Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şokalad sevənlərə özəl
Şokalad sevənlərə özəl
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 1795
Səs ver:
Bu dadlı şirniyyata görə biz Xristofor Kolumba borcluyuq. Vaxt ilə məhşur səyyah onu Meksikadan Avropaya gətirib. Əvvəllər şokolatı duru vəziyyətdə qəbul edirdilər.

Daha sonra ondan müxtəlif şirniyyatları istehsal etməyə başladılar.

Bir çox insanların fikirincə şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yox, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez hallarda məhz saxta şokoladla rastlaşmaq olur. Diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun.

Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Yaxşı şokolad kifayyət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaradmalıdır. Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.

Gün ərzində böyüklər təxminən 40-50 qr şokolad (daha şirin şokolad növlərini daha az miqdarda), uşaqlar isə (kişik yaşlı uşaqlara vermək olmaz!) bir neçə dilim şokolad qəbul edə bilərlər. Daha çox miqdarlarda qəbul edildikdə, şokolad insanın səhhətinə ziyan gətirə bilər.

Şokolad kalsium, kalium, maqnezium, fosfor, ftor, natrium, dəmir kimi mikroelementlər, karbohidratlar, əvəzsiz yağlı turşular, antioksidantlar, aromatik ymaddələr və s. faydalı maddələrlə zəngindir.

İlk növbədə demək lazımdır ki, şokolad ürək üçün çox xeyirlidir — ürəyin funksiyalarını yaxşılaşdırır, qan dövranına müsbət təsir edir, trombların əmələ gəlməsinin qarşısını alır, arterial təzyigini normallaşdırır. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar onu öz pəhrizinə daxil etməlidir.

Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyəti ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, stres və depressiyadan çıxmağa kömək edir. Stres vəziyyətə düşdükdə bir neçə şokolad tikəsini yeyin. Çox az bir müddətdən sonra siz özünüzü daha rahat hiss edəcəksiniz.

Bəzən biz şokoladın dişlər üçün çox ziyanlı olduğundan eşidirik. Lakin bu tam doğru deyil. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.

Şokolad insanın əhvar-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir.

Bir çox insanlar belə hesab edirlər ki, şokolad asılılıq yaradır. Lakin bu asılılığın formalaşması üçün insan hər gün onlarla şokolad plitkaları yeməlidir. Bu isə, təbii ki, mümkün deyil.

Şokolad bizim sümüklərimiz üçün də xeyirlidir.

Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meylli olan insanlar bu məhsuldan imtina etməlidir.

Şokolad kosmetologiyada çox geniş istifadə olunur. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Şokoladla olan bürünmələr sellülitlə mübarizədə istifadə olunur.


Şərhlər:
Baxılıb: 1795
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz