Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevənlər belə edir - 10 əlamət
Sevənlər belə edir - 10 əlamət
Göndərən: Dilaycan
Şərhlər: 4
Baxılıb: 382
Səs ver:
Sevmək və sevgilinizlə birlikdə etdiyiniz ən adi davranışlar belə, insana xüsusi zövq verir. Onunla həyat daha əyləncəli, daha sevgi dolu, daha maraqlıdır. Üstəlik, birlikdə öhdəsindən gəlməyəcəyiniz heç nə yoxdur.

1. Duşu paylaşmaq

Artıq münasibətləriniz ciddi mərhələdədirsə, birlikdə duş almağa başlayırsınız. Bir-birinizin kürəyini şampunlayır, saçlarınızı yuyursunuz. Hətta bir-birinizin ayaqlarını şampunlamaqdan belə çəkinmirsiniz.

2. Müxtəlif yerlərdəykən eyni serialı izləmək

İkiniz də eyni serialı izləyirsiniz (bəlkə biriniz işdə, digəriniz isə evdəykən) və sevgilinizin də izlədiyinə əmin olmaq üçün bir-birinizə mesaj yollayarsınız.

3. Yataqda müəyyən yerləri “işğal etmək”

Bütün cütlüklər yataqda hansı yerdə yatacağını seçir. Cütlüklər sevgililərinin gecə keyfiyyətli yuxu alma ehtiyaclarını anlayırlar. Uzunluğun bununla heç bir əlaqəsi yoxdur. Bədəniniz istər kiçik, istər böyük ölçülü olsun, onun rahat yatması üçün hətta yatağın bir küncündə belə, qıvrılaraq yata bilərsiniz.

4. Qucaqlaşmaq

Qucaqlaşaraq yuxuya getmisiniz. Gecənin bir yarısında sevgilinizin ehtiyatla qolunu çəkir və ya ikiniz də birdən yuxudan oyananda eyni hərəkətləri edirsiniz. Amma uzaqlaşdıqda belə, ayaqlarınız bir-birinə dəyir. Bu hərəkət sizi və sizinlə qucaqlaşmağı sevdiyinin göstəricisidir. Bütün gecəni onunla qucaqlaşaraq keçirmək isə bir az düşüncəsizlik olar.

5. Harada və nə yeməyinizi seçmək

Kişi xanımdan harada və nə yemək istədiyini soruşduqda mütləq düzgün cavab verməlidir. “Fərq etməz” deməyin. Çünki o, bunun yalan olduğunu bilir. Onsuz da nə seçəcəyinizi bilir. Amma bəlkə ürəyiniz nəsə istəyə bilər deyə son qərarı vermək istəmir. Və gedəcəyiniz yeri dedikdə nə reaksiya verəcəyinizi bilmək istəyir. Əgər o, sizi həqiqətən sevirsə, restoran seçimi vərdişlərinizi asanlıqla həll edəcək.

6. Bir-birinizi güldürmək

Sevgililərin bir-birini güldürməsi çox əhəmiyyətlidir. Yumor anlayışını anlaya bilmək, gün ərzində sevincini yerinə gətirə bilmək vacibdir. Bundan daha gözəl heç nə yoxdur. Nə yaşayırsınızsa yaşayın, gülə bilmək üçün sizə ehtiyacı olacaq ki, hər şeyin yaxşı olacağını bilsin

7. Bir-birinizin yanında paltar dəyişmək

Birlikdə yaşayırsınızsa mütləq bir-birinizin qarşısında paltarınızı dəyişdirəcəyiniz an mütləq gələcək. Sevgiliniz üçün corab axtarmaq, koftasını geyinməyinə kömək edəcəksiniz. Paltarı çətin geyindikdə onun yanınızda olması sizə köməkdir. Xüsusilə yaxşı görünüb-görünməməyinizi də birinci ondan soruşacaqsınız.

8. Məlum günləri anlayışla qarşılamaq

Bir qadın mütləq menstruasiya olmalıdır. Həmin dövrü qadınlar fiziki və emosional olaraq ağrılı keçirir. Kişilər üçün isə bu dövr “romantik” əziyyətdir. İlk üç gün bəzən həqiqətən də çox cansıxıcı ola bilər. Əgər sevgiliniz sizi özünə həsr edibsə, şikayətləriniz, ağrılarınız, əsəbi anlarınızı anlayışla qarşılayacaq. O, sizin bir neçə günlük tamamilə fərqli bir insana çevrilməyinizdən narahat olmayacaq. Üstəlik, bu günlərdə hər zaman nəyəsə ehtiyacınız olub-olmaması ilə maraqlanacaq. Məsələn, şokolad istəyirsən, bezin var, qarnını masaj edim?

9. Birlikdə olduqda söhbət etmək

Təklikdə qalmaq ən çox arzulanan məqamdır. Geyinirsiniz, saçlarınızı səliqəyə salırsınız, sevgiliniz isə təraş olur, saçlarını düzəldir və səliqəli görünməyə çalışır. Bəs yemək masasına əyləşdikdən sonra hansı mövzularda söhbətlər edəcəksiniz? Baxacağınız yeni filmlər, iş yerinizdəki dedi-qodular, dostlarınızdan bəhs etmək, ailə məsələləri, tətil planları və s. adi mövzuların münasibətdə dəyərli olması vacib məqamdır.

10. Yataqda söhbəti etmək

Məsələ həddindən artıq səmimi söhbətlərdən sonra yatağa uzandıqda bunu davam etdirmək deyil. Uzun bir günün sonunda birlikdə yatağa uzanıb edəcəyiniz söhbətlər əvəzedilməzdir. Gününüzün necə keçdiyini və özünüzü necə hiss etdiyinizi soruşursunuz və bir-birinizin qollarında yuxuya gedirsiniz.


Şərhlər: 4
Baxılıb: 382
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsiz oxumadim
18 noyabr 2016 18:36
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Daha cox eyni evde yasayanlara aiddir.
17 noyabr 2016 22:49
# 3
duymecik
Sevgi varsa bularda olmalidi
17 noyabr 2016 22:37
# 2
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
arzum-aysum
Bunlar her biri normal haldır. Iki şəxs bir evdə yaşayırsa ve bir birini sevirsə bunlari etməkdə qeyri-adi bir şey yoxdur. Burda iki seven insanin etdiyi cox şeylər yazılmayıb
17 noyabr 2016 22:17
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz