Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göz linzaları kor edə bilər
Göz linzaları kor edə bilər
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 2905
Səs ver:
Son vaxtlar əksər insanlar eynəklərini kontakt linzalara dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər.
Amma azacıq məsuliyyətsizlik ciddi göz xəstəliklərinə yol aça bilər.

Qadınlar.Biz Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün gözdə zəiflik, göz rənginin dəyişdirilməsi və digər səbəbdən dünyada milyonlarla insan linzadan istifadə edir. Bu vasitələr bizim eynək problemindən yaxa qurtarmağımıza kömək etsə də, yay aylarında onun istifadəsi sağlamlığımız üçün təhlükəlidir. Həkimlər isə lazımi qaydalara diqqət yetirildiyi təqdirdə, heç bir problemin yaranmayacağını deyirlər.

Qafar Tağıyev, həkim: "Linzalara xüsusi diqqət yetirmək lazımdır, yəni onların qayğısına qalmaq, xüsusi məhlullarda saxlamaq və vaxtlı-vaxtında təmizləmək kimi. Əlbəttə ki, onlara toxunmazdan əvvəl əllər təmiz yuyulmalıdır, gözə su düşəndə, dənizdən çıxanda linzalar dərhal çıxarılmalı, bundan sonra təmizlənməli və yenidən istifadə edilməlidir”.

Hazırda istifadə olunan linzaların böyük əksəriyyəti silikon hidrogel linzalarıdır ki, bunlar oksigenin göz qişasına keçməsini təmin edir. Həkim Qafar Tağıyev isə bildirir ki, linza istifadəçilərində gec-tez göz xəstəlikləri əmələ gəlir. Çünki kontakt linzaların keyfiyyəti artsa da, gözdə konyunktivit qorxusu azalmır.

Qafar Tağıyev: "Linza yad cisim olduğundan ona düzgün qulluq olunmadıqda, hətta bəzən lazımi qulluq göstərildikdə belə, az da olsa, kontakt linzalar gözü zədələyir və gec-tez konyuktivitə - gözün ön qişasının iltihabına gətirib çıxara bilir”.

Bütün bunlara baxmayaraq, insanlar asanlıqla linzadan qurtula bilmir.


Şərhlər:
Baxılıb: 2905
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz