Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qripdən qorunmaq üçün məsləhətlər
Qripdən qorunmaq üçün məsləhətlər
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 3307
Səs ver:
1. Əlləri tez-tez yumaq viruslardan qorunmağın ən yaxşı yoludur. Qrip virusları gündəlik əşyalar üzərində saatlarca hətta günlərcə yaşaya bilir. Gün ərzində istər işdə, istər evdə xəstə insanlarla əl ilə salamlaşdıqda, onların istifadə etdiyi əşyalara toxunduqda dərhal əllərinizi yuyun.

2.
Bolluca vitamin qəbul edin. Vitaminlər dedikdə fərqli rənglərdəki həblər nəzərdə tutulmamalıdır. Bunların yerinə tünd yaşıl, qırmızı və sarı rəngli meyvə, tərəvəzlərin yeyilməsi daha məqsədəuyğundur. Süfrənizdən kökü, pomidoru, kivini, göyərtini heç vaxt əksik etməyin.


3.
Proteinlə zəngin olan toyuq şorbası həm halsızlığı azaldır, həm də burun və boğazdakı narahatlıqları aradan qaldırır.


4.
Hər gün bir kasa qatıq yeyin. Tibbi araşdırmalar nəticəsində qatığın soyuqdəyməni 25% azaltdığı öz isbatını tapıb.


5.
Siqaret çəkmək, içki içmək kimi bir çox zərərli vərdişlər insanın immunitetini zəiflədir. Məhz bu səbəbdən tütün məmulatlarından istifadə edənlər və alkoqollu içki içənlər daha tez-tez qripə yoluxurlar.


6.
Gündə ən az 8 stəkan su için. Xüsusilə xəstələndə ilıq su, zəncəfil, bal, limon, darçın, cökə çayı kimi içkilərdən istifadə edin. Süd və süddən hazırlanan içkilər insan bədənindəki ifrazatları tündləşdirdiyi üçün qripə yoluxduğunuz zamanlar bu cür məhsullardan istifadə etməyin.


7.
İdmanla məşğul olun. Gündəlik idman bədənin temperaturunu yüksəldir, tərləmə nəticəsində orqanizmdəki mayelər yenilənir və toksinlər atılır.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 3307
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz