmuram cunki ziyanlidir
12 yanvar 2015 10:23
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Alok
Bizim weraitimiz elediki evde qurutmali oluruq.duzdu istilik sistemlerin uzerinde qurutmuruq ama evin icinde quruduruq werait bele teleb edir.colde asmaga icaze vermirler.
12 yanvar 2015 10:17
# 1
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz