Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ev şəraitində qatığın hazırlanması
Ev şəraitində qatığın hazırlanması
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 3480
Səs ver:
Ev şəraitində qatıq hazırlamaq olduqca asandır. Buradakı marketlətdə satılan qatığın dadı və keyfiyyəti nə qədər yaxşı olsa da, evdə hazırlanan qatığın yerini vermir. Buyurun, bu da resept. Nuş Olsun!

Ev Şəraitində Qatığın Hazırlanması

Qatıq hazırlamaq üçün sizə yalnız 2 ərzaq lazımdır -süd və qatıq. Qatığın tərkibində xüsusi bakteriya vardır ki, o, südü qatığa çevirmə qabiliyyətinə malikdir.

Bəs qatıq hazırlamaq üçün hansı süddən istifadə etmək lazımdır? Cavab - istədiyiniz süddən, yəni inək südü də ola bilər, keçi südü də, istəsəniz lap camış südü də. Nəzərə alın ki, nəticədə əldə edəcəyiniz qatığın dadı istifadə etdiyiniz süd növündən asılı olacaq.

Qatığın hazırlanması üçün lazım olar süd və qatıq təzə olmalıdır. Əgər yağsız qatıqdan istifadə edirsinizsə, onda alınan qatıq da yağsız olacaq. Yox əgər yağlı qatıqdan istifadə edirsinizsə, onda qatığınız yağlı olacaq. İndi isə gəlin başlayaq.

Hər 1 litrə (4 stəkan) südə 3 xörək qaşığı qatıq lazımdır. Qatıq soyuq deyil, otaq hərarətində olmalıdır.

Südü qazana töküb orta odda qaynadın. Qaynadığında kənara qoyun ki, soyusun. Südə qatıq əlavə etməzdən əvvəl onu düzgün hərarətə qədər soyutmaq lazımdır. İdeal hərarət 45Cdir. Əgər xüsusi məxbəx termometriniz (adi termometr deyil!) varsa, südün hərarətini onunla ölçə bilərsiniz. Əgər mətbəx termometriniz yoxdursa, onda baş barmağınızı südə batırın və 15-ə dək sayın. Əgər barmağınız bu müddət ərzində südün istiliyinə tab gətirdisə, südünüz lazımi hərarətdədir.

Süd lazımi hərarətə düşdüyündə, onu bankaya tökün. Üstünə qatığı əlavə edin. Qarışdırmağa gərək yoxdur. Bankanın ağzını bağlayın. Dəsmal və ya qalın örtüyə bürüyün ki, isti qalsın. Bankanı elə yerə qoyun ki, ona, qatıq əmələ gələnə qədər toxunmayasınız. Bu müddət ərzində bankanın yerini dəyişdirməyin, çalxalamayın.

Qatıq təxminən 8-10 saat sonra hazır olacaq.

Nuş Olsun!


Şərhlər:
Baxılıb: 3480
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz