Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatin cətinlikəri
Həyatin cətinlikəri
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1008
Səs ver:

İnsan nəfəs alıb verərkən, yəni ona verilmiş həyatı yaşayarkən eyni zamanda döyüşməyi öyrənir.
Keçən hər an ona bir şey qatır və bir şey qoparır ondan.
Tanışı hər adam bir şey öyrədir ona, bir şey unutdurur.
Hər anı, təcrübə olaraq yığılır, çoxalır.
❥❥❥
Zaman hər şeyin üstündə bir yerdə.
Keçmişi, gələcəyi və ən əhəmiyyətlisi indini içində saxlayır.
Hər şeyi bilən, amma heç bir şey söyləməyən yaşlı bir alim kimi seyr edir baş verənləri.
❥❥❥
Bütün bunların kölgəsində böyüyən insan, acizliyinə baxmayaraq işıqlıq həsrəti və ümidlə dolu.
Nə mübarizənin çətinliyi, nə də zamanın məhdudiyyətləri əhəmiyyətlidir onun üçün.
O həmişə daha yeninin arxasında, daha çoxunun təlaşında.
İnsan olmanın gərəyi olan şeyləri unutmadan fərqli xəttlərdə gedir.
Gün gəlir aclıqla imtahan verir, gün gəlir eşqə düşüb yanır.
Bəzən özünü unudub sevdikləri üçün yaşayır, bəzən sevdiklərinin onu yaşatmasını gözləyir.
Gücü çatdığında, xəyalları əlverişli olduqca istəyir.
Bilmək istəyir məsələn, bilinmək istəyir, sevmək-sevilmək istəyir.
Hörmət gözləyir üzlərdən, vəfa-sədaqət müşahidə edir özün göstərməsə belə.
Bunların əskikliyində azalır içində, özündən uzaqlaşır.
Ancaq bunlarla tamamlayır özünü. Bunu bilir və buna görə hərəkət edir.
❥❥❥
İstəklərin üst-üstə düşdüyü və ya ziddiyyət təşkil etdiyi yerlərdə də digər insanlarla qarşı-qarşıya gəlir.
Bədənindən qanlar boşalır.
Amma hər şeyə və hər kəsə baxmayaraq, təkrar yolunu tapmağa çalışır. Keçmişin rəhbərliyində gələcəyə doğru irəliləyir.
Onu kənarlarda gözləyən şeyləri başqa xəyallarla bəzəyib gedir, ölüm deyilən yeni bir başlanğıca. Yəni nə döyüşün çətinliyi, nə də zamanın məhdudiyyətləri azaldır insanin həyata arzusunu...

 



Şərhlər:
Baxılıb: 1008
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz