Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər qadının bilməli olduğu 10 mətbəx sirri
Hər qadının bilməli olduğu 10 mətbəx sirri
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1596
Səs ver:
Sağlam bir həyatın olmazsa olmaz şərtlərindən biri düzgün qidalanmaqdır. Bəslənmənin əhəmiyyətli bir qisimini də istehlak etdiyimiz tərəvəz və meyvələr meydana gətirir. Yaxşı bəs, tərəvəz və meyvələrdən qida dəyərindən yüksək nisbətdə faydalanmaq üçün nələr etməliyik?

Tərəvəz və meyvələri sürətlə axan suyun altında yumayın: Tərəvəz və meyvələrin içindəki bəzi vitaminlər suda itir. Sürətli axan su, səthdə oksigen itkisinə səbəb olaraq, yeməklərin qida dəyərini aşağı salır. Eyni şəkildə tərəvəzləri bişirərkən də qazana çox su tökməyin. Tərəvəzləri çox az suda ya da buxarda bişirin.
Tərəvəzləri böyük hissələrə ayırın: Tərəvəzləri kiçik parçalar halında bölmək və ya kəsmək ​​vitamin itkisinə səbəb olur.

Qazanın qapağını bağlı saxlayın: Tərəvəz və meyvələri bişirərkən qazanın qapağını bağlı saxlayın. Beləcə buxar itmir və yeməyin bişmə müddəti qısalır.
Tərəvəz və meyvələri çiy istehlak edin: B və C vitamini kimi vitaminlər istidə itkiyə uğrayır. İspanaq, brokoli, gül kələm, kələm, bamya, badımcan və balqabaq kimi tərəvəzləri ən çox 10 dəqiqə bişirin. Paxla üçün də 20 dəqiqə bişirmə müddəti kafidir.
Tərəvəzlərin bişirmə sularını şorbalara, yeməklərinizə və ya souslara əlavə edərək vitaminlərindən faydalana bilərsiniz

Yeməyə soda əlavə etməyin. Çünki bişirmə əsnasında əlavə olunan soda, tərəvəzlərə daha yaşıl bir rəng qazandırmaqla birlikdə bəzi vitaminlərin itkilərə səbəb olur.
Tərəvəz və meyvələrin qabıqlarını soymayın: Əgər soymaq lazımdırsa mümkün olduğunca incə soyun. Bir çox vitamin və mineral, tərəvəz və meyvələrin qabığında və ya qabığın dərhal altındakı qisimlərində var. Tərəvəz və meyvələrin daxili qisimlərindəki vitamin və mineral sıxlıqları daha az.

Yağları yandırmayın: Yağlar, uzun müddət yüksək istiliyə məruz qalsa, bədən üçün zərərli maddələr (sərbəst radikallar) meydana gəlir. Qidaların yüksək istilikdə qızardılaraq yeyilməsi sağlamlıq baxımından zərərlidir. Ayrıca bu yeməkləri çox qəbul etmək köklüyə səbəb olarkən, ürək-damar xəstəliklərinə tutulma riskini də artırır.
Süd qaynadılarkən şəkər əlavə etməyin. Bişirmə əsnasında əlavə şəkər ilə südün zülal itkisinə səbəb olur.

Qatığın suyunu tökməyin: Qatığın suyunun süzülməsi vitamin B2 (riboflavin) itkisinə səbəb olur. Riboflavin bədəndə əhəmiyyətli funksiyaları olan bir vitamindir



 


Şərhlər:
Baxılıb: 1596
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz