Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Barışmaq üçün bəhanələr..Hamıya lazımlı =)
Barışmaq üçün bəhanələr..Hamıya lazımlı =)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16346
Səs ver:


Bəzən insanlar evlənməyi planlaşdırdığı insandan “Bitdi” sözünü eşidir
. İlk bir neçə gün rahat, qayğısız özünü aparsa da, günlər hər iki tərəf üçün getdikcə ağırlaşıb gah əlimizi, gah da ağlımızı “yoldan çıxarıb” bizə bəzi istəmədiyimiz şeyləri etdirir... Hər şey virtual aləmdə köhnə sevgilini izləməklə, F5 düyməsini tez-tez vurmaqla, “görəsən yeni sevgili tapıb özünə” sualını dəfələrlə öz-özünə verdikdən sonra telefonu götürüb hansısa bəhanəylə ona yazmaqdan başlayır...

Elə mövzumuz da bu bəhanələrdir. H
amımızın ən azı bir dəfə müraciət etdiyi bu bəhanələrdən görün, hansı sizə daha yaxındır?

Yuxumda səni görmüşəm
Bu mesajı yazıb ondan “Aaa, yazıq məni yuxusunda görüb, tez qayıdım ona” deməyini gözləyirsiniz? Qarşındakının da “Sanki bir ildə hər gün görüb dağı dağ üstünə qoydun, qaldı yuxuda görməyin” cavabını yazmağı nə yerinə düşərdi!

Eşitdim arxamca danışmısan
Yəqin bunu məktəb vaxtlarında istifadə etmisiniz, çünki arxaca danışmaq yeniyetmələrin edəcəyi, bu bəhanəni gətirməksə, uşaqlara xasdır. Bunu yaşı 25-i keçmiş, karyerasında irəliləyiş əldə etmiş ciddi bir adama yazmaq hər halda ayrılığın bütün yaşlarda elə ayrılıq olduğunun sübutudur.

Əşyaların məndə qalıb
Ən çox istifadə olunan taktika yəqin budur. Onun köhnə, heç üzünə baxmadığı alışqanı belə birdən-birə çevrilib görüşmə səbəbi olur.

Xəstəxanadayam
Bu intihar tamaşaları bitmədi? Yaxşı, deyək ki, pis olmusuz, xəstəxanaya aparıblar, şişirib “intihar edirdim” deməyin nə mənası var? İntihara görə qayıdırsa, qayıtmasa ondan yaxşıdır. Çünki qarşındakını bundan sonra həmişə aciz, cılız görəcək. Sizə lazımdır bu?

Xəbərlərdə adını gördüm
Təngnəfəs zəng vurub “Xəbərlərdə adını gördüm, qəza olub, çox qorxdum” deyib ağlamağa başlamaq...Hətta balaca ad oxşarlığından da görüşmə, zəng vurma səbəbi kimi istifadə etməyə “afərin” düşür! Amma heyif, qayıtmağa heç bir bəhanə kömək etmir.

Peşə qəzaları
Məsələn, sevgiliniz vəkildir, zəng vurub “Qonşumuz deyirdi tanış vəkil varsa, denən, mən də səni dedim”, keçmiş sevgiliniz həkim olubsa, daha rahat: “Bacımın qızının qayınatasının qardaşının barmağına tikan batıb, nə edək?” bəhanələrindən bolsunuz.

Səhv mesaj
“Zeynəb, filan yerdəyik, nə vaxt gəlirsən?” tipli mesajları adı Murad olan adama necə göndərmək olar? Baş hərfləri eyni olsaydı, dərd yarı. Əslində bu mesajın məqsədi “Əylənirəm, ölmədim, yaşayıram, qısqan məni”-dir.

Dost sevgisi
Münasibətləriniz vaxtı sevgilinizin zəhləniz gedən dostları indi sizə necə sevimli görünür! Axı onlar indi köhnə sevgilinizlə görüşmək, onun haqda məlumat almaq üçün ən yaxşı vasitədir.

Xüsusi günləri xatırlama
“Vecimə deyilsən, amma sənsən də, az-çox birlikdə sevgi yaşamışıq, ad günün mübarək!” tipli mesaj göndərməmiş olmazsınız. Hər bayramda- uşaqlar günü, hərbçilər günü, gənclər günü, nənələr günü, babalar günündə o qədər zəng vurub bezdirirsiniz ki, axırda yazıq köhnə sevgili də nömrəsini dəyişmək məcburiyyətində qalır!

Ən əsası, bunu bilin ki, bu taktikaların heç biri işə yaramır. Kim qayıtmaq istəyirsə, bəhanə gözləməz, qayıdar. Sadəcə, səbr edib gözləmək lazımdır. Gəlməsə də, canınız sağ olsun!



Şərhlər:
Baxılıb: 16346
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz