Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir nişan və toy mərasimi
Müasir nişan və toy mərasimi
Göndərən: Soledad
Şərhlər:
Baxılıb: 3596
Səs ver:

 

Müasir nişan və toy mərasimi

 

Toy və nişan gözəl adətlərimizdən ən qədimi, ən maraqlısı və ən şənidir. Əzəldən bu mərasimləri 3 gün 3 gecə, 40 gün 40 gecə keçirərmişlər. Bu günlər 3 gün 3 gecə keçirilməsə də 40 gün 40 gecənin xərci çıxır. Amma bu tamam başqa mövzudur. Bu gün Evlenirik.Biz-in açacağı mövzu isə tam başqadır.
Şənliyə dəvətliləri ev yiyəsi qabaqcadan razılaşdırılmış masada əyləşdirir. Bu artıq illər boyu adət halını alıb. Bu cür xeyir işdə yığılan qohumlar, tanışlar bir-birləri ilə ünsiyyət apara bilmirlər. Bir-birindən ayrı oturan qonaqlar toy zamanı az görüşürlər. Bu problemi bir qırağa qoysaq da digər problemlər üzə çıxır. Möhkəm musiqi səsi, bu səs-səda altında yaxında oturan qonaqlar belə bir-birləri ilə ünsiyyət qura bilmir və toy bitdikdən çox sonra mahnı uğultusu hələ beyində olur. Digər problemler musiqi səviyyəsi, müğənnilər və s. barədə danışmırıq. Axı qonaqlar yeməyə, mahnıya qulaq asmağa deyil, gəlinlə bəyin ən xoşbəxt günlərində onlarla birgə olmaq, sevinclərini bölüşmək üçün yığılırlar. Eyni zamanda belə marəsimlər yaxın-uzaq qohum, tanışların birgə toplanıb görüşmələrinə səbəbdir. Lakin bu görüşdə qonaqların marəsim haqqında təəssüratlarını bölüşməyə imkan yaradılmır.
Bu problemləri nəzərə alıb qonaqların və ev yiyəsinin rahatlığı üçün optimal çıxış yolu axtardıq. Belə nəticəyə gəldik – Avropa, Amerika indi Rusiyada da toy və nişanda çoxdandır ki furşetə üstünlük verirlər. Furşet (fourchette) – fransız sözündən əmələ gəlib, mənası çəngəl deməkdir. Furşetdə təklif olunan taəmların hamısı çəngəllə və ayaq üstü yeyilə bilən olmalıdır. Furşet 2-3 saat davam edir və burada hər qonağa 400-500 qr müxtəlif növ qəlyanaltı nəzərdə tutulur. Furşet stolu adi stoldan 90-100 sm hündür, kvadrat, düzbucaq, dairəvi formada ola bilər. 2-3 mərtəbəli də ola bilər, lakin hər mərtəbənin hündürlüyü 50 sm-dən çox olmamalıdır. Stolun üzərinə uzun süfrə salınır. Süfrə ilə yerin arasında 5 sm ara qalmalıdır. Stolun üstünü gül kompozisiyaları ilə bəzəsəniz, ona qeyri adi görünüş vermiş olarsınız. Nəfis furşet 12-16 soyuq, 1-3 isti qəlyanaltı, desert, çay və kofedən ibarət olur. Sərinləşdirici içkiləri stolun kənarına yığırlar. Şirəylə suyu isə küpəyə töküb boşqabın içində stola qoymaq vacibdir.
Furşet ev yiyəsinin işini olduqca asanlaşdırır. Belə halda qonaqlar otağı və ya zalı gəzib bir-birləri ilə təəssüratları ilə bölüşürlər. Onlar üçün ünsiyyətə optimal şərait yaranır və seçimdə daha azad olurlar, fikir və marağa görə də qruplaşırlar.
Furşetdə həm də eyni məkanda daha çox qonaq qəbul eləmək imkanı yaranır. Belə olduqda rəqs üçün geniş yer də ayırmaq mümkünlüyü yaranır. Ancaq bir şərtlə ki, mahnı müşayiəti qonaqların söhbətinə mane olmasın. Proqramın arasına qabaqcadan düşünülmüş əyləncəli oyunlar, yarışlar da təşkil etmək olar. Oyunda qonaqların mərasimdən yadigar balaca hədiyyə udmaq şansı olacaq.
Deməli ilk əvvəl furşet bizə daha çox qonaq dəvət eləməyə, mərasimin əyləncəli keçməyinə fürsət yaradır. Digər fürsət dəvətlilər özləri özlərinə qulluq etdiyinə görə ev yiyəsinin üzərindən bu məsulliyyətli yük də götürülür.
Nişan mərasiminiz evdə keçirilərsə furşet eləmək lap yerinə düşər.
Furşeti isti aylarda həyətdə, bağ evində təşkil etmək daha gözəl olardı. Belə nişan, istəsəniz hətta toy digərlərindən orijinallığı ilə fərqlənəcək və yadda qalacaq.



Şərhlər:
Baxılıb: 3596
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz