Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəşin faydası
Günəşin faydası
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1198
Səs ver:
Gün şüaların təsirindən orqanizmdə endorfin hormonun ("sevinc hormonu") istehsalı çoxalır, melatonin hormonun ("depressiya hormonu") istehsalı isə azalır.

Məhz bu səbəbdən yayda insanlar depressiyadan daha az hallarda əziyyət çəkir. Bundan əlavə gün şüaları beyinin fəaliyyətinin və yaddaşın yaxşılaşmasına səbəb olur.

Gün şüaları orqanizmdə D vitaminin hazırlanmasını artırır. Bu vitaminin sayəsində bizim orqanizm kalsium elementini daha yaxşı mənimsəyir. Kalsium isə sümüklərimizi möhkəm edir. Belə hesab olunur ki, məhz bu səbəbdən isti ölkələrdə sınıqların sayı soyuq ölkələrlə müqayisədə daha az olur.

Sümüklərinizi daha möhkəm etmək istəyirsinizsə, yayda süd məhsulların qəbulunu artırın. Ayran, dovğa, qatıq, yoqurt daim pəhrizinizdə olmalıdır. Ümumillikdə yayda yüngül qidalara üstünlük verin - meyvə-tərəvəz, göyərti, süd məhsulları, balıq. Daha tez-tez və kiçik porsiyalarla qidalanın. İstidə orqanizm güclü yükləmələrə məruz qalır. Ağır qidalar isə orqanizmi əlavə yükləyir.

İsti yay günlərində insanlar çox güclü tərləyir ki, bunun nəticəsində orqanizm fəal şəkildə ziyanlı maddələrdən (toksinlər, azad radikallar və s.) azad olur. Lakin buna nail olmaq üçün insan kifayyət qədər maye qəbul etməlidir. Susuzluqla mübarizədə limon əlavə olunmuş sərin su, süfrə mineral suları, yaşıl çay ən yaxşı seçimdir. Çox soyuq və çox isti içkilərdən imtina edin. Spirtli içkilər və hal hazırda "dəbdə" olan enerji içkilər istidə çox ziyanlıdır.

Qalxanvari vəzinin fəaliyyətinin azalması zamanı (hipoterioz) gün şüaları çox xeyirlidir.  Hipoteriozdan əziyyət çəkən insanların orqanizmində mübadilə prosesləri ləngiyir ki, bu onlarda bir çox pozulmalara səbəb olur. Gün şüaları isə mübadilə prosesləri sürətləndirir.

Nəzərə almaq lazımdır ki, 11.00-dan 17.00-a kimi günün altında olmaq məsləhət görülmür.


Şərhlər:
Baxılıb: 1198
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz