Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
5 addımda eviniz tər-təmiz olsun
5 addımda eviniz tər-təmiz olsun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1529
Səs ver:
1. Gündə yalnız 15 dəqiqə evdə "fırtına"  kimi əsin!
Gecə yatağa girdiyinizdə evinizin geri qalanını son dərəcə yığcam olduğunu bilmək inanılmaz gözəl bir duyğudur. Lakin siz də bəlkə fərq etmisiniz, səhər oyandığınızda və hələ bir söz belə danışmadığınız o anlarda gecə yatmadan əvvəlki saatlara nəzərən  çox daha enerjili  oyanacaqsınız.  Günün hansı saatı sizə daha çox uyğundursa həmin vaxtı ev işlərinə ayırın.  Ayıracağınız  15 dəqiqə vaxtda etməniz lazım olan tək şey, əyilib götürmək, qatlamaq və yerləşdirməkdir.

Mətbəx və vanna otağı şkafınızı boşaldın, qab və stəkanları qabyuyan maşına qoyun. Yerə ya da kresloların üzərinə düşmüş və unudulmuş hər şeyi əyilib götürün. Bəli, bu corab və oyuncaq dağınıqlığından uşaqları ya da yoldaşınızı günahkar tutmağınız çox normaldır, amma indi onlarla dava etmənin zamanı deyil! Evdəki əşyaları atılacaqlar və lazımlı olaraq iki hissəyə ayırın və atılacaqları dərhal atın. Hal-hazırda etdiyiniz iş  "təmizləmək" deyil yalnız  "yığışdırmaqdır".  Bu səbəbdən saydığımız heç bir şey həddindən artıq bir əmək və ya vaxt tələb etmir. Sanki yaxın bir ailə dostunuz sizi  axtarmış və yaxınlarda olduğunu bildirmiş,  bir neçə dəqiqə sonra sizə gələcəyini xəbər vermiş kimi hərəkət etməlisiniz.

2. Dağınıqlığa ən çox nəyin səbəb olduğunu tapın
Əgər əyninizdən çıxan paltarlarınızı şkafa əvvəlcədən asmamanızın səbəbi şkafınızın doluluğu və yerin qeyri-kafiliyidirsə,  oraya dərhal müdaxilə edib gərəksiz paltarlarınızı ehtiyacı olan birilərinə verməyiniz lazımdır.

Əgər gərəksiz hesab və xırda-para kağızlar və çekləriniz varsa masanız üçün bir dənə qutu əldə edib, bütün  xırda kağızları bunun içinə atmağı vərdiş halına gətirməlisiniz. Jurnalları və kataloqları dekorativ bir səbətə yerləşdirib onlara vaxt ayıra biləcəyiniz bir yerə (məsələn tualet və ya küvət kənarına) qoymalısınız. Bu səbət  dolu olduqda,  ən köhnə jurnallar zibilə getməlidir. Məs: İyunun  ortasında  "buzlanmaya qarşı həll" manşeti ilə çıxmış bir avtomobil jurnalını oxumağa ehtiyacınız varmı?!

Əgər səliqə-səhmanlı olmaq üçün qutulara və səbətlərə ehtiyacınız varsa 4. hissəni oxuyun.

3.  Mini layihələr yaradın
Kimsə bütün həftə sonunu ev və ya şkaf təmizləyərək keçirmək istəməz. Elə  buna görə həftənin hər günü 10-15 dəqiqəlik vaxtınızı kiçik təmizlik layihələrinə ayırın. Yəni: Bazar ertəsi 1 siyirmə, çərşənbə axşamı 1 rəf, çərşənbə 1 şkaf kimi  kiçik yerləri təmizləyərək... Bunu həftədə 3-4 gün etsəniz bir ay ərzində bütün tör-töküntülərinizdən xilas olarsınız. Bunları edərkən də özünüzdə qeyd etməyi unutmayın. Hələ edəcəklərinizi öz-özünüzə xatırladın,ancaq kefinizi pozmayın!

4. Bəzi şeyləri atmaq lazım olduğunu artıq qəbul edin!
İllərdir geymədiyiniz paltarları yardım dərnəklərinə aparın. Mövzuları ilə sizi artıq maraqlandırmayan bütün köhnə kitablarınızı məktəblərə verin. Əsla istifadə etmədiyiniz köhnə duş gellerini, şampunları və kremləri atın! Uşaqlarınızı oyuncaqlarını seçmələri mövzusunda ürəkləndirin. Onlara bu oyuncaqları tapa bilməyən kasıb uşaqları haqqında izahat verin və köhnə oyuncaqlarını onlara hədiyyə etməyi öyrədin. Yalnız sevdiyiniz,ancaq istifadə etmədiyiniz bəzək əşyalarını  saxlamayın, lazım olanları seçin, geri qalanlardan xilas olun. Bu çətin olacaq bilirik, amma etməlisiniz!

5. Bir bölgəni "çirkli region" elan edin!
Bəli, eynilə belə! Adını "çirkli zona" qoyun. Evinizdə  istifadə edilməyənlər üçün bir künc təsbit edin. O küncə bir səbət, qutu və ya siyirmə yerləşdirin və bütün atılmayan, amma eyni zamanda istifadə edilməyən şeyləri bura qoymağı vərdiş halına gətirin. Ayda bir  dəfə,  bu dağınıq bölgəni yığışdırın!


Şərhlər:
Baxılıb: 1529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz