Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mükəmməl qarderob yaratmağın üsulları - Fotolar
Mükəmməl qarderob yaratmağın üsulları - Fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1453
Səs ver:
Yəqin ki, indi söyləyəcəyim ifadə çoxlarına tanışdır. «Həmişə paltar alıram, amma geyinməyə heç nəyim yoxdur». Baxmayaraq ki, qarderobdakı paltarların alınmasına az pul və vaxt sərf etməmisiniz. Ancaq harasa getmək lazım gələndə qarderobunuzda paltar tapa bilmirsiniz. Əgər sizin də belə probleminiz olursa, onda bütün vəziyyətlərə uyğun praktiki qarderob yaratmaq lazımdır. Bununla bağlı çətinlik hiss edənlər mütəxəssislərin məsləhətlərini oxusalar, istənilən vəziyyətdə əla görünəcəklər.

Beləliklə, qarderobunuzu seçərkən ilk növbədə sizə böyük və ya kiçik olan, son bir ildə ümumiyyətlə, heç geyinmədiyiniz geyimləri bir kənara qoyun. Bir neçə həftədən sonra «inventarizasiya» prosesini təkrarlayın və ilk dəfə nəzərinizdən qaçan bütün paltarları qarderobunuzdan çıxardın. Qalan geyimlərin əsasında qarderobunuzu yenidən tərtib edin. Bu zaman üslubunuzu, rənginizi, modelinizi və həyat tərzinizi də unutmayın.

Bir-biri ilə uyğunlaşan əsas üç rəng seçin. Don, köynək və ya şalvar alarkən də həmin seçdiyiniz üç rəngə arxalanın. Geyim almaq üçün konkret və məhdud büdcə müəyyənləşdirin.  Qeyri-iradi, impulsiv alış-veriş etməyə son qoyun. Endirim zamanı aldığınız heç də bütün mallar qarderobunuza uyğun deyil və ya onun əsasını qoya bilməz.

Qarderobunuzu onsuz təsəvvür etmədiyiniz geyimlərin  siyahısını tutun. Məsələn, bir rəngli pencək, yun şalvar, ağ köynək və s.

Hər həftə mağazaya getmək üçün vaxt təyin edin. Siyahıda axtardıqlarınızı harada tapa biləcəyinizə dair ticarət mərkəzlərinin adlarını qeyd edin. Çox dəbli, dəfələrlə reklam edilən geyim almayın.

Elə paltarlar seçin ki, həmişə aktual olsun. Heç olmasa iki-üç mövsüm onu geyinə biləsiniz. Bu, trikotaj və ya cersedən tikilmiş paltarlar ola bilər.

Aldığınız geyimlərin artıq qarderobonuzda mövcud olan geyimlərlə uyğunlaşmasına diqqət yetirin. Nə qədər sərfəli olsa belə bədən ölçünüzə uyğun olmayan geyimlər almayın. Ay ərzində qarderobunuzu üslublu, keyfiyyətli geyimlərlə zənginləşdirin.

Qarderobun əsasını neytral və ya sönük tonlar təşkil etməlidir. Rəngi dəbli aksessuarlar vasitəsilə əlavə etmək olar. Bijuteriya, ayaqqabı, çanta,  kişilər üçün kəmər və qalstuk əla seçim ola bilər.

Beləliklə, öz dəsti-xəttinizi yaratmaq yolunda köməyinizə gələcək tövsiyələri nəzərdən keçirin.

Öz üslubunuzu obyektiv qiymətləndirin. Üslubunuz müasir, klassik, ənənəvi, idman, avanqard, fank, hippidirmi? Və yaxud geyim üslubunuzu hanısa üsluba aid etməkdə çətinlik çəkirsinizmi? Bu sualları cavablandırmaq özünüz üçün vacibdir. Hansı məqsədlərə çatmaq istədiyiniz dəqiqləşdirin. Hamının xoşuna gəlmək, dəbli və effektli görünmək və ya eksperimentlərə meyilli olduğunuzu aşkarlayın.

Dəbli tendensiyalara riayət etməkdən məmnunsunuzsa, üslubun bəlli olan qanunlarını öyrənin. Bununla da dəsti-xətləri yadda qalan edən məqamlara diqqət yetirin. Xoşunuza gələn obrazları təqlid edə bilərsiniz. Təbii ki, sərhədi də unutmayın. Bu zaman həmin obrazın həyat tərzinizlə harmoniya təşkil etməsi və fərdiliyinizi qabartması önəmlidir.

Özünüzdə nəyi dəyişmək istədiyinizə qərar verin. Bu, saç düzümü, qarderobun rəng qamması və ya aksessuarlar ola bilər. İmicinizi dəyişməyin ən sadə yolu aksessuarları dəyişməkdir. Eksperimentlər edin və zaman keçdikcə düzgün istiqaməti tapdığınızı anlayacaqsınız və qarderobunuzu tamamilə dəyişdirəcəksiniz.

Məsləhətlər: dəsti-xəttiniz vasitəsilə çatışmazlıqları ört-basdır etməyə və xarici görünüşünüzün layiqli cizgilərinə diqqəti cəlb etməyə çalışın. Amma şəxsi dəsti-xətlə zövqsüzlük arasındakı sərhədi aşmayın. Əsas odur ki, fərdi üslubunuz emosiyalarınızı ifadə etsin və həyat tərzinizə uyğunlaşsın.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Şərhlər:
Baxılıb: 1453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz