Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həddən artıq tərləmənin səbəbləri
Həddən artıq tərləmənin səbəbləri
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 6026
Səs ver:
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır.

Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur.
İnsana isti olanda və ya insan stress vəziyyətə düşəndə, tərləmə artır. Bu da normaldır.
İsti hava və (və ya isti paltar), isti qidaların, mayelərin qəbulu, aktiv fiziki iş (idman və s.), bədəndə olan istiliyin miqdarını artırır və orqanizmdə qoruyucu reaksiya işə salınır - bədən tərləyir və nəticədə soyur.
Stress də tərləməni artırır. İnsan orqanizmi elə yaranıb ki, stress insanın gücünü sanki səfərbər edir, bədənimiz özünü müdafiə etməyə hazırlaşır (qaçmaq, dalaşmaq və s.). Belə müdafiə güclü fiziki gərginlik tələb edir ki, bunun nəticəsində orqanizmdə istilik artır. Beləliklə, orqanizm əvvəlcədən özünü istiliyin artmasına hazırlaşdıraraq tərləyir və soyur.
Tərləmə normal fizioloji prosesdir. Lakin həddən artıq tərləmə orqanizmdə hər hansı pozulmanın əlaməti ola bilər.
Belə ki, uşaqlarda həddən artıq tərləmə raxitin əlaməti ola bilər.
Bütün yaşda olan insanlarda isə belə güclü tərləmə vərəmin, ürək-damar, endokrin sistemi (ilk növbədə qalxanvari vəzi), böyrək xəstəliklərin əlaməti ola bilər. Burada söhbət ümumi tərləmədən gedir. Güclü yerli tərləmə (yalnız ayaqlar və ya əllər, qoltuğaltı nahiyələr və s. tərləyir) isə heç bir xəstəliyin əlaməti sayılmasa da, insanda bir çox hallarda güclü psixoloji narahatçılıqlara səbəb olur.
Bəzi hallarda güclü tərləmə də fizioloji sayıla bilər (yəni heç bir xəstəliyin əlaməti deyil). Belə ki, həddən artıq kök insanlar güclü tərləyir. Kök bədən daha çox istilik ifraz edir və bu istilikdən azad olmaq üçün tər vəziləri daha fəal şəkildə işləməyə məcbur olur. Yeniyetmə qızlar və klimaks dövründə olan qadınlar onların orqanizmində gedən ciddi hormonal dəyişikliklərə görə adətən güclü tərləyirlər.
Uşaqlar daha çox hərəkət edir və bu səbəbdən də daha çox tərləyir. Bundan əlavə pediatrların tövsiyyələrinə baxmayaraq anaların əksəriyyəti uşaqları lazım olandan artıq qalın geyindirir və bu da güclü tərləməyə səbəb olur. Analar nəzərə almalıdır ki, tərləmiş uşağın xəstələnmək ehtimalı daha yüksək olur.
Ovuclarımız və pəncələrimiz tər vəziləri ilə zəngindir və bu səbəbdən bu nahiyyələr daha çox tərləyir.
Beləliklə, əgər siz özünüzdə tərləmənin səbəbsiz olaraq artmasını müşahidə etmisinizsə, mütləq həkimə müraciət edin.

Əgər həkim sizdə heç bir pozulma aşkar etməzsə, güclü tərləmə ilə mübarizədə bu kimi tövsiyələrdən istifadə edə bilərsiniz:
- İsti havada daha tez-tez ilıq duş qəbul edin. Bu bədənin soyumasına və tərləmənin azalmasına səbəb olacaq.
Digər tərəfdən insanın dərisi təmiz olduqda, insandan tər iyi gəlmir. Tər, demək olar, iysizdir. Tərin iyinə dəridə olan bakteriyalar səbəb olur.
- İstiotlu, duzlu, çox isti qidalardan imtina edin, isti çay içməyin.
- Təbii parçalardan olan paltarlara və dəri ayaqqabılara üstünlük verin.
- Havaya uyğun geyinin.
- Palıd qabığı dəmləməsi, zəy, sirkə (suya əlavə edib ayaq vannaları etmək və s.) kimi təbii vasitələr tərləmə ilə mübarizədə çox yaxşı effekt verir.
- Pəncələrin güclü tərləməsi zamanı Teymurov pastasından (apteklərdə satılır) istifadə edə bilərsiniz.


Şərhlər:
Baxılıb: 6026
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz