Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Acı bibərin faydaları
Acı bibərin faydaları
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 1188
Səs ver:

Acı bibər çoxumuzun vaz kecə bilmədiyi bibər növüdür.Tərəvəz yeməklərində və ətin yanında bol-bol istifadə edilən acı bibərin faydaları yüz illərdir bütün mədəniyyətlər tərəfindən bilinir. Acı bibər dünyanın hər yerində və hər iqlim şəraitində yetişən tərəvəzdir. Bir çox yeməyi dadlandıran bu tərəvəz xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Acı bibər ürək üçün çox xeyirlidir. Tərkibində ürəyin ehtiyacı olan qida maddələri olan acı bibər bədən istiliyini artırar və qan dövranını sürətləndirir. Bundan başqa, qan hüceyrələrinə yapışan toksinləri də təmizləyir. Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Təpədən dırnağadək qan dövranını sürətləndirən acı bibər qan təzyiqini də tarazlayır.

Tərkibində olan kapsaisin maddəsi xərçəng hüceyrələrinə öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə məsləhət görülür. Araşdırmalar kapsaisinin xərçəng hüceyrələrini apoptosis mərhələsində öldürdüyünü göstərir.

Acı bibər mədə-bağırsağa da yaxşı təsir edir. Bağırsaq hərəkətlərini artıraraq həzmi sürətləndirən acı bibər mədədəki turşuluq və qaz kimi narahatlıqları aradan qaldırır. Antifungal xüsusiyyətləri olan acı bibər göbələk problemlərində də təsirlidir. Bundan başqa, tənəffüs yolu narahatlığı çəkən insanlardakı infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.

Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Yerli xalqlar onunla müalicə üsullarına əhəmiyyət verirlər. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər donmadan təsirlənmə dərəcəsini azaldır. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və iz buraxmadan yaxşılaşmasını təmin edir. Acı bibərə allergik reaksiyalarda da müraciət edilir. Baş ağrısı, soyuqdəymə kimi hallarda istifadə edilir. Bundan başqa, ağrıkəsici xüsusiyyəti də olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə təsiri böyükdür.

 




Şərhlər:
Baxılıb: 1188
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz