Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlara faydalı məsləhətlər
Qadınlara faydalı məsləhətlər
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2267
Səs ver:
Kartof püresinə fərqli bir ətir vermək istəyirsinizsə, içinə bir az hindqozu atın.
Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.
Səhər yeməyi və ya çay saatı üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.
Evinizdəki bənövşələrin daha çox və gözəl çiçək açması üçün torpağına yumurta qabıqları qarışdırın.
Dirsək və topuqlarınızın sərtləşməsini istəmirsinizsə, bir dilim limonla ovuşdurun.
Ət yumşaq olsun deyə qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə bitkilərdən nazik-nazik doğrayaraq, ayrıca ləzzət qata bilərsiniz. Sonra ətə heç bir yağ vurmadan qızardın.
Bərk qatılaşmış qəhvə rəngli şəkəri təkrar yumşaltmaq üçün bir dilim çörək kifayətdir.
Şüşədə qalan şərabı dərhal atmayın, buz qəlibinə qoyaraq dondura bilər və sonra sous vəsaiti olaraq istifadə edə bilərsiniz.
Kartof barmaqlarınızdakı yemək ləkələrini çıxara bilər: Çiy olaraq dilimləyib ləkələrin üzərinə sürtməniz və sonra da yaxalamağınız kifayətdir.
Soğanları işləyən bir ventilyatorun qarşısında kəssəniz gözləriniz yaşarmayacaq.
Şorbanız çox duzlu olsa, panika qaldırmayın. Qaynamaqda olan şorbanın içərisinə çiy kartof dilimləri atın və bişərkən çəkdikləri bütün duzla birlikdə zibilə atın, xilas oldunuz!


Şərhlər:
Baxılıb: 2267
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz