Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizə faydalı olan məsləhətlər
Sizə faydalı olan məsləhətlər
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2084
Səs ver:
Mineral su ilə isti süd.Əgər sizdə öskürək əmələ gəlibsə,onda qaynar südlə meniral su için.Bu içki bronxlarda olan bəlğəmin təmizlənməsinə güclü kömək edəcək.
İtburnu çayı
İtburnu çayı.Yəqinki hamıya çox gözəl məlumdurki,vitamin C-nin əsil mənbəyi itburnudadır.termosa əzilmiş itburnudan 3 xörək qaşığı töküb səhərə qədər saxlayın.Bu çayı hər gün yeməkdən yarım saat əvvəl 3 dəfə yarım stəkan içiniz.

Sağlamlıq üçün xeyirli içkilər
Detoks effektli içkilərə bitkilərdən dəmlənən çaylar daxildir- şalfey, çobanyastığı, adaçayı dəmləməsinin üzərinə portağal və qara qarağat şirəsi sıxaraq gözəl şirə əldə etmək olar.Bu növ içkilər qaraciyərin işini yaxşılaşdırır və dərinin rəngini təravətləndirir.
 
Çobanyastığı çayı
Çobanyastığı çayı.Bu çay ən gözəl soyuqdəymənin qarşısını alan vasitədir.
 
Klyukva və brusnika morsu
Klyukva və brusnika morsu.Klyukva və brusnikanın çox güclü bakteriasid xüsusiyyəti vardır.Bu giləmeyvələri əzib qəndlə qarışdırdıqdan sonra üzerinə ilıq su əlavə edin.Demək olarki,soyuqdəymənin tez sağalması üçün ən gözəl vasitədir.
 
Limonlu və ballı isti çay
Limonlu və ballı isti çay.Əgər soyuqlamısınızsa,onda dərhal çoxda rəngli və qaynar olmayan limonlu və ballı çay dəmləyib için.
 
İmbirli və limonlu çay
İmbirli və limonlu çay.Bu çay soyuq aylarda imunitetin güclənməsinə kömək edir.1 stəkan isti suya 1 xörək qaçığı bal,limon şirəsi,yarım çay qaşığı əzilmiş inbir və bir çimdil darçın əlavə edin.Viruslar sizdən gen gəzəcək.
 
Moruqlu və çökə güllü çay
Moruqlu və çökə güllü çay.Quru çökə gülündən çay dəmləyib və həmin çaya moruq yarpağı və meyvəsi atın.Bu çayı yarım saat dəmə qoyduqdan sonra işmək olar.Əgər moruqun özü yoxdursa,mürəbbəsidə yarayar.
 
Sarımsaqlı süd
Sarımsaqlı süd.İsti südə 10 damcı sarımsaq suyu qarışdırıb içsəniz demək olarki bir günə ayağa qalxmaq olar.
 
Limonad
Limonad- Bu içki damarların fəaliyyətini tənzimləyir, qandakı toksinləri və şlakları kənarlaşdırır və orqanizmdə olan lazımsız mayeni çıxarır.
 
Kokteyllər
Püre halında olan kokteyllər həm meyvə, giləmeyvələrdən, həm də tərəvəzlərdən hazırlana bilər. Bu növ içkilər vitamin mənbəyi hesab edilir, tərkibində mikroelementlər zəngindir. Həzm prosesini asanlaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.
Bu cür içkilər pomidordan, kökdən, avakadodan, xiyardan və s.-dən hazırlanır. İçinə zövqə görə yoqurt və ya yağsız süd, nanə, qoz və digər bu növ əlavələr etmək mümkündür. Bu içkiləri hazırlamaq üçün öz fantaziyanızdan istifadə edin. Belə ki, kokteyllərə meyvə şirələri əlavə edə bilərsiniz. Portağal və kök, kərəviz və alma qatışığı dadlı olur.
 
Yaşıl bitki və tərəvəzlərdən şirələr
Yaşıl bitki və tərəvəzlərdən şirələr: Bu şirələr orqanizmdəki lazımsız maddələri və toksinləri uzaqlaşdırır. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
 
Kərəviz şirəsi 
Kərəviz şirəsi B qrup vitaminləri ilə zəngindir, təzə sıxılmış şüyüd suyu isə digər otlardan daha çox C vitamini ilə zəngindir.
 
Nanə dəmləməsi
Nanə dəmləməsi də çox xeyirlidir. Sidikqovucu təsirə malikdir.Mədə-bağırsaq və həzm prosesini tənzimləyir.
 
Zəncəfil çayı
Zəncəfil çayı. Həzmi asanlaşdırır, maddələr mübadiləsinə kömək edir, immuniteti gücləndirir.
 
Çayın dəmlənməsi
Çayın dəmlənməsi: Bir litr suyu qaynadın, qaynayan suya zəncəfil əlavə edin, 10 dəqiqə qaynadıqdan sonra götürün. Soyuq və ya ilıq için. Zövqə görə üzərinə qara istiot, darçın və ya itburnu siropu da əlavə edə bilərsiniz
 
Xiyar suyu
Xiyar suyu qanda olan xolesterinin miqdarını azaldır və dərini cavanlaşdırır.
 
Turşəngin suyu
Turşəngin suyu isə soyuqdəyməyə qarşı məlhəmdir. Bu növdən olan içkiləri masaj prosedurlarından əvvəl içmək də olar. Bu cür içkilər masaj prosedurlarının bədənə təsirini gücləndirir.







Şərhlər:
Baxılıb: 2084
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz