Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyuducudan səliqəli istifadə edək
Soyuducudan səliqəli istifadə edək
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1559
Səs ver:
Qida maddələrində olan çoxsaylı mikroorqanizmlər mətbəxdə təmizliyin əhəmiyyətini artırır. Bu səbəbdən xüsusi qayğıya ehtiyac duyur. Lazımi qidaların alınması ilə yeməklərin süfrəyə verilməsi arasında, soyuducuda saxlama, hazırlama, bişirmə, süfrəyə verildikdən sonra təmizliyə qədər bütün işlər, mətbəxdə sağlam mühit yaratmaqda ayrı-ayrı əhəmiyyətə malikdir. Mətbəxdə isti və nəmli (rütubətli) mühitdə olan bakteriyaların sayı hər 20 dəqiqədə ikiqat arta bilər və bakteriyalar 10 saatda 1 milyarda qədər arta bilər.

SOYUDUCUDA RƏFLƏR

Soyuducuda hər şeyin öz yeri var. Ağ və qırmızı ətlər tərəvəz bölməsində, meyvələr isə ən üst rəfdə olduqda, qarmaqarışıq və istifadəsi çətin olur. Lakin, səliqəli bir soyuducu həm sağlam yaşamağı, həm də təmizliyi təmin edir. Bəs soyuducuda nə hara qoyulmalıdır? Ən üst rəfə pendir, əldə hazırlanmış qidalar, yarımçıq qalmış, lakin daha sonra yeyə biləcəyiniz salatlar, sosiska, kolbasa kimi qoxulu qidalar, çiy vetçina və ət qoyulur. Pendir təqribən iki, qoxulu qidalar isə bir həftəyə qədər təzəliyini saxlayır. Yemək artıqları 3 gün içində yeyilib qurtarılmalıdır. Yoxsa xarab olacaq.

Orta rəf: Süd, krem-pendir, təzə kaşar pendiri, qatıq, qaymaq bu rəfə qoyulur. Açılmış paketlər bu rəfdə 4 günə qədər dayanıqlığını qoruyur.

Ən alt rəf: Çiy ət, balıq, sosiska. Bu rəfə qoyulan ət və balığı həmin gün istifadə etməlisiniz. Ət, ağ ət və sosiska, çiyələk kimi meyvələr, göbələk və yaşıl salat (kahı), yarpaqlı tərəvəzlər və göyərti, bitkilər. Az dayanıqlığa malik meyvələr və tərəvəzlər təqribən 3 gün təzə qalır. Digər tərəvəzlər də soyuducuya qoyula bilər, amma bu vacib deyil. Eqzotik meyvələr (banan, papaya, manqo kimi) və pomidor çox soyuqda qalmamalıdır, yoxsa dadlarını itirərlər. Su ilə zəngin olan dolmalıq bibər, xiyar və qabaq, soyuducu üçün ideal olmasa da, soyuducuya qoyula bilər. Lakin uzun müddət dayanıqlı olmadıqlarından, tez istifadə olunmalıdırlar.

Soyudcunun qapısı


Bura kərə yağı, marqarin, yumurta, cem, sous və açılıb gün ərzində istifadə olunmalı olan hər cür kasa, banka və digər qida saxlanılan qablar qoyulur.

Qapağı açılmış meyvə və tərəvəz suları uzunömürlü deyil. Tez istifadə etməyə çalışın. Digər qidalar bir həftəyə qədər dayanıqlı qalırlar, yumurtalar 3 həftəyə qədər təzə qalır.

Məsləhətlər.

Soyuducudakı qoxuları aparmaq üçün, bir kasa südü soyuducuya qoyun və bir gün saxlayın. Süd soyuducunuzdakı bütün pis qoxuları özünə çəkəcəkdir. Soyuducunun alt gözünə limon dilimləri qoyub hər gün dəyişdirsəniz, eyni nəticəni əldə etmiş olarsız.

Soyuducunuzu təmizləmək üçün, bir fincan karbonatı (sodanı) 3 litr suya qarışdırın. Əskini suya batırıb rəflərinizi silin. Rəflərin içi tərtəmiz olacaq. Tərəvəzlərinizin soyducuda uzun müddət təzə qalmasını istəyirsizsə, oları yumadan, ağzı yaxşıca bağlanmış paketlərin içində saxlayın.


Şərhlər:
Baxılıb: 1559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz