Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt ailə → Yaxşı həyat yoldaşının vəzifələri
Xoşbəxt ailə → Yaxşı həyat yoldaşının vəzifələri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1191
Səs ver:

1955-ci ildə Amerika mətbuatında "Yaxşı həyat  yoldaşının vəzifələri” başlıqlı manifest çap olundu. Beləliklə yaxşı həyat yoldaşının vəzifələri bunlardır:

1. Şam yeməyi həmişə hazır vəziyyətdə olmalıdır. Bu barədə qabaqcadan, bəzən hətta 1 gün öncədən tədbir görmək lazımdır. Bununla yanaşı təamlar dadlı olmasına və müxtəlifliyinə diqqət yetirmək də vaibdir. Bu həyat yoldaşının qayğısına qaldığını və onun barədə düşündüyün göstərmək üçün bir vasitədir. Əksər kişilər evə qayıdanda ac olurlar və yeməyin xoş görünüşü (xüsusən onun sevdiyi yeməyin) səmimi qarşılamanın ayrılmaz hissəsidir.

2. Xarici görünüşə diqqət yetirilməlidir… Ərinizin gəlişinə qədər 15 dəqiqə hazırlaşın ki, qarşılayanda gümrah görünəsiniz. Makiyaj və saç düzümünüzü yeniləyin. Unutmayın ki, bir neçə saniyə əvvəl onu işgüzar insanlar əhatə edib.

3. Şən və həyat yoldaşına qarşı qarşı diqqətli olmaq vacibdir. Onunla maraqlan. Çünki ağır işdən sonra ona mənəvi dəstək lazımdır. Ərini sevindirmək qadının vəzifələrindən birincisidir demək doğru olardı.

4. Səliqə-səhmanı qorumalı. Ailənin başçısı evə qayıtmazdan əvvəl evin səliqə-səhmanına göz gəzdirməlisiniz.

5. Əgər uşaqlarınız varsa, və kitab-dəftərlərini, uşaq oyuncaqlarını dağıdıbsa, onları səliqə ilə yerinə qoyun. Masaya təmiz süfrə salın.

6. İlin soyuq aylarında siz sobanı vaxtından öncə yandırmalısınız ki, ərinizə soyuq dəyməsin. Əriniz evdə rahat istirahət edə biləcəyi məkan tapdığı üçün onda ruh yüksəkliyi yaranacaq. Nəticədə onun rahatlığını təmin etməklə özünüz də rahat olacaq və bundan birgə həzz alacaqsınız.

7. Uşaqları səliqə-səhmanına diqqət yetirin. Onların əl-üzlərini (əgər onlar balacadırlarsa)su ilə yuyun, saçlarını darayın və lazım gələrsə, yenidən geyindirin. Uşaqlar kiçik xəzinədirlər. Bu arada evdə sakitliyi təmin etməyə çalışın. Çalışın ki, uşaqlar özlərini sakit aparsınlar.

8. Ərinizi gülər üzlə qarşılayın. Həyat yoldaşınız gördüyünüz üçün şad olduğunuzu hiss etməlidir

9. Ona həqiqi həzz verməyə hazır olduğunu nümayiş etdir.

10. Ərinizi dinlə. Sənin danışmağa çoxlu mövzuların ola bilər, amma onun işdən gəldiyi vaxt bunun üçün uyğun zaman deyil. Qoy, o birinci danışsın. Unutma ki, onun danışdığı mövzular sənin mövzularından daha vacibdir.

11. Axşam kişiyə məxsusdur. Evə gec gəldiyinə görə,, şam yeməyinə,yaxud əyləncə məkanlarına sənsiz getdiyinə görə onu qınamayın, gileylənməyin. Gərgin və ya yorğun olduğunu nəzərə alın.

12. Sizin vəzifəniz ərininiz fiziki və mənəvi rahatlıq tapa biləcəyi isti bir yuva ilə təmin etməkdir.

13. Problemlərinizi onunla bölüşməzdən qabaq bir qədər istirahət etməsini gözləyin. Çünki bu ondan əvvəl sizin rahatlığınız üçün vacibdir. Əks halda problemləriniz həllini tapmaya bilər.

14. Evə gec, yaxud heç gəlməsə şikayətlənmə. Buna haqlı səbəbləri ola bilər.

15. Ərinizin rahatlığını təmin edin. Rahat kresloya əyləşdirin və hamamı isti su ilə doldurun. Öncədən onun üçün sərin və isti içkilər hazırlayın.

16. Ərinizlə sakit və xoş səslə danış.

17. Ondan hərəkətlərinə görə izah tələb etməyin. Onun ədalətliliyini və düzgünlüyü şübhə altına alma. Unutma ki, evin ağası ədalətli və haqlı kişidir.



Şərhlər:
Baxılıb: 1191
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz