Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şabalıd və atşabalıdı.
Şabalıd və atşabalıdı.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3438
Səs ver:

Şabalıd Və Atşabalıdı - Atşabalıdının qabığından venostazın adlanan (babasil, venaların genişlənməsi, tromboflebit, ateroskleroz və s. xəstəliklərdə) ekstrat hazırlanır.

Atşabalıdı həqiqətən müalicəvidir. Atşabalıdında olan bioloji aktiv maddə qanın ölülüyünü azaldır, tromb əmələ gəlməsinin qarşısını alır. Onlar sovrulur, kapillyar damarların divarları möhkəmlənir, qan təzyiqini aşağı düşür.

Atşabalıdından hazırlanmış dərmanlar tromboflebitdə venaların genişlənməsində, babasildə, hipertoniyada və insulin profilaktikası üçün tətbiq edilir.

0,5 litr araq və 50 qr üyüdülmüş şabalıd 2 həftə saxlanılır. 30-40 damcını 1 x.qaşığı suya töküb yeməkdən sonra gündə 3-4 dəfə qəbul etmək.

Həlim: 40-50 qr. qabıqları 500 ml suda o vaxta qədər qaynadılır ki, suyun həcmi 80 ml qalsın. ½ stəkan yeməkdən qabaq gündə 3-4 dəfə qəbul edilir.

Çay: 20 qr. qabıqlarının tozu 500 ml. suda 20 gün dəmlənir. Əzələ və damarların ağrısında sürtmək üçün istifadə edilir.

Atşabalıdının kökləri və çiçəkləri öd kisəsi xəstəliklərində istifadə edilir. Köklərindən cövhər: 50 qr köklərinin üstünə 1 litr su tökülür və 8 saat dəmlənir. Çiçəklərindən 20:200 nisbətində çay dəmlənir. ½ - 1/3 stəkan yeməkdən qabaq gündə 3 dəfə qəbul edilir.

Atşabalıdının dərmanları qanın qatılaşmasını azaldır, vena damarlarını möhkəmləndirir, qan damarlarında tromb əmələ gəlməsinin qarşısını alır.

Araq: 30 qr. kökləri 500 ml araqda saxlanır, süzülür gündə 3 dəfə 20-30 damcı qəbul edilir. Bu tromb əmələ gəlməsinin və aterosklerozun qarşısını alır.

Podaqra, yel və oynaq xəstəliklərində, maddələr mübadiləsi pozulanda, atşabalıdının çiçəklərinin, qabıqlarının spirtdə hazırlanmış cövhəri istifadə edilir.

Araq (cövhər): 60 qr çiçəklərindən və ya qabıqlarından 500 ml spirtdə və ya araqda saxlanır, yeməkdən qabaq 30-40 damcı gündə 3-4 dəfə qəbul edilir.

Ayaqlarda venaların genişlənməsində. Atşabalıdının cecəklərindən 50 qr. götürüb üstünə 500 qr. araq əlavə etmək. Qaranlıq yerdə 14 gün saxlamaq və sonra süzmək. 30-40 damcı (1 çay qaşığı) gündə 3 dəfə qəbul etmək. Müalicə kursu 3-4 həftədir.

Qanazlığında və ağ qanlılıqda 50 q atşabalıdı çiçəyinin üstünə 0,5 litr araq töküb 2 həftə qaranlıq yerdə saxlamaq və dövri çalxalamaq. Gündə 1 dəfə yeməkdən 1 saat qabaq 30-40 damcı 1 x.qaşığı qaynanmış suya qatıb içmək. Dəmlənmişini də qəbul etmək olar. Bunun üçün 20 qr çiçəkləri 1 stəkan qaynar suda 2-3 saat dəmləmək süzmək yeməkdən 1 saat qabaq 1 x.qaşığı gündə 4-6 dəfə qəbul etmək.

Adonomada. 25 qr atşabalıdının qabığının üstünə 0,25 litr araq töküb 10 gün qaranlıq isti yerdə saxlamaq (vaxtaşırı çalxalamaq), sonra süzmək. Nahardan və şam yeməyindən qabaq gündə iki dəfə 10 damcı 20 gün qəbul etmək.

Ürək xəstəlikləri və ağciyər vərəminin nəticəsində baş verən təngənəfəslikdə atşabalıdı çiçəklərinin dərmanı qəbul edilir.

Araq: 50 qr. çiçəkləri 500 ml araqda dəmləmək 30-40 damcı gündə 3-4 dəfə yeməkdən qabaq içmək.

Atşabalıdının təzə çiçəklərinin şirəsi 20-25 damcı tromboflebitdə qəbul edilir.

Cövhər: 50 qr. meyvələrini əzib 500 ml. suda dəmlənərək 30-40 damcı gündə 3-4 dəfə qəbul etmək məsləhətdir.



Şərhlər:
Baxılıb: 3438
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz