Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər qadının ehtiyacı olacaq məsləhətlər
Hər qadının ehtiyacı olacaq məsləhətlər
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1289
Səs ver:
Mövzu paltarlar və moda olunca hər qadının adı kimi bilməsi lazım olan və əlbəttə bir gün ehtiyac duyacağı məsləhətləri sizlər üçün bir araya gətirdik.
Həyatınız asanlaşdıracaq məsləhətlərə sizdə nəzər yetirin.

1. Təzə aldığınız cins şalvarlarınızı dərziyə aparmadan əvvəl 2 dəfə mütləq yuyun. Unutmayın, cinslər yuyulduğu zaman daralır.
2. Kaşmir parçanın keyfiyyətini anlamaq üçün parçanı yüngülcə yanlara doğru dartın. Buraxdığınızda eyni şəkli alırsa keyfiyyətlidir.
3. Ən sevdiyiniz çantaya yağ ləkəsi düşdüyündə uşaq pudrasını ləkənin üzərinə tökün və səhərə qədər gözləyin.Böyük ehtimalla ləkənin yox olduğunu görəcəksiniz. Ləkə hələ getmədisə bir gecə daha eyni əməliyyatı təkrarlayın.
4. Şkafınızı açdığınız zaman rənglər açıqdan tündə doğru sıralansın və açıq paltarları soldan düzməyə başlayın. Bunun sayəsində daha asan seçkilər edə bilərsiniz.
5. Saxta çanta almanız əsla etməməniz lazım olan bir seçimdir. Saxta almaz və aksesuarlar isə keyfiyyətli olduqlarında ancaq professional biri tərəfindən ayırd edilə bilər.
6. Vazadakı çiçəklərin daha uzun müddət təravətli olmasını istəyirsinizsə suya çox az bir miqdar araq damladın.
7. Qırmızı şərab ləkələrini çıxarmaq üçün ağ şərab istifadə edin.
8. Üzərinizə gözəl oturan paltarların pik nöqtəsi likradır. T-shirtler üçün 95% pambıq, 5% likra qarışığını seçin. Cinslər üçün isə heç olmasa 2% likralı olanlar üzərinə daha yaxşı oturacaq və formalarını uzun müddət qoruyacaq.
9. Hansı paltarı atacağınıza qərar vermək üçün "İndi alış-verişdə olsaydım bunu alardım?" sualını özünüzə verin. Cavab xeyrdirsə atın getsin!
10. Xüsusi dəvətlərdə cəsarəti bir kənara qoyun və sizə hər vaxt yaraşan şeyləri seçin.
11. Corabların süzülməsindən bezdinizsə saç spreyi sıxıb qurumasını gözləyib daha sonra geyinin.
12. Tüklənən sviteri təmizləmənin ən asan yolu topuq daşıyla yüngülcə daramaqdır.
13. Tiftik və angora yunlu paltarlarınızın tük tökməsini önləmək üçün kiçik bir torbanın içərisində buzluğa qoyub dondurun. 3 saat gözlətmək kafi olacaq.
14. Bir paltarı ütülədikdən sonra dərhal geyinməyin. Əks halda yeni qırışıqlıqlar meydana gələ bilər. 5 dəqiqə gözlətsəniz ütüsü daha çətin pozulacaq.
15. Çimərlik geyimi və bikinilərinizi əsla maşında yumayın. Maşında yuyunduğunda elastikliyini itirəcəklər.
16. Vintage və ya ikinci əl paltarlardakı qoxudan xilas olmaq üçün 1 miqdar araq və bir miqdar suyu qarışdırıb sprey şüşəsi köməyiylə püskürdün.
 
/Mənbə.Qadınlar.Biz /
 


Şərhlər:
Baxılıb: 1289
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz