Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamağın faydaları
Ağlamağın faydaları
Göndərən: Sirine
Şərhlər:
Baxılıb: 2286
Səs ver:
Gülməyin bildiyimiz üzrə insan sağlamlığına təsiri böyükdür. Bir çox həkim daha uzun yaşamaq üçün daha çox gülün deyir. Yaxşı, ağlamaq pisdir ki? Təbii ki, xeyr! Zamanında ağlamağın faydaları üzərinə bir çox araşdırma edilmişdir, gəlin onlara bir nəzər salaq ... İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi, qadını necə olmursa, ağlamağın da olmaz. Ağlamaq faydalımıdır? Endorfin Ağlamaq endorfin ifraz olunmasına səbəb olur. Endorfin insana sevinc verən bir hormondur və onsuz da xoşbəxtlik hormonlarından bir dənəsi olaraq bilinir. Endorfinin sevinc vermənin yanında təmin etdiyi bir fayda da ağrıları azaltmasıdır. Duyğuları xaricə vurar Psixoloqların hər zaman necə çalışdıqlarını düşünün. Sizə davamlı anlatdırırlar: dərdinizi, uşaqlığınızı, ağılınıza düşənləri və sizi üzən şeyləri ... Çünki bu həm həkimin sizi tanımasını təmin edər, həm də içinizdə yığılan problemləri birinə anlatdığınızda rahatlaşmanıza köməkçi olar. Davamlı içə atılan dərdlər və basqılanan duyğular, növbəti mərhələlərdə inanılmaz bir şəkildə partlayaraq sizi psixoloji problemlərə qədər apara bilər. Ağlamaq, üzləşməkdən qaçmayıb, gözlərinizin önünə gətirdiyiniz bir gerçəyi anladıb, xilas olmaq kimidir. Ağlamaqdan qorxmayın. Ruh sağlamlığı Sosial və Klinika Psixologiya Jurnalında edilən bir işdə ağlayan insanların ruh sağlamlığının çox daha tez düzeldiği müəyyən olunub. Xüsusilə bir xoşbəxtlik sonrası gələn ağlamağın ruh sağlamlığına müsbət istiqamətdə maksimum təsir etdiyi görülüb. Sakitləşdirir Ağlamaq bir sakitləşdirici dərman kimidir. Ən təbii və ən təsirlilərindən. Ümumiyyətlə insanlar ağladıqdan sonra yatmaq istəyərlər. Çünki sakitləşdirici bədənə həkk edilmişdir və insan özünü halsız hiss edə bilər. Bu da hər hansı bir şəkildə özünə və ya ətrafına zərər verə biləcək olan bir fərdin sakitləşməsini təmin edər. Gözləri təmizləyər Bədəniniz bir çox toksini göz yaşlarınız ilə ata bildiyini bilirdinizmi? Ağlamaq həm bədəninizdəki kimyəvi maddələrin çölə atımına köməkçi olar, həm də gözünüzü bakteriyalardan pak edib, təmizləyər.


Şərhlər:
Baxılıb: 2286
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz