Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd məhsulları necə saxlanılmalıdır?
Süd məhsulları necə saxlanılmalıdır?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1094
Səs ver:
Vitaminləri cəhətdən zəngin olan süd məhsulları xüsusi ilə böyümə və sümük sağlamlığının qorunmasında çox vacibdir. Qidalanma proqramımızda mütləq qəbul olunması lazım olan süd məhsullarının təzəliyini qoruya bilmək üçün saxlama şərtlərinin necə olmasını bilmək lazımdır.
Pendir, qatıq, kərə yağı kimi süd məhsullarının xarab olmadan və qida dəyərlərini qoruyaraq mühafizə etmək üçün təmin olunması lazım gələn saxlama şərtlərini sizinlə bölüşürük:
Süd məhsullarının soyuducuda saxlanılmasında ümumi olaraq diqqət edilməsi lazım olan ilk qayda, məhsulların satın alındıqdan sonra ən qısa zamanda soyuducuya yerləşdirilməsidir. Məhsullar soyuducuda +4 +6 0C arasındakı temperaturda saxlanılmalıdır. Bu səbəbdən məhsullar tez-tez açılma səbəbi ilə soyuducunun qapaq hissəsinə və ya rəflərin qapağa yaxın hissəsinə yerləşdirilməlidir. Məhsullar istifadə edilərkən porsiyalara ayrılmalı və o şəkildə süfrəyə verilməlidir.
Soyuducuya geri qoyulacaq məhsulları isə təmiz bir qabda saxlamaq lazımdır. Süd məhsullarının qoxunu özünə çəkməməsi və mikrobioloji təsirə məruz qalmaması üçün, qoyulduqları qabların mütləq bağlı olması lazımdır. Fərqli məhsullar eyni qab içində saxlanılmamalıdır. Məhsulların etiketi üzərində bildirilən son istifadə tarixləri izlənməli və bu tarixdən sonra istifadə edilməməlidir.
Ağ pendir
Xüsusilə duzlu su içində satılan ağ pendirlər soyuducuda su içində ağzı bağlı şəkildə saxlanıla bilər və ya hava girməyən bir qabda, ya da kalqaya sarılaraq soyuducuda saxlanılmalıdır. Ağ pendirin üzərində təbii və pasterizə edilmiş süddən düzəldilmişdir yazısı varsa, açıqda saxlamaq olmaz.
Holland pendiri
Hava ilə təmasda olması istənməyən bir məhsuldur. Paket açıldıqdan sonra qalan hissəsi mütləq streçlə bükülməli və ya hava keçirməz qaba qoyulmalıdır. Bəzi tip  pendirləri xüsusi olaraq kifli şəkildə satılır. Lakin etiketində bildirilməyibsə, kifli  pendiri istifadə etmək olmaz.
Krem pendir (qaymaqlı pendir)
Paketi açılıb porsiyalar şəklində süfrəyə verilməli və daim bağlı şəkildə soyuducuda saxlanılmalıdır.
Hörüklü pendir
Açıldıqdan sonra kalqaya bükülməli və ya hava keçirməyən bir qabın içinə qoyulmalıdır.
Qatıq
Uzun müddət saxlanılmamalı və soyuducuya qoyulmalıdır. Qatıq kimyəvi tərkibinə görə ən az 80% sudan ibarətdir. Bu səbəbdən zərbə nəticəsində sınmalara məruz qala bilər.
Kərə yağı
Qoxunu canına çəkmək özəlliyi çox yüksək bir məhsuldur. Dolayısı ilə hava keçirməyəcək şəkildə kalqaya bükülməli və hava keçirməz qabda saxlanılmalıdır.

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1094
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz