Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siqaretdən azad olun!
Siqaretdən azad olun!
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 916
Səs ver:
Siqareti tərgitməyin bir çox üsulları mövcuddur. Onlardan dünyada ən çox yayılanları sizlərə təqdim edirik:
1. İlk növbədə özünüzə inanın. Əmin olun ki, siz tərgitə biləcəksiniz. Nə vaxtsa bundan da çətin işlərin öhdəsindən gələ bildiyinizi yadınıza salın.
2. Siqareti tərgitməklə siz nə əldə edə biləcəksiniz? Bunları kağızda yazın. Məsələn, pula qənaət, dişlərin ağ qalması, ömrün uzanması, gümrahlıq, yaxşı qoxumaq, başqalarında xoş hislər oyatmaq və s. Onda biləcəksiniz ki, siqaret sizə hansı zərbələri vurur və onu tərgitməklə nə kimi üstünlüklər qazanacaqsınız. Yazdıqlarınızı hər gün oxuyun.
3. Tanışlarınızdan xahiş edin ki, sizin əsəbi olacağınızı anlayışla qarşılasınlar və heç olmasa bir müddət sizi hirsləndirməsinlər.
4. Mütləq idmana başlayın. Mümkün qədər çox hərəkət etməyə çalışın. İlk vaxtlar təngnəfəs olduğunuzu gördükcə siqaret çəkdiyinizə görə peşman olacaqsınız. Daha sonra bədəniniz açıldıqca istər-istəməz siqaret çəkmək istəməyəcəksiniz. Çünki idmanla siqaret bir-birini inkar edir.
5. İlk vaxtlar siqaret çəkmək istəyəndə nəfəs gimnastikası edin. Dərindən nəfəs alıb mümkün qədər çox saxlayın və axıracan buraxın. Bu zaman gözlərinizi yumun. Hərəkəti 5-7 dəqiqə dayanmadan təkrar edin. İzafi oksigendən beyniniz dumanlanacaq və siqaret çəkmiş kimi olacaqsınız.
6. Dişlərinizi gündə iki dəfə yuyun və hər səhər güzgüdə onlara tamaşa edin. Dişlərinizin ağardığını görmək sizə yeni bir stimul verəcək. Onların bir müddət sonra daha ağ olacağını və sizə gözəllik verəcəyini təsəvvür etdikcə həvəsiniz artacaq.
7. Çoxlu su için. Su bədəninizdəki nikotini yuyub aparacaq və tezliklə nikotin mərkəzi sıradan çıxacaq.
8. Günün hansı vaxtları siqaret istədiyinizi yadınıza salın. Məsələn, ac olanda, hirslənəndə, içki içəndə və sair. Bu vəziyyətlərdən mümkün qədər uzaq olmağa çalışın. Əgər alınmırsa, həmin vaxtlar başınızı başqa şeylərlə qatın. Məsələn, kiməsə zəng vurun, sevdiyiniz musiqi altında rəqs edin və ya xoşladığınız işlə məşğul olun. İnanın ki, bir neçə dəqiqədən sonra siqaret istəyiniz öləcək.
9. Ağzınızı saqqızla, konfetlə, müxtəlif çərəzlərlə məşğul edin.
10. Siqareti tərgitmiş adamları tez-tez yadınıza salın və güzgünün qabağında öz-özünüzə deyin: «Sən ondan zəif adam deyilsən, o buraxdısa, deməli, sən də buraxa bilərsən».
11. Gündə bir neçə dəfə qəhvə için. Mümkün qədər şirin olmasın. Onun tərkibindəki kofein maddəsi bədəninizi və damaq dadınızı aldadacaq. Elə hiss edəcəksiniz ki, siqaret çəkmişsiniz. Vaxt ötdükcə, siqaret istəyiniz azaldıqca kofeini də gündəlik rasionunuzdan yavaş-yavaş çıxarın.
12. Övladınızın və ya ən çox sevdiyiniz insanın şəklini özünüzlə gəzdirin. Arxasına yazın ki, mən siqareti sənə görə atıram! Hər dəfə siqaret istəyəndə bu şəklə baxsanız, vicdanınız sizə kömək edəcək.
13.Siqareti tərgitmək istəyən insanlar hansı qidaları qəbul etməlidir?
Bu sual onları daim düşündürüb. Dietoloqlar siqaretin dadını korlayan qidaların siyahısını hazırlayıblar. Siqareti tərgitməyə pomidorlar, istiot, badımcan, süd və digər qidalar yardım edir. Bundan əlavə, siqaret çəkməyə meyilliliyi artıran və tüstünün dadını yaxşılaşdıran, tərkibində kofeinin miqdarı artıq olan qidalar da mövcuddur. Bu qidalara isə xüsusilə qəhvə, çay və "Koka-kola" daxildir. 
Əgər kimlərsə siqareti tərgitmək istəmirsə, dietoloqlar onlara rasionlarını tərkibində C vitamini bol olan sitrus meyvələri ilə zənginləşdirməyi məsləhət görürlər.
Son söz əvəzi: əgər siqaret çəkən deyilsinizsə, başlamasanız yaxşıdır. Gördüyünüz kimi, bu pis vərdişdən azad olmaq olduqca çətindir. Yox, əgər başlamışsınızsa, tərgitmək istəyirsinizsə, bunu qəti qərarlaşdırın. Nə üçün tərgitmək istədiyinizi dəqiqləşdirin. Heç nədən çəkinməyin, özünüzə inanın. Bundan sonra sizə təklif olunan metodlardan birinə başlayın. Sağlam həyat böyük bir idman zalı kimidir. Onun hər tərəfdən qapısı var. Bir qapıdan girə bilmirsinizsə, yəni tərgitməyin bir üsulu sizə kömək etmirsə, başqa qapıları tapın, yəni digər üsullara əl atın. Əsas odur ki, inadkar olun. Onda mütləq alınacaq!



Şərhlər:
Baxılıb: 916
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz