Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə edək ki, evlilik təklifi alaq?
Necə edək ki, evlilik təklifi alaq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 684
Səs ver:
Bütün rəfiqələrin ailəlidir. Məktəbdə ən kifir və lazımsız hesab etdiyin bir qız yolda qarşına çıxır.

Ayaq saxlayıb, hal-əhval tutursan. "Mehriban rəfiqən" barmağındakı nişan üzüyünü fırladaraq, eyhamla soruşur: "Bu yaxında səni toya çağıracam. Bəs sənin hələ ailə qurmaq fikrin yoxdur? Sinfimizdə təkcə subay sən qalmısan". Və sən hirsindən dodağını çeynəyə – çeynəyə yarım saat işin, karyeranın vacibliyindən, necə uğur qazandığından, indiki zamanda yaxşı oğlanların azlığından, ailə qurarkən yüz ölçüb bir biçməyin vacibliyindən ağızdolusu danışırsan. Bir sözlə, hələ də subay qalmağında haqlı olduğunu sübut etməyə çalışırsan. O, isə bic-bic gülümsəyib, dediklərini qulaqardına vurur.

Tanış səhnədir, elə deyilmi? Onu, yəni oğlanı evlənməyə razı salmaq bütün zamanların ən qlobal
məhəbbət problemi olub. Çıxış yolu var, özü də çoxdur. Əgər kişi öz xoşu ilə məsələni həll etməyib, ayları illərə calayırsa, onda hərəkətə keçmək lazımdır. Əgər sən hələ ailə qurmaqda çətinlik çəkirsənsə, günah kişidə yox, özündədir.

Qadinlar.Biz sayti olaraq sevgilini nikah masasına aparmağın 7 sadə qaydasını təqdim edirik:
Məsləhət 1:
Bu vaxta qədər qadın jurnallarında oxuduğun, kinolarda gördüyün şeyləri unut. Həyatda evlilik təklifini heç də həmişə kişilər etmirlər. Onlara qalsa, əbədi subay olarlar. Əgər oğlanın sevdiyi yoxdursa, seçim edə bilmirsə, biganədirsə, onu evlənməyə valideynlər məcbur edir. Özləri qız tapır, elçi gedir. Yox, əgər oğlanın sevdiyi varsa və başqa qızlara tərəf baxmırsa, onda ailə kənara çəkilir. Çünki "yad gözəlçə"ni asanlıqla gəlin qəbul etmək hər ailənin işi deyil. Burada oğlana təsir birbaşa qızın özündən asılıdır. Amma bir şərtlə ki, siz həm öz hisslərinizə, həm də
oğlanın sizə olan sevgisinə əmin olmalısınız.

Məsləhət 2:
"Müstəqillik, azadlıq, qadın kişi ilə eyni hüquqa malikdir" kimi feminist çıxışları heç olmasa müvəqqəti olaraq bir kənara qoy. Sözünü yeridən qızlardan kişilərin xoşu gəlmir. Hətta o sizi sevsə də evlənməyə gəlincə, çox tərəddüd edəcək. Əksinə, mülayimləş, utancaq ol, köməyə, qayğıya ehtiyacın varmış kimi davran. Kişilər özlərindən zəif qadınlarla daha tez evlənirlər. Əgər sənin kişi kimi mərd xasiyyətini bəyənib sevibsə, evlənmək üçün daha qadınsayağı obrazda olmaq lazımdır.

Məsləhət 3:
Heç vaxt öz intim qabiliyyətini və maraqlarını kişiyə açma. Məhrəm görüşlərdə kitablardan, kinolardan və internetdən öyrəndiyin üsulları tətbiq edib, onu çaşdırma. Kişilər ehtiraslı və cazibəli qadını sevir, lakin onlarla evlənmir. Utancaqlıq, utancaqlıq, yenə də utancaqlıq… Bir sözlə, dünyadan xəbərin yoxdur.

Məsləhət 4:
Heç vaxt onun yanında yemək bişirməyi, ev yığışdırmağı, bazarlıq etməyi bacarmadığından və
xoşlamadığından fəxrlə danışma. Mətbəxdə və ev işlərində arvadına kömək edən kişiləri tərifləmə. Kişi üçün mətbəx ən arzuolunmaz yerdir. Yaxşı yemək isə onun üçün ölüm-dirim məsələsidir. Hətta ən işgüzar və müasir kişi belə dadlı yeməkdən imtina etməz.

Məsləhət 5:
Tənqiddən uzaq dur. Heç vaxt oğlanın ailəsini, işini, hobbisini, dostlarını, qohumlarını, fikirlərini və vərdişlərini tənqid etmə. Xüsusən, yad adamlar içində. Onun xəyal və arzularını bölüş: maşın
almaq istəyir, lap yaxşı. "Nə edirsən maşını? Ondansa səyahətə gedərik" deməkdənsə, "Əzizim, bizim maşınımız da, evimiz də olacaq. Mən çox istəyirəm ki, sən nə arzulayırsan, onu alasan" deməklə, siz oğlanda ümid yaradarsınız. O, fikirləşəcək ki, sən həyatda ona arxa-dayaq, köməkçi ola bilərsən. Əgər sevgilin evin tək oğludursa və ya ata-ana ilə o qalmalıdırsa, ayrı yaşamaq və şəxsi ev haqqında arzularını hələlik kənara qoy. Əgər oğlanın geyimini, xasiyyətini, davranışını bəyənmirsənsə və bunu hər dəfə onun üzünə vurursansa, bundan bezən oğlan axırda deyəcək: "Əgər mən belə pisəmsə, bəyənmirsənsə, get, yaxşısını tap". Və bu sözündə o, haqlıdır.

Məsləhət 6:
Fikirləş, nəyə görə sevdiyin insan ailə qurmaqdan söhbət belə açmır. Nədən çəkinir? Ola bilər ki, səbəb səndə deyil. Və yuxarıdakı məsləhətləri etməyə ehtiyac yoxdur… Oğlanı nikahdan çəkindirən onlarca maddi, mənəvi, psixoloji səbəb var. Bunlardan hətta bəziləri sənə qəribə
və gülməli gələ bilər. Məsələn, elə oğlan var ki, toyda bəy rolunu oynamaqdan və ya öz toyunun qüsurlu olacağından qorxur. Eləsi var ki, toyqabağı hazırlığa tab gətirə bilməyəcəyini düşünür. Bu qorxu hissini psixoloji təsirlə aradan qaldırmaq olar. Eləsi də var ki, evlənəndən sonra acından öləcəyini düşünür.

Məsləhət 7:
Əgər heç nəyin xeyri yoxdursa, o zaman bir əlac qalır: onu "yerindən
tərpətmək" və nikah masasına tərəf itələmək üçün düşünülmüş planlar qurmaq. Məsələn: bir xanım 4 il görüşdüyü oğlanla evlənmək üçün bu üsuldan istifadə edib: oğlanın soyadından xoşlandığını deyib. Nəticədə, oğlan ona bu arzusuna çatmaqda kömək edib.


Şərhlər:
Baxılıb: 684
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz