Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Alt paltarlarının seçim xüsusiyyətləri
Alt paltarlarının seçim xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1304
Səs ver:
Sizin qarderobunuzda neçə növ alt paltarı modeli var? Əgər siz düşünürsünüzsə ki, bu geyimin iki dəsti kifayət edər, bu zaman siz çox yanılırsınız. Onun da istənilən başqa geyim kimi, bir çox versiyaları var və o da müxtəlif vəziyyətlər üçün uyğun olmalıdır. Biz idman zalı, ofis, hamiləlik və ya uşaq yedirmə vaxtı istifadə olunan alt paltarları haqqında danışacağıq.

 

 

Hamilə qadınlar üçün alt geyimləri

 

Bu dövrdə qadının bədəninin nisbətləri dəyişilir və təbii ki, birinci yerdə rahatlıq anlayışı olur. Hərçənd ki, bir çox süni materiallardan hazırlanmış alt geyimləri də olduqca rahatdır, bu halda təbii parçalardan tikilmiş modellərə üstünlük verməyiniz daha məsləhətdir. Bu modellərdən biri də mikrofibradır.

 

Parçadan başqa, alt geyimlərinin tikilişinə də xüsusi diqqət ayırmaq lazımdır. Tikişlərsiz və xüsusi əlavələrsiz alt paltarları sinəni yaxşı saxlayır və dərini sürtmür. Bəzi hamilə qadınlar üçün nəzərdə tutulmuş alt paltarlarının modellərində qarını saxlamaq üçün xüsusi formalar nəzərdə tutulmuşdur. Belə modellərdən istifadə zamanı sizin dərinizdə dartılmalar yaranmayacaq.

 

Çox artmış sinə üçün rahatlıq və dəstəyə görə geniş bretelləri olan modellər uyğun gələcək. Uşaq yedirən analar üçün nəzərdə tutulmuş alt geyimləri xüsusi formaya malikdir ki, onlar yedirmə zamanı paltarınızı çıxarmadan da körpəni yedizdirməyə imkan yaradacaq. Bu modellər fəal yaşamağa və təbii analıq ideyasını dəstəkləməyə icazə verdikləri üçün çox rahatdır.

 

 

İdmanla məşğul olanlar üçün nəzərdə tutulmuş alt geyimləri

 

İdman üçün nəzərdə tutulmuş alt paltarları da öz xüsusiyyətlərinə malikdir. O rütubəti canına yaxşı çəkməlidir, çünki idmanla məşğul olan zaman biz daim tərləyirik. Bundan başqa o elastik olmalıdır, çünki müxtəlif tapşırıqların icra edilməsi zamanı bədən daim dartılmalara məruz qalır. Geniş boyun qayışları və sıx ilgəkləri olan alt geyimlərini seçməyiniz məsləhətdir. Seçim sizin hansı növ idmanla məşğul olmağınızdan da çox asılıdır. Küçə və ya güc tələb edən məşğuliyyətlər üçün möhkəm modellər uyğun gələcək, idman zalında məşğuliyyətlər üçün isə – daha yüngül modellərdən istifadə etmək olar.

 

 Ofis üçün nəzərdə tutulmuş alt geyimləri

 

Əgər siz ofisə getməyə hazırlaşırsınızsa, bu zaman alt geyimizin modelinə və ən əsası da rənginə diqqət etməyiniz məsləhətdir. Bu zaman çox cəzbedici, bəzəkli və köynəyin altından görünə bilən modelləri geyinmək lazım deyil. Əsasən ağ və bej rənglərdə olan klassik modellərə üstünlük verin, tünd köynəklər üçün isə qara rəngli alt geyimləri uyğun gələcək. Büzmə haşiyələri, krujevalı və müxtəlif bəzəkli və rəngli alt geyimlərini əyləncə gecəsi və ya görüşlər üçün təxirə salmaq daha yaxşıdır. Ofisə sadə və zərif geyinmək lazımdır, bu zaman incə materiallardan hazırlanmış relyefsiz modellər çox yaxşı uyğunlaşacaq.

 

Düzgün seçim zamanı, siz əmin olacaqsınız ki, bu geyimin daşınmasından həzz almaq olar. O hərəkətlərinizi məhdudlaşdırmayacaq, dərinizi sürtməyəcək və bədəninizi sıxmayacaq.



Şərhlər:
Baxılıb: 1304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz