Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Taxırıq gözümüzə, balta çalır ömrümüzə
Taxırıq gözümüzə, balta çalır ömrümüzə
Göndərən: Nermi_7
Şərhlər:
Baxılıb: 1231
Səs ver:
Küçəyə çıxan zaman günəş şüaları altında gözlərinizi yığmaq, gözünüzü qaçırmaq yerinə mütəxəssislərin təkliflərini diqqətə alıb, gözünüzə uyğun bir gün eynəyi seçsəniz, bütün il boyu gözlərinizi qorumuş olarsınız. Mütəxəssislər hesab edir ki, gün eynəyi gözləri qorumaq üçün qalxan vəzifəsi oynayır.
Atmosfer zərərli şüaların böyük bir qismini özündə saxlasa da, günəş işığında gözə zərər verəcək dərəcədə UV (ultra bənövşəyi) və İR (infraqırmızı) şüaları var. Ozon təbəqəsi nazikləşdiyi üçün insan dərisinə və gözünə zərərli şüalar yer üzünə daha çox miqdarda çatır, bu da dəri və göz sağlamlığı üçün böyük təhlükəyə çevrilir. Bu zərərli şüalardan gözləri qorumaq üçün ideal bir gün eynəyi seçməyiniz məsləhət görülür. İdeal gün eynəklərinin şüşəsi UV və İR şüaları soraraq, onların gözə zərər verməsinin qarşısını alır.
Oftalmoloq Ramin Hacıyev deyir ki, günəş şüalarının gözlərə təsiri dəridə günəş şüalarından yaranan yanıqlara bənzəyir. Belə ki, eynək taxılmadığı təqdirdə günəş şüalarına uzun müddət məruz qalmış gözlərdə quruluq, qaşınma, batma, yanma, ağrı və qanama əmələ gəlir. Həkim müdaxiləsi və qısamüddətli malicə ilə deyilən problemlər aradan qaldırılsa da, zamanında həkimə müraciət edilmədiyi təqdirdə, göz əti, bulanma yarana bilər.

Bununla yanaşı, hər zaman gözləri qısaraq baxmaq göz ətrafında qırışıqların artmasına səbəb olur. Günəş şüalarından gözdə yaranan ən təhlükəli xəstəliklər isə sarı nöqtə problemi və katarakt xəstəliyidir.
Həkimin sözlərinə görə, gün eynəyi gözün sağlamlığı üçün böyük əhəmiyyət daşısa da, saxta eynək taxmaqdansa eynəksiz gəzmək daha yaxşıdır: "Saxta eynəklər günəşdən gələn zərərli şüalara qarşı gözü qorumur, əksinə göz bəbəyini genişləndirərək, gözə gələn zərərli şüaların miqdarını artırıb göz problemlərinin əmələ gəlməsinə səbəb olur".
Yaxşı bir qoruma təmin etmək üçün gün eynəyinin çərçivəsi də adamın üzünə uyğun olmalıdı. Eynəyin çərçivəsi göz ətrafını bağlayaraq gözlərə yaxın dayanmalı, gözü üstdən və yandan gələn şüalara qarşı qorumalıdır.

Azyaşlı uşaqlar günəş gözlüyündən istifadə edə bilmədikləri üçün saat 10.00 - 17.00-ə kimi günəş şüaları altına buraxılmamalıdır.
Qeyd edək ki, çoxumuz gün eynəklərini qoruyucu vasitə kimi deyil, aksessuar olaraq istifadə edirik. Elə bu səbbədən də eynəyin saxta və ya orijinal olması çoxumuz üçün böyük əhəmiyyət daşımır. Amma mütəxəssisləin fikrincə, saxta gün eynəklərinin hamısı göz üçün böyük təhlükədir. Saxta gün eynəklərindən uzun müddət istifadə gözlərdə və göz ətrafı nahiyədə xərçəng yaranmasına da səbəb ola bilər.
Müsahibimizin dediyinə görə, boz, qəhvəyi, yaşıl tonlu eynəklər, qara eynəklərə nisbətən daha çox təsirlidir. İnsanlar isə çox zaman daha çox qoruyar deyə düşünüb qara eynəklərə üstünlük verirlər. Əsas olan eynəyin şüşəsinin tündlüyü deyil, UV şüaları necə saxlaya bilməsidir: "UV şüaların təsiri qarda, qumda və suda daha çoxdur. Dəniz səviyyəsinə görə yüksəklik artdıqca ultrabənövşəyi səviyyəsi artır. Ultrabənövşəyi şüalar ekvatora yaxınlaşdıqca, yəni paralel dərəcəsi düşdükcə artır. Günəşdə qalma müddəti artdıqca qəbul edilən ultrabənövşəyi şüaların miqdarı da artır. Açıq rəngli gözlərə və dəriyə sahib olanlar ultrabənövşəyi şüalar baxımından daha çox risk daşıyır. Ultrabənövşəyi şüaların miqdarının ən yüksək olduğu saatlar 10-16 arasıdır. Ultrabənövşəyi şüaların ən güclü təsir etdiyi dövr yaz və yay aylarıdır, payız və qış aylarında ultrabənövşəyi şüaların səviyyəsi düşür".

R.Hacıyev bildirir ki, gün eynəyi seçərkən eynəyin şüşəsinə, UV şüaları özündə saxlamasına və rənginə diqqət yetirmək lazımdır: "Yaşıl və boz rəngli şüşələr görünüş kontrastına təsir etmir, rəng pozuntusuna səbəb olmur, qəhvəyi isə kontrasta və dərinlik dərəcəsini artırmaqla yanaşı rəng pozuntusuna da gətirib çıxarır. Mavi rəngli şüşəsi olan eynəklər qarda yaxşı görməyə kömək etsə də, digər rənglərin pozulmasına səbəb olur. Qırmızı və çəhrayı rəngli eynəklər kompüterdə yaxşı görməyə kömək edir, digər rənglərdə pozulmaya səbəb olur. Gözə zərərli ola biləcəyi iddia edilən mavi rəngli şüaları əmən və uzaqdakı cisimlərin daha dəqiq görülə bilməsini təmin edən amber rəngli şüşələr xüsusilə pilotlar, xizəkçilər və gəmiçilər tərəfindən seçilir. Yuxarıdan aşağıya rəngi açılan qradyent şəklindəki şüşələr xüsusilə avtomobil istifadə edən şəxslər tərəfindən seçilir.
İşıq miqdarına görə rəngi açılıb tündləşə bilən fotoxromik, ya da kolormatik şüşələr daxili və xarici mühitlərdə istifadə edilə bildikləri üçün üstünlük təşkil edirlər".
Eynək satışı ilə məşğul olan Leyla Abdullayevanın sözlərinə görə, saxta malı orijinaldan fərqləndirmək üçün eynəyin şüşəsinə fikir vermək lazımdır: "Eynəyin şüşəsində yazılan loqo şüşəyə həkk olunmalıdır. Burun kauçuku yumşaq olmalı, şüşənin rəngi rəng pozuntusu yaratmamalıdır. Eynək alarkən zəmanət və sertifikat tələb edin".
Satıcının dediyinə görə, eynək də paltar kimidir. Onu seçərkən dəbə deyil, yaraşmasına və orijinallığına üstünlük vermək lazımdır.


Şərhlər:
Baxılıb: 1231
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz