Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi kostyumlarının təmizlənməsi
Kişi kostyumlarının təmizlənməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 632
Səs ver:
Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın.

Kişi kostyumunda ən çox çirklənən hissə onun yaxası, qollarının ağzı, sinəsi, şalvarın balaqlarıdır. Buna görə pencəyi şotka ilə təmizləyib çırpandan sonra ən çox sürtülən yerləri (parıldayan yerləri) əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.

Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür.
Şalvarı çırpandan və balaqlarının çirkini təmizləyəndən sonra onu tərsinə çevirib qatlarına içəri tərəfdən yığılan tozu yaxşıça təmizləmək, pambıq və ya şotkanı naşatır spirti qatılmış suda isladaraq, onunla şalvarın daxili və xarici tikişlərini sürtmək lazımdır.

Şalvarın hər balağını ayrıca – əvvəl bayırdan, sonra iç tərəfdən yaş əski salıb ütüləmək lazımdır. Elə etmək lazımdır ki, qatlar öz yerinə düşsün. Ütülənmiş şalvarı xüsusi paltarasanda yaxşıca qurutduqdan sonra şkafa asın. Pencəyi hərdənbir, şalvarı isə ən azı, ayda iki dəfə təmizləmək lazımdır. Laxlayan düyməni bərkitməyi heç vaxt növbəti dəfəyə saxlamayın.

Ona görə ki o, düşüb itə bilər. Onda gərək yenidən bir komplekt düymə alasınız. Çünki çox vaxt təkcə bir oxşar düymə tapıb almaq mümkün olmur. Üst paltarı düymə tikilən yerdən cırılmasın deyə düyməyə paltonun və ya pencəyin iç tərəfindən başqa bir xırda düymə tikmək lazımdır.

Əgər həyat yoldaşınızın düyməsi qırılında sizi diqqətsizlikdə günahlandırsalar, "bunu o, özü də tikə bilər" deyə özünüzə haqq qazandıra bilərsiniz. Amma sizin körpənizin düyməsi qırılsa, bu zaman bəhanəniz olmayacaqdır.


Şərhlər:
Baxılıb: 632
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz