Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqqabımız bizi insanlara tanıtdırır? - FOTO
Ayaqqabımız bizi insanlara tanıtdırır? - FOTO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9876
Səs ver:

Amerikanın Kanzas Universitetinin elm xadimləri 63 tələbədən 208 cüt ayaqqabıya baxmasını və onların sahiblərinin xarakterini təyin etmələrini istəyib. Ayaqqabı sahibləri isə özləri haqqında bütün məlumatları psixoloqlara danışıblar. Tələbələr asanlıqla ayaqqabı sahiblərinin yaşı, sosial statuslarını təyin ediblər. Hətta onların həyatlarının bəzi intim məqamlarını belə tutublar. Deyilənlərin 90 faizi demək olar ki, doğru çıxıb.

Qadinlar.Biz oxucularına ayaqqabıya görə xasiyyəti təyin etməyə dair bir neçə ipucu təqdim edir:


"Qadınlar"

İdman stilli

Belə ayaqqabıya ünsiyətcil, açıq, azad xanımlar üstünlük verirlər. Onlar səyahət etməyi və dost tapmağı çox sevirlər. Dəyişikliklərə çətin alışırlar. Qarşılarında məqsəd qoyub ona doğru gedirlər. Onları işdə ideya generatoru belə adlandırmaq olar.

Kişi ayaqqabısı

Yarımbotinka və ya dairəvi, dörbucaq dabanlı ayaqqabı sahibi özünə əminliyini göstərir. Hər şeyə özləri nail olurlar. Əməksevərdirlər. Onların şüarı belədir "Yaxşısını etmək istəyirsənsənsə, işini özün gör".

Platforma

Belə ayaqqabını romantik insanlar sevirlər. Onlar istənilən insanla kompromisə gedirlər. Düzdür, bəzən əmr verməyi də sevirlər. Diqqət mərkəzsində olmağı xoşlayırlar.

Baletka

Kişilərdə belə ayaqqabı geyinən qadınlar müdafiə olunmaq istəyi hissi yaradırlar. Onlar dostcanlı, ünsiyətcil, diqqətli və yumşaqürəklidirlər.

Dikdaban

Nazik hündür dikdaban qadının özünəəminliyini ifadə edir. Belə qadınların həyata orijinal baxışları olur. Onlar ətrafındakılara rəhbərlik etməyi sevirlər. Onların şüarı "Bütün mümkün variantlardan ən yaxşısını seçmək lazımdır". Bir az ərköyün olurlar.

Mokasin

Onları sevənlər yaxşı rəfiqə və sevgili olurlar. Özlərini təbii aparırlar. Ən çətin problemləri belə asanlıqla həll edirlər. Analitik düşüncə qabiliyyəti düzgün nəticə çıxarmağa yardım edir.

Uzunboğaz qış ayaqqabılar

Belə ayaqqabı geyinən qadınıların sərt görünüşünün altında komplekslilik, utancaqlıq var. Onlar hisslərini gizlədirlər. Belə ayaqqabılar onların özünə maraq cəlb etmə üsuludur.

Yarım uzunboğaz qış ayaqqabılar

Onların sahibləri gələcək haqqında düşünmür, keçmişlə bağlı özlərini yormurlar. Onların bütün probleməri demək olar ki, öz özlüyündən həll edilir. Belə ayaqqabı sevənlərin əhval-ruhiyyəsi demək olar ki həmişə yaxşı olur. Uzunmüddətli münasibətlərdənsə, qısa romanlara üstünlük verirlər. Bəzən çox aqressiv ola bilirlər.

Alçaqdaban ayaqqabılar

Belə daban sevən qadınlar tənqidləri çox ağır qəbul edirlər. Ancaq özləri kimisə tənqid etməkdən çəkinmirlər. "Qara günə" pul yığır və praktikilikləri ilə seçilirlər.

"Kişilər"

Tufli

Əgər kişinin geyindiyi ayaqqabıda heç daban yoxdursa, bu, onun ünsiyyətcil, həyatdan xoşbəxtliyi ala bilən insan olmasından xəbər verir. Ucu dördbucaq olan ayaqqabı sahibləri məqsədyönlü, fikirlərində qəti, çox prinsipial və özlərini sevən olurlar.

İdman ayaqqabısı "krossovka"

Düşüncə qabiliyyətləri bol olan kişilər belə ayaqqabıları sevirlər. İstənilən şəraitə asanlıqla uyğunlaşırlar. Uşaq xasiyətli olurlar.

Böyük platformalı botinka

Belə ayaqqabı sevən insan azadlığa can atır və bütün yollarla özünüifadə etməyə çalışır. Əslində qəlblərində bədbin olurlar.

Səndəl

Sahibləri yüngül xarakteri olur və tanımadıqları insanlarla belə asanlıqla ünsiyyət qura bilirlər.



Şərhlər:
Baxılıb: 9876
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz