Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurta haqqında
Yumurta haqqında
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 5641
Səs ver:
Yumurtanı qaynatdığınız suyu atmayın
Yumurta qaynadılan su mineral və kalsiumla zəngindir. Dibçək güllərini bu su ilə sulayaraq solmuş güllərə yeni həyat verə bilərsiniz. Yumurtanı qaynatdığını suyu ilıqlaşandan sonra saça tökmək də çox faydalıdır. Yumurta proteinlə zəngin olduğu üçün qaynayanda tərkibindəki protein suda həll olur, bu su isə saçları daha sağlam edir.
Yumurtanın qabıqlarını da qablardakı kiri təmizləmək məqsədi ilə istifadə edə bilərsiniz. Qablardakı kiri təmizləmək üçün qabın içinə yumurtanın qabıqlarını atıb qaynadın. Qabın divarlarndakı kirin yox olduğunu görəcəksiniz.

Yumurta ağının inanılmaz faydası

Yumurta ağını yanana yerə sürtməklə ağrının və qızartının qarşısını almaq mümkündür. Lakin yumurtanı yaranın üzərinə qoymazdan əvvəl soyuq su ilə yaxşıca yumaq lazımdır.

Yumurta alanda nələrə diqqət etməli?

Yumurta alanda qabığının təmiz olmasına fikir verin. Qırıq və çatlamış yumurtaları almaq olmaz. Unutmayın ki, yumurta tez xarab olur. Yumurtanın yaxşı qalması üçün soyuducuda saxlamaq lazımdır. Yumurtanın təzə olub-olmadığı ancaq sındırmaqla müəyyən etmək olar. Təzə yumurtanı sındıranda ağı və sarısı yayılmır və bir-birinə qarışmır. Bayat yumurta isə su və CO2 itirdiyi üçün ağırlığı da azalır. Duzlu suya yumurta atanda, təzə yumurta dibə çökür, bayat yumurta isə üzdə qalır.

Çiy yumurta yemək olmaz

Yumurtanı çiy yemək olmaz. Çiy yumurtanın həm həzm olunması çətindir, həm də B qrupu vitaminlərdən biotinvücudda istifadə olunmur. Yumurta istifadə edilməzdən bir müddət əvvəl soyuducudan çıxarılmalıdır. Şirniyyatlarınızın çox şişməsini istəyirsinizsə, yumurtaları soyuducudan 2-3 saat əvvəlcədən çıxarın.

Yumurtanı qaynadanda suda çox saxlamaq olmaz.

Belə ki, bayat yumurtanın tərkibindəki dəmir, sulfat ilə birləşərək yumurtanın ətrafında yaşıl halqa əmələ gətirir. Dəmir azalır.
Yumurtanın ağı 4 dəqiqədə, 12 dəqiqədə isə yumurta tam bişir. Yumurta otaq temperaturunda 7 gün, soyuducuda isə 1ay qala bilər.

Yumurta sarısı və ağındakı rəng fərqinin səbəbi nədir?

Yumurta sarısının tündlüyü toyuğun yeminə görə dəyişir. Rəngin fərqi yumurtanın keyfiyyətli olub-olmamasını bildirmir. Toyuğun yemində buğda çox olarsa, yumurtanın sarısı açıq, qarğıdalı çox olarsa, sarısı daha tünd olur.

Qabığı qəhvəyi yumurtaların fərqi nədir?
Yumurtanın qabığının rəngi toyuğun cinsi ilə bağlıdır. Qəhvəyi yumurtanın ağ yumurtadan heç bir üstünlüyü yoxdur.


Şərhlər:
Baxılıb: 5641
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz