Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxan gözə çöp düşər
Qorxan gözə çöp düşər
Göndərən: SEBAY
Şərhlər:
Baxılıb: 2025
Səs ver:
Qaş aldırmaq, mumla tükləri təmizləmək, saç ütüsü üadınların ən çox qorxduqları gözəllik vasitələrindən və qulluqlarındandır.

Sual: Hansı daha qorxuludur? İlk növbədə bilməlisinizki, siz tək deyilsiniz.Bir çox qadında vözəllik qorxuları var.Artıq gözəl qadına çevrilmək üçün bu qorxuları dəf etməlisiniz.

SƏNİN QORXUN: KİRPİKBURAN
Kirpikləri tuşla burmaq bizi nəticəsilə çox da sevindirmir.Amma onu mexaniki burma ilə bursaq, həqiqətən formasını uzun müddət saxlayan gözəl kipiklər alınacaq.Bunun ən asan yolu-xüsusi kirpikburan vaistədir.Onun qulpu adi qayçıya bənzəyir, kirpiyi isə iki plastin arasıda burmaq lazımdır.Ondan düzgün istifadə etməsəniz kirpiklər zədələnə bilər.

NƏ ETMƏLİ?

İlk növbədə vasitəyə fikir verin, o, rahat açılıb-bağlanmalı, kirpiyi bərk saxlamalıdır.Plastinlərin arasında rezin olur ki, buda kirpiyi metala toxunmaqdan qoruyur.Kirpiyi 2 priyomla burmaq lazımdır-onu qulpu aşağı şaquli vəziyyətdə saxlayın.Əvvəlcə kirpikləri kökündən tutub sıxın və bir neçə saniyə tutub sıxın və bir neçə saniyə saxlayın.Sonra vasitəni ehtiyyatla açaraq kirpikləri buraxın və bunu bir daha təkrarlayın.Kobud hərəkətə yol verməyin.Əgər siz anidən nə isə qorxutsa
və kirpikburanı bərk dartsanız, kirpiklərinizi itirə bilərsiniz.Burmadan öncə kirpikburanı qaynar suda isidə bilərsiniz.Beləliklə, daha dəqiq nəticə əldə edə bilərsiniz.Sudan çıxarandan sonra vasitəni qurulayın ki, tuş yayılmasın.Burandan sonra da kirpiyinizə tuş vurun ki, formsı
itməsi
SƏNİN QORXUN:MUMLA EPİLYASİYA
Mumla epilyasiya-müxtəlif mumlarla arzuolunmaz tüklərin müvəqqəti çıxarılmasıdır.Digər vasitələrlə müqayisədə mum ən uzunmüddətli effekt verir.Mumla epilyasiya ustənilən növ tüklərin alınması üçün uyğundur.Amma qadınlar bu prosedurun ağrılı olmasından qorxur.

NƏ ETMƏLİ?


İlk növbədə dəriyə xüsusi losyon (adi krem və losyondan istifadə zamanı mum tüklərdən sürüşür) vurulmalıdır.Sonra dəriyə hamar şəkildə isti mum vurulur və isti parça ilə örtülür.Əridilmiş mum
Ntüklərə yapışır, soyuyur və qopardılır.Tük folikulla bərabər çıxdığından dəri hamar olur.Tüklərlə yanaşı, ölmüş hüceyrələrdə təmizlənir.Epilyasiyadan sonra yeni tüklər 3-4 həftəyə çıxır.Mumdan bədənin istənilən nahiyəsindən tüklərin təmizlənməsində istifadə olunur:bikinu sahəsi, ayaq, qoltuqaltı, əl, qarın bığ, qaş, üz və s.Mumun üstünlüyü çoxdur:mütəmadi istifadə zamanı tüklər yumuşaq, naziolur.Epilyasiya qaşıntı, dəridə qızartı vermir.Bu proseduru ev şəraitində də etmək mümkündür.Mumla epilyasiy münasib qiymətə başa gəlir.

SƏNİN QORXUN: SAÇ ÜTÜSÜ
Saç düz saçlara sahib olmaq istəyən xanımlar üçün texnikanın ən faydalı kəşfidir.Bu vasitə iki isinən metal və ya keramik plastindən ibarətdir.Saçlar yüksək temperaturun təsiri ilə düzləşir.Bir çox qadında da məhz temperaturdan, yəni saçlarının yanmasından ehtiyat edirlər.

NƏ ETMƏLİ?

Ütüdən istifadə çətin deyil və ev şəraitində istifadə xüsusi səy tələb etmir.Saç bir neçə yerə ayrılır və hər biri ütü ilə yuxarıdan aşağıya doğru ütülənir.Ütü ilə hərəkət hamar olmalı, amma yavaş olmamalıdır.Əks halda saç yana bilər.Ütüdən istifadədən öncə saça xüsusi vasitə vurulmalıdır ki, saçı yüksək temperaturdan  və quruma, qırılma, tökülmədən qorusun.Əgər buna rəğmən saçınızda hələdə problem yaranarsa, müvəqqəti olaraq ütüdən istifadəni dayandırın

SƏNİN QORXUN: QIRMIZI POMADA

Hər bir qız böyüyəndə anası kimi qırmızı pomada vurmaq arzusunda olur.Amma onu bir dəfə vuranelə düşünürki , bu rəng ona yyaraşmır.Bu, yanlışdır.Çünki qırmızı pomada hər bir xanıma yaraşır.Özünəinam-ehtiras-qətilik-qırmızı rəngin xarakteristikası budur.Amma elə bir qadın tapılmazki, al dodaq boyasında özünü rahat hiss etsin

NƏ ETMƏLİ?

Birincisi, pomadanın sirli çalarına diqqət yetirmək lzımdır ki, buda yalnız dodaqlarda bilinir.Nümünə pomadadan ağ kağıza və ya əlinizə vuraraq çalara diqqətlə baxın.Güzgü qarşısında duraraq pomadanı üzünüzə yaxın tutun.Dəri rənginiz çox tünd görünmürsə, deməli bu sizin boyanızdır.Boyanın çaları dəri rənginə mütləq uyğun gəlməlidir.Eyni zamanda diş rənginizədə fikir verin:sarımtıl dişlər nrıncı çalarlı al boya ilə pis görünəcək.Ümumiyyətlə, al pomada dişləri daha ağ göstərir.Qalan makinəzərə çarpmamalıdır.kirpiyinizi vurğulasanız yetər.Al pomadanı fırça və ya barmağınızın ucu ilə vurmaq məsləhətdir.Qırmızı rəng aksesuar v, bəzək əşyası, geyimdə hansısa detal, saç rəngində və mütləq dırnaü boyasında tamamlayın.

Mənbə: Aysel jurnalı 



Şərhlər:
Baxılıb: 2025
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz