Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ilaxir çərşənbə və Novruz Falları
Ilaxir çərşənbə və Novruz Falları
Göndərən: NoName
Şərhlər: 23
Baxılıb: 45797
Səs ver:
 Yumurta və karandaşlar.
 Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir, əgər qara çəkilibsə yerinə yetməyəcək.

***
 Duzlu kökə yemək.
 Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.

***
 Neçə yaşında gəlin köçəcəksən?
 Axır çərşənbə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparib, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

***
 Sevgilinin adı. 
 Paltara sap ilişəndə onu burub şəhadət barmagına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq. 

 Alma falı. 
 Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

***
 Xeyir-Şər. 

 Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən
 
 
 ***
 Başmaq falı.
 Axır çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.

***
 Sap falı. 
 Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə

 Stəkan falı
 2 stəkan götürülür. Stəkanlardan birini seçib arzu tutursan başqa biri də stəkanların ikisindən birinə su tökməlidir. Əgər suyu arzu tutub seçdiyin stəkana tökərsə arzun yerinə yetəcək.
 
Novruz bayramı təkcə şirniyyat və yazın gəlişinə görə deyil, maraqlı və əyləncəli fallarına görə də çox sevilir. Novruz falları axır çərşənbədə subay qızlar tərəfində edilir. Bütün qızlar bir yerə toplaşır və maraqlı bir gecə təşkil edirlər. Təbii ki, o vaxtlar texnalogiya inkişaf etməmişdi, heç bir əyləncə məkanı fəaliyyət göstərmirdi. Gənclər isə vaxtı nə iləsə doldurmalı idi. Səməni, alma, güzgü, yumurta, duzlu kökə və digər fallar qızları əyləndirə bilirdi. Oğlanlar isə qapıya papaq atmaqla bayramı daha şən keçirə bilirdilər. Fallara marağı olan qızlar yazını mütləq oxusun. Bəlkə də gələcək həyat yoldaşının kim olduğunu müəyyən etmək oldu...

Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il üçündür.

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa, o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı yazılır.

Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

Yaxın adamın məclisindən bir neçə şirni götürüb, yatanda başının altına qoyursan. Üç gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.

Axır çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə duyun vurub qıza verirlər ki, açsın. Qız aca bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.

Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

İlin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a” deyə səs çıxarmışdır.

Qapı pusmaq

Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Qeyd: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin "fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:

- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...

Duzlu kökə yemək

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Qeyd: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə "su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...

Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin qənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzü üstə düşərsə oğlan olacağı gözlənilir.

İIlin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

İlin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
 
 
P.S. Mən ilk dəfə universitetə qəbul ili qəbul olub, ola bilməyəcəyim niyyəti ilə qulaq falına çıxmışdım 09  Qulaq falında qonşumuzgilin gülməsindən başqa bir şey eşitmədim və inandım ki, gülmək xeyirə işarətdir. Həmin il, yəni 2011-də mən universitetə qəbul oldum))


Şərhlər: 23
Baxılıb: 45797
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqli adetlerimiz var.xebere gore tesekkurle
17 mart 2016 14:57
# 23
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Ola bilsin ki, əyləncə naminə kimsə sınaqdan keçirsin amma heç birinə nə inamım var nədə tətbiq etmirəm.
15 mart 2016 16:30
# 22
vipbetul
cox gozel eylengeli adetlerimiz var
15 mart 2016 15:27
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ɢüмüş
Bunlardan yalniz duzlu koke ve qapi pusmasini etmisem.
15 mart 2016 15:20
# 20
lale.veliyeva19
maraqlı fallardı mənim yaşım çatmır eləməyə 30
15 mart 2016 14:18
# 19
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Dosta_inam
Doğrusu heç mən bu qədər falı bilmirdim, ancaq heç vaxt fala baxmaq, qapı pusmaq, ili papaq atmaq kimi şeyləri etməmişəm, yeyib içib, gülüb danışmışam, buda olub mənim bayramım, bu kimi şeylərə maraq olmayıb məndə nədənsə.
15 mart 2016 14:11
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
S.Heydarova
stəkan və yumurta falını mütləq edəcəm!
15 mart 2016 13:48
# 17
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Miss_Angel
istekan bilmirdim onuda bu il ederem gorum ne olur
15 mart 2016 13:20
# 16
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 12:45
# 15
Narın Yağış
Bunları deyə bilmərəm bircə kanfet məsələsini eləmişəm mən görmüşdüm yuxuda.Ama heç şaşırmadım çünki ilimiz 12 ay elə həmin insanı görürəm yuxuda mən ihi İnanmadım deyə 3 dəfə elədim yenədə eyni şey 23 qismət)
15 mart 2016 12:11
# 14
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
BARBI
Men de etmisem bu fallari. Maraqlidir. Coxu uygun gelmir
15 mart 2016 11:40
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Leylas
Cox maragli oldu.... Ama o karandasu men elemerem )))
15 mart 2016 11:30
# 12
_damla_
Çox maraqlı gəldi.Xəbər köhnədi deyesen.Şerhler 2013-2014-dene qalib :)
15 mart 2016 11:24
# 11
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
Glamurka Nemiska
kakraz yerıne dusdu bugun 128
18 mart 2014 14:49
# 10
#Narminintheskywithdiamonds
xeyalperest
XEXE DUZLU KOKE YALANDI 05
28 mart 2013 18:23
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Miss_Oxatan
LoNeLy_,
az camaat duz bawa duwmez e bizi. 09 bele zarafat olarr.ay millet zarafat eliyir e sehv bawa duwmuyun.bu day meni biabir eliyib el icine cixmmiram dv
20 mart 2013 17:37
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
GÜLEYCAN
qulaq falina çıxdım heçnə eşitmədim
20 mart 2013 17:08
# 7
Bir şey istəyəndə məxluqdan istəmə... Versə minnətdir, verməsə zillət...
İstəyəndə Xaliqdən istə... Versə nemətdir, verməsə hikmət...
Miss_Oxatan
axwam etmiwem bu fallardan,wam fali eledim S herfi yazildi ele.duz cixdiye,ozumde wawirdim. 08
20 mart 2013 17:01
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Wiyinka
men uzuk falina baxdim..19 yas dusdu yene..her il edirem 19 yas dusur ancaq 09
20 mart 2013 14:57
# 5
ALONE
MEN BIRINI BILIREEM :demeli bele xebir hazirlayirsiz ama ozunuz hazirlamalisiniz bir dene bugda gotuub xebirin icinde qarisdirirsiiz vee hemin xemiri uc yer bolursuz ve xemiri yumrulatin birini Zala birin Metbexte Birinide colede gizledirsiniz seheri gunu gedib xebirlere baxirsiniz Eger xebirin icine qoydugunuz o tek bugda Zalda cixsa bu il nisanlanirsiniz Metbextde cixsa evde qalacaqsiz Colde cixsa bu il ere gedeceksiz Men sinadim zalda cixdiyeee 09
20 mart 2013 14:11
# 4
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
GARDA
o stekani kecen il eledim duz tokduler.ama arzum yerine yetmedi 122 .soram uzuy eledim 20yaw duwdu oda duz cixmadi 122 koke yedim yuxuda zavucumuzu gordum tebiiki buda mumkun deyil 122 dunende qapi pusdum ureyimde istediyim insani tutmuwdum yaxwi sozler ewitdimm ama dunende sevgilimnen ayrildim..bariwmaqimiz mumkun deyil.tak wto fallara inanmiram ujeeeeeeeeeee 18
20 mart 2013 11:37
# 3
ayshen
Bu yaşıma çatmışam, hələ bir dəfə də olsun, bayram fallarının heç birindən istifadə etməmişəm..Təşəkkürlər bidənəm
20 mart 2013 07:54
# 2

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
ALONE
edeceem goruum nece olacaqq xosum gelirde bu bayramin bele adet eneleriinden
20 mart 2013 01:07
# 1
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz