Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kondisionerlərin zərərləri.
Kondisionerlərin zərərləri.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1656
Səs ver:

Kondisionerlərin zərərləri.

 

Yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin ziyanı sən demə, xeyrindən heç də az deyilmiş. Söhbət onlardan düzgün istifadə eləmədikdə yaranan fəsadlardan gedir. Mütəxəssislər müəyyən edib ki, bu halda mikroorqanizmlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər. O da qeyd edilir ki, təmizlənməyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır.
Böyük iş yerlərində yaz-yay aylarında kondisionerdən səhv istifadə nəticəsində iş itkisi də yaşanır. Yaxşı təmizlənməyən kondisionerlərdə ortaya çıxan “Legionella pneumophilia” bakteriyası sətəlcəmə səbəb olur. Eyni zamanda kondisionerin yaratdığı hərarətlə çöldəki istiliyin kəskin fərqlənməsi nəticəsində (fərq 7-8 dərəcədən artıq olmamalıdır) əzələ tutulmaları, üz iflici (parez) və ağrılar meydana gələ bilər. 
Kondisionerlərin səbəb olduğu legionella mikrobu təbiətdə, su qaynaqları içərisində və nəmli mühitlərdə var. Təbiətdən binaların su sistemləri içərisinə yerləşən mikrob, uyğun mühitdə sürətlə çoxalır və su zərrəcikləriylə insanların ağ ciyərlərinə daxil olaraq sətəlcəmə səbəb olur. Bu cür hava ilə mütəmadi nəfəs alan adamda 2 -10 gün arasında qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, baş ağrısı kimi əlamətlər ortaya çıxır. Ancaq əksəriyyətində ilk diqqəti çəkən əlamət öskürəkdir.
Başlanğıcda quru və yüngül olan öskürək qanlı bəlğəmlə müşayiət oluna, nəfəs almada çətinliyə gətirə bilər. Xəstələrin 20 faizində qızdırma 40.5 həndəvərində olur. Xəstəliyə ən çox körpələr, yaşlılar, siqaret narkomanları, spirtli içki aludəçiləri, ürək-damar, xroniki bronxit, diabet və böyrək xəstələri, immunitet sistemi zəifləmiş şəxslər həssas olurlar.
Xəstəliklərdən qorunmaq üçün kondisionerlər, ventilyasiya sistemləri, su anbarları, bağlı sahələrdəki hovuzlar, duş başlıqları ilə bəzi tibbi alətlər diqqətlə nəzarətdən keçirilməlidir. Kondisionerin işləməsi nəticəsində havadakı rütubət azaldığı və quru havanın çəkisi artdığından burun içi toxumalarda və boğazda zədələnmələr yarana, infeksiyalar baş qaldıra bilər. 
Bu cür mənfi təsirlərin görülməməsi üçün mümkün qədər təbii ventilyasiya ilə kifayətlənmək lazımdır. Çox lazım olmadıqca kondisioner yerinə məkandakı pəncərə və qapıları açıb havanı dəyişmək məqsədəuyğundur. Kondisioner işləyərkən ona ən yaxın məsafə 2 metrdən çox olmamalıdır.
Kondisioner, gün ərzində mümkün qədər az istifadə edilməli və mühitdəki nəm havanın miqdarını artırmaq üçün vaxtaşırı təbii ventilyasiya həyata keçirilməlidir.
Kondisionerin səbəb olduğu narahatlıqları önləmənin yolu havanı yavaş-yavaş soyutmaqdan keçir. Ümumiyyətlə, istidən böhrana düşənlər, adətən qısa zamanda sərinləşmək istəyirlər. Halbuki, kondisionerlərdən mühiti müəyyən zamanlarda yavaş-yavaş soyutmaq üçün istifadə edilməsi lazımdır. Məsələn, çöldə istilik 40 dərəcə isə kondisioner işlədiləcək mühitdə istiliyin 5 dərəcə salınmasında fayda var. 
Kondisioner istifadə edilən mühitdə siqaret çəkmək də zərərlidir. Bu, xroniki ağ ciyər xəstəliklərini, immunitet sisteminə təsir edən müxtəlif xəstəlikləri və sətəlcəm riskini artıran faktorlar arasındadır.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1656
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz