Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaddaşı necə bərpa etməli?
Yaddaşı necə bərpa etməli?
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 9334
Səs ver:

Gün keçdikcə hiss edirsən ki, unutqanlıq, nəyisə yaddan çıxarma artıq ciddi problemə çevrilir.

İşdə həyəcanla düşünürsən ki, evdə ütünü və ya qaz pilətəsini söndürmüsənmi? Evə gəlib televizora baxmaq istəyirsən, amma eynəyinin yeri yadına düşmür. Və yaxud ən vacib və ya dramatik məqamda ən önəmli söz hafizəndən sanki silinir, yada salmaq cəhdlərin heç bir fayda vermir.

Hesab edilir ki, insan yaşlandıqca yaddaşı zəifləyir. Amma son zamanlar yaddaş zəifliyindən şikayət edənlərə, hafizənin pozulmasına artıq gənclər arasında da rast gəlinir. Əslində, yaddaşın pisləşməsi beynin stressə qarşı müdafiə reaksiyasıdır. Bəs unutqanlığın öhdəsindən gəlmək, yaddaşı bərpa etmək olarmı?

Beynin "arxivi"

Yaddaş və yaxud hafizə - beynin funksiyalarından biri və çox mürəkkəb mexanizmdir. Beynin bu psixi və yaxud zehni funksiyasına, fəaliyyət növünə informasiyanın toplanması, saxlanılması və yenilənməsi daxildir. Yaddaşın xüsusiyyətləri bunlardır: dəqiqlik, həcm, sürət, təzələnməyə hazırlıq və yaddan çıxarmanın sürəti.

Yaddaşın o qədər tipi və növü var ki: sensor, səs, görüntü (viziual), ağrı və s. Hətta dad yaddaşımız da var.

Bundan başqa, yaddaş obrazlı, məntiqi, emosional, deklarativ, uzunmüddətli, qısamüddətli, aralıq, epizodik və s. ola bilir.

Risk faktorları

Həm fizioloji, həm də psixi faktorlar yaddaşa öz təsirini göstərir. Bizim unutqanlığımız eyni dərəcədə həm birinci, həm də ikinci faktorlarla bağlı ola bilər.

Psixiloji səbəblərə aşağıdakılar aid ola bilər:

- Xroniki stress üzündən diqqəti toparlamaq, fikri cəmləşdirmək qabiliyyətinin olmaması;

- Tələskənlik vəziyyəti və avtomatik davranış - bu zaman fikrimiz başqa şeylərlə məşğul olduğu üçün avtomatik etdiyimiz hərəkətlər hafizəmizdə qalmır;

- Apatiya (halsızlıq) və ya əksinə, çılğın emosional hal diqqətin olmamasına, fikrin dağınıqlığına və unutqanlığa aparır.

Fizioloji səbəblərə aiddir:

- kəllə-beyin zədələri və ya nə vaxtsa keçirilmiş kəskin xəstəliklər;

- ürək-damar, endokrin sistemi (ateroskleroz, qipoterioz) xəstəlikləri;

- qeyri-düzgün maddələr mübadiləsi;

- yetərincə yatmamaq;

- əsəb sistemi və ya beynin patologiyası;

- qeyri-düzgün və yetərincə yeməmək;

- pis vərdişlərin olması;

- qan dövranı sisteminin pozulması.

Depressiya hafizəni pozur

Unutqanlığın və yaddaşın zəifləməsinin səbəbləri dəqiq aşkara çıxarılarsa, hafizənin möhkəmləndirilməsi üçün daha tez çarə tapıla bilər. Yaddaşı bərkitmək üçün yetərincə sadə və əlçatan üsullar var.

Bəri başdan deyək ki, yaddaşın zəifləməsi insanın yaşından daha çox, onun düşdüyü pis əhval-ruhiyyə ilə bağlıdır. Odur ki, unutqanlığa qarşı daha gözəl şeyləri yad etməklə də mübarizə aparmaq olar. Elm artıq sübut edib ki, müsbət emosiyalar möcüzə yaradır, yaddaşa da pozitiv təsir göstərir. Həkimlər diqqəti buna cəlb edirlər ki, qəm-kədər, apatiya, stress içində olanlar unutqanlıqdan xüsusilə əziyyət çəkirlər.

 



Şərhlər:
Baxılıb: 9334
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz