Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pomelo haqqında
Pomelo haqqında
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1108
Səs ver:
Xalq təbabəti - Pomelo
Son illər bazarların piştaxtalarında təkəm-seyrək də olsa görünən bu meyvə öz ölçüsünə görə diqqəti cəlb edir. Pomelo sitrus meyvəsidir. Onun acımtıl tam verən şirin dadı var. Bu ekzotik meyvənin vətəni Cənub-Şərqi Asiya, Malayziyadır. Amma pomelonun adına hələ bizim eradan əvvəlki Qədim Çin traktatlarında rast gəlinir. Elə bizim günlərdə də Çin ənənlərinə üstünlük verənlər dini bayramlarda bir-birlərinə pomelo bağışlayar, bu bəxşiş ilə verdiyi insana uğur və çiçəklənmə arzularını bildirir. Avropada isə pomelo XIV əsrdən tanınmağa başlayır.

Bu iri meyvə ilk baxışdan rəngi ilə seçilir. Açıq yaşıldan sarı rəngədək çalır. Formasına gəlincə isə,şar kimi sortlarından ta armudaoxşar formalı müxtəlif pomelalara rast gəlmək olar.Bəzi nəhəng pomelaların çəkisi 10 kq-a çatır. Pomelo portağal, qreypfrut, naringi ağaclarına oxşayan həmişəyaşıl ağacda bitir.

Faydalılıq xüsusiyyətlərinə gəlincə isə əgər qreypfrut vitamin və minerallarla zəngindirsə, pomelo bu göstəriciləri dəfələrlə geridə qoyur. Askorbin turşusu, C və A vitaminləri, antioksidantlar və efir yağları ilə zəngin olan bu meyvə fəsil dəyişən zaman əvəzsizdir. Bundan başqa pomelo soyuqdəymə ilə mübarizədə ideal vasitə sayılır.

Əsl pəhriz meyvəsidir
Pomelonun faydalı xüsusiyyətləri bununla bitmir. Bu meyvə müxtəlif pəhriz tərəfdarları üçün əvəzsiz meyvədir. 25-30 kilokaloriyə malik olan pomelo yağ və zülalların aktiv parçalanmasına kömək edir, aclıq və susuzluq hissini aradan qaldırır. Onun mineral tərkibində kalium, kalsium, fosfor və dəmirin faizi çox olduğundan, pomelo ürək-damar xəstəliklərinin profilaktikasında, qanda şəkərin miqdarı artdıqda və hemoqlobin aşağı düşdükdə məsləhət görülür.

Pomelo ateroskleroza qarşı profilaktika vasitəsi kimi faydalıdır, hətta xərçəng şişlərinin profilaktikası üçün tövsiyə edilir.

Pomelonu necə seçmək lazımdır
Meyvənin yetişdiyini müəyyən etmək üçün onu qoxulamaq kifayətdir. Pomelonun yaydığı ətir nə qədər tünddürsə, meyvəsinin ləti də bir o qədər şirin və dadlıdır. Bundan başqa meyvənin qabığı qalın və möhkəm olmalı, barmaqla basdıqda qabıq geri qayıtmalıdır.

Pomelo necə yeyilir
Pomelo çoxdan satışda olsa da bəziləri pomelonu necə yeməyin lazım olduğunu bilmirlər. Lakin pomelodan kulinariyada istifadə imkanları çox genişdir. O,müxtəlif meyvə salatlarına zəngin dad bəxş edir, piroqlar üçün əla içlik sayılır. Dadında azacıq acılıq isə bu meyvədən ət xörəklərinin souslarına əlavə kimi istifadə etməyə imkan verir. Bundan başqa pomelo şirə baxımından əlverişlidir, səhərlər onun şirəsini içmək sağlamlığa çox faydalıdır.

Saxlanmasına diqqət

Sadəcə bu heyrətamiz ekzotik meyvənin saxlama şəraitinə diqqət yetirmək lazımdır. Qabığı soyulmamış pomelonu otaq temperaturunda 1 ay saxlamaq olar, yox, əgər onun qabığını soymusunzsa, soyuducuda cəmi 3 gündən artıq saxlamayın.


Şərhlər:
Baxılıb: 1108
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz