Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanan dəfnə yarpağını otaqlarda gəzdirin...
Yanan dəfnə yarpağını otaqlarda gəzdirin...
Göndərən: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 389
Səs ver:
Hər evin öz ətri var. Kimdəsə ətir və ya qəhvə, digərlərində isə yemək və ya isti süd iyi gəlir.

Lakin elə mənzillər də var ki, oradan həmişə təravət və təmizlik iyi gəlir.

Bu zaman insan orada özünü çox rahat hiss edir, çünki havadan heç bir süni və ya xoşagəlməz iylər gəlmir. Ümumiyyətlə evdən təravətli iylər gəlməsi üçün bir çox üsullar təklif olunur.

Yanan dəfnə yarpağını otaqlarda gəzdirin...


Onlardan biri də qədim yunanlar və romalıların tətbiq etdiyi üsuldur. Onlar dəfnə yarpağını təkcə kulinariyada deyil, həm də otaqların təmizlənməsində, xoşagəlməz qoxulardan və rütubətdən xilas olmaq məqsədi ilə istifadə edib. Bunun üçün dəfnə yarpaqlarına adi kibrit çöpü ilə sadəcə, yandırmaq lazımdır. Yeri gəlmişkən, əgər belə bir proseduru tez-tez təkrarlasanız, nəinki pis iylərdən xilas olacaq, həm səhhəti yaxşılaşdırmaq, həm də bəzi xəstəliklərin qarşısını almaq olar. Sübut olunub ki, dəfnə ağacı yarpağının qoxusu orqanizminə sakitləşdirici və ağrıkəsici təsir göstərir.

Dəfnə yarpağı epilepsiya tutmalarını, stress, yorğunluğun qarşısını almağa və yuxusuzluğu aradan qaldırmağa qadirdir. Bu onunla əlaqədardır ki, bu yarpaqdakı sineol maddəsində spesifik efir yağları var və o, nəfəs yollarını təmizləyərək bütün orqanizmin rahatlaşmasına xidmət edir.

Dəfnə yarpaqlarını yandırdıqdan cəmi 10 dəqiqə sonra öz təsirini göstərir. Bir müddət sonra otağı xoş qoxular bürüyəcək və siz özünüzü daha komfortlu hiss edəcəksiniz.

Yeri gəlmişkən, dəfnə yarpağı uğur, qələbə və təmizlik rəmzi sayılır. Bitkinin qəribə və magik xassələri hələ qədimdə müəyyən olunub. Dəfnə yarpağı ilə arzuların reallaşması üçün müxtəlif ayinlər keçirilib. Məsələn, indiyədək bəzi xalqlar giriş qapılarının yaxınlığına qoruyucu kimi bir neçə dəfnə budağı saxlayır. Necə deyərlər “Yatmış daşın altında su axmır”, ona görə də tənbəllik etməyin və bu ədviyyatın köməyi ilə öz istəklərinizi yerinə yetirməyə çalışın.

Arzularınızı dəfnə yarpağına yazın və ona od vurun. Əgər siz pozitivliyi sona qədər qoruyub saxlasınız, istəkləriniz mütləq yerinə yetəcək. Unutmayın ki, fikrin gücü möcüzələr yaradır, onun sehrinə inanın və sizin bütün arzularınız çin olacaq.

Bundan əlavə, dəfnə yarpaqları tarakanlarla mübarizədə olduqca səmərəlidir. Onların qoxusu tarakanları ürküdür. Üstəlik, belə bir vasitə həm ev heyvanları, həm də sizin övladlarınız üçün tamamilə təhlükəsizdir. Siz onları quru və ya təzə halda otaqların künclərinə qoya bilərsiniz. Amma daha yaxşı effekt üçün quru istifadə edin, çünki onların iyi daha kəskindir.

Ümumiyyətlə, dəfnə yarpağının faydalı xassələrini sayıb bitirmək çox çətindir. O, kulinariyada, müalicəvi məqsədlərlə, məişətdə və digər sahələrdə tətbiq edilir. Buna görə də ev üçün bu nadir ədviyyatı mütləq almaq lazımdır!


Şərhlər: 8
Baxılıb: 389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Sitat: arzum-aysum

Ay canim, fon şəklini redaktə edəndə redaktorlar qoyur

Hmmm...anlawildi.Belke lavroviy list yazardiz,onda belke taniyardilar defne yarpagin:)))))
26 noyabr 2016 20:07
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Hec sevmirem defne yarpagini.Evde pis qoxunu itirmek ucun istifade edecem
26 noyabr 2016 17:36
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Sitat: YalniZ-ArZu


P.S-Turkan baci,sohbet defne yarpagindan gedir,ancaq fondaki qaliba ispanaqdie:)))))))

Ay canim, fon şəklini redaktə edəndə redaktorlar qoyur
26 noyabr 2016 17:31
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Barbaris
maraqli faydali melumatdir ama yox istifade etmirem(
26 noyabr 2016 17:16
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Faydalı məlumat oldu . Dəfnə yarpağının qoxusunu sevirəm mən daha çox saç üçün istifadə edirəm lakin onun sağlamlıq baxımından bu qədər faydalı ola biləcəyini bilmirdim təşəkkürlər.
26 noyabr 2016 16:22
# 4
krisa
Tesekkurler arzum-aysum bacim, bu maraqli melumata gore.Mende evde hemise olur defne yarpagi.Men onu borsa,supa,buglamaya ve tursulara elave edirem.Bu haqqda melumatim yoxdu.Gerek mende otaqda yandirim.
26 noyabr 2016 16:15
# 3
YalniZ-ArZu
Cox sevirem,en cox da borwda istifade edirem.Yandirmamiwam hele ne yalan deyim,amma prob ederem.Arzu tutmaq filan bunlara inanmadim:)
Yorgan doweyin arasina da defne yarpagi qoyurduq biz,sus duwmurdu onda.

P.S-Turkan baci,sohbet defne yarpagindan gedir,ancaq fondaki qaliba ispanaqdie:)))))))
26 noyabr 2016 16:10
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
maraqli melumat oldu
26 noyabr 2016 14:38
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz