Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir oğlumuz olsun.. [ mütləq oxuyun:) ]
Bir oğlumuz olsun.. [ mütləq oxuyun:) ]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2482
Səs ver:


Salam Sevgilim, bir az otur, dinlə nə danışacağam sənə..
Bir oğlumuz olsun, gözləri parlaq ümidlərlə dolsun.. Yuxumuzu qaçırtsın həmişə, bərabər yatırtmağa çalışaq onu.. Sən yorulma deyim sənə və alıb mən yatırtmağa çalışım, sonra özüm də yuxuya gedim.. Təbəssümlə gəl ört üstümüzü.. Səhər işə gecikim, tez-tələsik yola sal məni..

Nəbilim, axşamlar fərqli fərqli şokoladlar gətirmək təlaşım olsun.. Atam! - desin qapının səsini eşidincə, mən gəlincə məni qucaqlasın, hanı mənim şokoladım desin, mən də unutmuş kimi aparım özümü, boynunu büksün.. Dayana bilmiyim və arxamda gizlətdiyim şokoladı o balaca əllərinə verim..

Sən isə qürur duy bu tabloyla.. Olmaz mı sonra sənə sarılım, içimə çəkim oğlumuzdan sənə keçən gözəl süd ətrini..
Xoşbəxtlik təqvimimiz həmişə bu anlardan ibarət olsun.. İlk dişi çıxanda bayram edək.. Həmişə deyərdim axı ilk ata desin, olsun, ilk Ana desin, səndən daha çox sevinim sənə bildirmədən.. Sarılaq oğlumuza, hər şeyimiz O olsun..


 

Yenə gecə olsun, oğlumuzu yatırt, yanıma gəl, sənə baxa baxa yuxuya gedim.. Tam yatmışkən ağlayış səsi oyandırsa bizi, təkrar o macəra.. Eyni səhnə, sən yorulma deyə mən alsam qucağıma, yenə yuxuya getsəm, gəlib üzərimizi örtsən.. Hətta bəzi gecələr bu anların şəklini çəksən..

Hər kəs gülüşünü, gözlərini, hər bir şeyini sənə bənzətsə və mən qürur duysam ikinizə baxıb.. Mən eynən sənə oxşuyur desəm, sən də mənə bənzətsən, sonra sarılsaq bir birimizə, hətta ağlasaq xoşbəxtlikdən..

İlk addımladığında ayağımdan tutsa yıxılmasın deyə.. Gözlərin gülsə sənin.. Sonra Anana doğru get desəm oğlumuza və o sənə doğru addımlarkən bu anı ölümsüzləşdirsəm..

.. və yenə gecə olsa, onu aramıza alsaq və elə yatsaq.. O böyüdükcə biz də böyüsək, yenidən uşaq olub yenə böyüsək, olmaz mı?..

Qeyd.. Bu yazını türk səhifəsində gördüm, çox bəyəndim, qızımız deyə yazılmışdı, mən oğlumuz kimi yazdım.. İNŞALLAH ki, bəyəndiniz.. =)


Şərhlər:
Baxılıb: 2482
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz