Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu çaylar çox faydalıdır
Bu çaylar çox faydalıdır
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1318
Səs ver:
Regionda, eləcə də ölkəmizdə yayılmış H3N2 virusuna az qala hər beş nəfərdən ikisi tutulub. Qripin yeni forması hesab olunan H3N2 virusu boğaz ağrısı, temperatur, baş gicəllənmə, təzyiqin aşağı düşməsi ilə müşahidə olunur. Bəs bu virusla necə mübarizə aparmalı?
H3N2 virusu ilə təbii mübarizə vasitələrini təqdim edirik:

Cökə: Qrip deyiləndə ağla gələn ilk bitkilərdən biri də cökədir. Cökə gülünün tərkibindəki flavonoit iltihabı aradan qaldırır və ağrıkəsici effekti yaradır. Eləcə də boğazı yumşaldaraq soyuqdəymənin qarşısını alır.

Adaçayı: Ağız və boğaz iltihablarına yaxşı təsir edən bitki isə adaçayıdır. Xüsusilə farengit, gingivit kimi xəstəlikləri olanlar stəkanda dəmləmə formasında (qaynadılmamalıdır) adaçayı ilə qarqara etmələri məsləhətdir.

Zəncəfil: Soyuqdəymə və qripin qarşısının alınması, müalicəsində xeyirli olacaq bitkilər arasında zəncəfilin də adını qeyd etmək mütləqdir. Pəhrizlərdə istifadə edilən zəncəfilin tərkibindəki gingerol, şogaol kimi birləşmələr qüvvətli iltihab qovucudur.

Qərənfil: Bakteriya, göbələk, virusların əmələ gətirdiyi infeksiyalarda antiseptik və ağrıkəsici kimi qərənfildən də istifadə edilir. Qərənfili də qaynatmadan, dəmləmə üsulu ilə qarqara etməkdə fayda var.

Qarabibər: Zəncəfil və qərənfil kimi, qarabibərin də qarqara forması daha məqsədə uyğun hesab edilir. Xüsusilə boğaz təzə gicişməyə başladığı vaxtlarda içində qara bibər tozu olan dəmləmə ilə qarqara etmək xeyirlidir. Araşdırmalarda qara bibərin immun sistemini gücləndirdiyi, yanğı hissi və spazmları azaltdığı məlum olub.


Şərhlər:
Baxılıb: 1318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz