Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hündürdaban ayaqqabıların faydası
Hündürdaban ayaqqabıların faydası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1407
Səs ver:

Stiletto – fitnesin yeni növüdür ki, burada bütün tapşırıqlar hündürdaban ayaqqabılarda icra edilir. Belə ayaqqabını italyan soyuq silahı stiletlə müqayisə olunur ki, fitnesin bu növünün adı da bununla əlaqəlidir. Bu stili yaratmış italyan təlimatçıları hesab edirlər ki, belə tapşırıqların icra edilməsi əzələləri daha yaxşı bərkitməyə kömək edir.

Belə məşqləri yalnız hündürdaban ayaqqabı həvəskarları deyil, həm də belə ayaqqabılarda özlərini daha rahat və əmin hiss etmək, qaməti və yerişi yaxşılaşdırmaq istəyənlər seçir. Stiletto özünə qiyməti artırır, bədən formasının kiçik korreksiyasını edir, ombaları, kürüləri və yan əzələlərini bərkitməyə kömək edir.

Tapşırıq kompleksi elə qurulub ki, hündürdaban ayaqqabılarda hərəkətləri sağlamlığa ziyan vurmadan yerinə yetirmək mümkün olsun. Məşqlər zamanı sabitlik və tarazlıq yaranır və qan dövranı sürətlənir ki, bu da piylərin əridilməsinə imkan yaradır. Düzgün qidalanaraq bir neçə həftə məşq zamanı 2-3 kilo arıqlamaq olar.

Bu fitnesin üstünlüyü ondan ibarətdir ki, məşq nəticəsində bədən daha zərif, elastik və dartılmış olur. Yüklənmə elə bölüşdürülür ki, qadın bədəninin bütün problemli sahələri hərəkət etmiş olsun.

Təlimatçıların ilk öyrətdiyi – bu yüklənmənin azalması və düşmə zamanı davranış alqoritmi üçün yeriş vaxtı travmalardan qaçmaq üçün ayağın düzgün qoyulmasıdır. Bəzi cərrahlar, ortopedlər və fitnes təlimatçıları hesab edir ki, belə tapşırıqlar cazibədar yerişdən başqa sağlamlığa da ziyan vura bilər.
Əks təsirlərin sırasında – qabarların yaranmasını da qeyd etmək olar. Həmçinin çox nadir hallarda sınıqlar, dartılmalar, zədələr və çıxıqlar yarana bilər. Hərçənd belə travmaları istənilən başqa idman növü ilə məşğul olarkən almaq olar.

Ortopedlər təkid edirlər ki, hündürdaban ayaqqabıların uzun müddətli istifadəsi, xüsusən onlarda olarkən intensiv məşqlər, qan dövranının pozulmasına, pəncənin deformasiyasına, onurğanın əyilməsinə səbəb ola bilər. Beləliklə skolioz, ayaq altının yastı olması və ya qan sistemi xəstəlikləri olan xanımlar fitnesin bu növündən uzaq durmalıdırlar.

Stiletto əks göstərişlərə baxmayaraq, bütün qadınlar arasında məşhurlaşmağa davam edir, çünki hər bir qadın təsdiq edə bilər ki, hündürdaban ayaqqabı geyərək insan dərhal əminlik, qadınlıq və cazibədarlıq hissi əldə edir. Məşğuliyyətlər rəqs musiqisinin sədaları altında keçirilir ki, bu əhval-ruhiyyəni yaxşılaşdırır və daha enerjili hərəkət etməyə vadar edir.

Bu cür fitneslə siz evdə də məşğul ola bilərsiniz. Digər idman növlərindən fəqli olaraq stiletto gözəl fiziki forma və qamətdən başqa, sizə özünüzə əminlik verəcək, yerişinizi yüngül edəcək, əhval-ruhiyyənizi isə qaldıracaq.

<!-- content-area -->


Şərhlər:
Baxılıb: 1407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz