Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Min bir derdin dermani bal
Min bir derdin dermani bal
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3400
Səs ver:
Bal - arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida.
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.Arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır.
Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.
Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.
Bal tez və ya gec(götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq ) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlanır(bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. Xarlanmaq balın keyfiyyətinə təsir etmir.Bal arıların istehsal etdiyi təbii,müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən,bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər. Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər – fruktoza və qlyukoza,habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza,melibioza,rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3%-dən 76%-ə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr,üzvi duzlar və mineral maddələr müvcuddur. Suyun tərkibi nektarda 40%-dən 90%-ə qədərdir. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir,yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir.
Nektarın toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar bu zaman ən mühim işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlyukoza və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlyukoza çox olduqda xarlanma tezləşir. Buna misal olaraq günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlanma ləng gedir.
Arılar bala turşuluq verirlər. Fermentlərin təsirindən qlyukozanın bir hissəsi qlyukonat turşusuna çevrilir. Buna görə də bal həmişə turş reaksiyaya malik olur. Nektarın dəfələrlə bir qovuqcuqdan başqasına köçürülməsi prosesində arının bal çinədanındakı xortumundakı udlaq vəzilərinin şirəsi ilə qarışması nəticəsində o,bala çevrilir və uzun müddət xarab olmadan qalır. Arılar onun üzərini nazik mum qapaqcıqları ilə örtürlər. Nektarın bala çevrilməsi prosesi bundan sonra da davam edir. Bal yetişir,ətirli olur və onun acı tamı çəkilir. Balın tərkibində 16%-dən 22%-ə qədər su,75%-ə qədər qlyukoza və fruktoza,3%-ə qədər saxaroza (qamış şəkəri) olur. Qalan tərkib hissələri isə zülallardan,üzvi turşulardan,fermentlərdən,vitaminlərdən,mineral,ətirli və boyayıcı maddələrdən ibarətdir.
Qurani-Kərimin "Nəhl" surəsinin 68-ci və 69-cu ayələrində buyurulur: "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!.. (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət var!"
Balın insan oğlunun ağlına sığmayan sirli hikmətlərini anladan Məhəmməd Peyğəmbər (s.ə.s.) Allahın arıya bal emal etdirməsini müqəddəs kitabımızın nazil olmasına bərabər tutub: "Siz, ey hümmətim, iki şeyə üstünlük verin: Qurana və bala"


Şərhlər:
Baxılıb: 3400
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz