Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günə yaxşı başlamaq üçün
Günə yaxşı başlamaq üçün
Göndərən: zayka15
Şərhlər:
Baxılıb: 1200
Səs ver:
"İnsan səhər tezdən durduqda, axşam vaxtında yatdıqda və gün boyu istədiyi işləri etdikdə uğur qazana bilər” (Bob Dilan). Səhərinizi və ümumiyyətlə bütün gününüzü mükəmməl edəcək 7 vərdiş:

1.Tutumlu səhər yeməyi
Bu ən mühüm olan şərtlərdəndir. Yulaf sıyığı, yumurta və ya buterbrod gün boyu gumrah olmaq üçün sizə kömək edə bilər.

2.İltifat edin
Yaxınlarınıza xoş sözlər söyləyin, bu yalnız onların yox, həmçinin sizin də əhvalınızı qaldıracaq. Xarici görünüşlə bağlı iltifatlar etmək mühüm deyil. Şəxsi bacarıq və keyfiyyətlərlə bağlı iltifatlar etmək daha yaxşı olar.

3.Səhər yeməyi ərzində müsbət məlumatlardan faydalanın

Neqativ məlumatlarla dolu xəbərləri izləmək və ya qazetləri oxumaq əvəzinə yumoristik proqram izləyin, ya da masa arxasında ailə üzvlərinizlə pozitiv mövzular haqqında söhbət edin.

4.İşə günün ən mühüm məsələsi ilə başlayın

Səhər ən mühüm məsələləri həll etməyə başlasanız, digər məsələləri həll etmək sizə daha asan gələcək.

5.Tələsən təndirə düşər
Hər hansısa bir işi yavaş, ehmalca gördükdə, fikrinizi toparlamaq daha rahat olur və günün sonunda sürətli görəcəyiniz işlə müqayisədə daha keyfiyyətli nəticəyə sahiblənəcəksiniz. Bunun səbəbi isə ondadır ki, daha az stress sizin baxış tərzinizi daha gumrah, enerjinizi isə öz axarında saxlayır.

6.Məşq edin
Gündəlik olaraq məşq edin. Məhz bunun sayəsində enerji və hormonların səviyyəsini artırmaq mümkündür. Daxili şübhələriniz və gərginliyiniz azalacaq və düşüncələriniz daha optimistik olacaqdır.

7.Düzgün addımlar atın

Yalnız bu sizin özünüzə qarşı olan qiymətləndirməni artıracaq. Kiməsə tanımadığı ünvanı tapmaqda kömək edin; yaşlı qadına yolu keçməkdə yardım əli uzadın və s. Pozitivliyinizi kiçik addımlarla qurmağa başlayın, zamanla isə yaxşı əməllərinizin dairəsini genişləndirin və məhz beləcə sizin həyatınız daima dolğun və xoşbəxt olacaq.


Şərhlər:
Baxılıb: 1200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz