Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk tibbi yardım nədir?
İlk tibbi yardım nədir?
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1262
Səs ver:

 

Ani  olaraq  xəstələnən və ya qəzaya  uğrayan  insana həmin anda , hadisə  yerində  və  mövcud   imkanlardan  yararlanaraq edilən , tibbi olmayan keçici  müdaxiləyə   ilk yardım  deyilir. Ilk yardımda məqsəd qəzalı insanı  xilas etmək,vəziyyətı  qorumaq  və qalıcı şikəstliyi önləməkdən ibarətdir.Qəzalı bir vəziyyət gördükdə dərhal  103 zəng vurun.Təcili yardım gələnə qədər isə ilk yarıdm göstərmək vacibdir.İlk yardımın uğurlu olması  üçün yardım etmək istəyən insan həyəcana qapılmamalı, soyuqqanlı olmalı, özünü itirməməlidir.Doğru və vaxt itirmədən göstərilmiş yardımla  qəzaya uğrayan insanın həyatını xilas etmək, qalıcı şikəstliklərin qarşısını almaq olar.İlk yardım göstərən insan öz təhlükəsizliyini də düşünməli  panikaya, həyəcana qapılaraq özünə zədə yetirməməyə diqqət yetirməlidir.Xüsusən yanğın, suda boğulma,elktrik vurmaları hallarında yardım edərkən ehtiyatlı olmaq, ilk yardım qaydalarına riayət etmək vacibdir.

 Qəza vəziyyətində ilk yardım çantalarından istifadə olunmalıdır. Yardım çantasında olmalıdır : üçkünc  sarğı  bezlərı , rulonlu  sarğı  bezlərı, sterıl qazlı bezlər, pambıq ,yara  bandları, boyunluq ,turna  jqutu, antıseptık  məhlullar, ağrı  kəsıcı preparat, sancaq, qayçı, fənər.Lakin çox zaman qəza zamanı əl altında yardım çantaları və tibbi vasitələr olmur.Belə halda əl altında olan vasitələri tibbi vasitələr kimi istifadə etmək olar . Məsələn : üçkünc sarğı bezi yoxdursa  adi yaylıq , süfrə  və .s. kimi kvadrat formalı parçaları diaqonaldan qatlayaraq və  ya kəsərək üçkünc bez kimi istifadə etmək olur. Tənzif yerinə qəzaya uğrayan insanin öz köynəyi istifadə oluna bilər.Açıq yaralar varsa əlcək yerinə adi sellofan isifadə edilir.Xərək əvəzinə iki taxta  dəyənək götürüb, paltara, paltoya və.s keçirmək (geydirmək) olar.Turna jqutu əvəzinə ensiz parca, qayış,qalstuk istifadə etmək olar,ip, rezin qətiyyən istifadə edilməz.İlk yardımda dərman istifadə etmək məsləhət deyil.Qəzaya uğrayan insanın hansı digər xəstəlikləri olduğunu bilmədiyimiz üçün verilən dərmanlar zərərli ola bilər . Ağrıkəsicilər isə həkimin diqanoz qoymasına mane olacağı üçün istifadə olunmaması məsləhətdir.Ümumiyyətlə isə huşu özündə olmayan insana heç nə içirilməz.Huşu aydınlaşdıqda isə qida və içki öz əlinə verilməliddir, əsla bunu başqası etməməlidir.

Ilk yardımın vacıb olduğu  durumlar :

  • Tənəffüsün dayanması .
  • Tənəffüs  yolunun  yad cısmlə tıxanması
  • Suda bogulma
  • Ürək  dayanması.Ürək masajı
  • Qanaxmalar
  • Şok
  • Dalma qəzaları
  • Yaralanmalar.
  • Qırıq , cıxıq, burxulma
  • Yanıqlar
  • Elektrik  vurması. İldırım vurması
  • İstıvurma, donvurma
  • Zəhərlənmələr                           
  • Heyvan dışləməsı  və sancması
  • Ilk yardım  vacıb olan xəstəlıklər – Epılepsıya . Dıabet .Ürək krızı .Iflıc.Koma

İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.


Şərhlər:
Baxılıb: 1262
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz