Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəstəlik nəyə görə günahları aradan aparır?
Xəstəlik nəyə görə günahları aradan aparır?
Göndərən: Barbaris
Şərhlər: 2
Baxılıb: 280
Səs ver:
Xəstəlik elə bir şeydir ki, hər bir canlını yaxalaya bilər. Xəstəliyə münasibət insanların arasında fərqlidir. Bəziləri xəstəliyi bəla və əziyyət bilib, səbirsizlik edirlər. Bəziləri isə onu imtahan kimi qəbul edib, səbir edirlər. (Tebyan)

Qadinlar.Biz deyerler.org-a istinadən bildirir ki, bəs əziz Peyğəmbərimizin (s) xəstəliyə baxışı necə idi?
Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: "Xəstə insan üçün 4 xüsusiyyət vardır:
1. Qələm ondan götürülər. (Yəni, xəstəliyə görə tərk etdiyi vacibatlara və ya xəstə olduğu üçün yerinə yetirməli olduğu harama görə cəzalanmaz).
2. Allah (əməl) mələyinə əmr edər ki, sağlam olan zaman yerinə yetirdiyi hər bir ibadəti onun üçün yazsın.
3. Xəstəlik hər üzvə daxil olar, həmin üzvdəki günah xaric olar. (Əgər xəstə halı ilə) ölərsə, bağışlanar.
4. Əgər sağalarsa və sağ qalarsa, yenə də bağışlanar".
Ancaq bu bağışlanma Allahın haqqına aiddir, haqqun-nas isə hələ də xəstə insanın boynunda olar. Biz hamımız xəstəliyin nə olduğunu yaxşı bilirik. Bəzi xəstəliklər sürətlə sağalar, bəzisi isə uzun müddət insana aəziyyət verər. Ancaq mühüm olan bizim nə qədər səbir edə biləcəyimizdir.
Allah mehriban və müdrikdir. Bizim sağalmağımız Onun əlindədir.
Xəstəliyin günahı aradan aparması iki səbəbə görədir:
1. Xəstənin qəzəb və şəhvəti, xəstə olduğu üçün süstləşər (əlverişli zəminə yaranar).
2. Xəstə insan tövbə və istiğfar edərək, Allaha üz tutar və çirkin işləri tərk edəcəyini vəd edər.
Allah buyurur: "İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) - böyrü üstə yatanda, oturanda, ayaq üstə - (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük, Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir". ("Yunus" 12).
Beləlliklə deyə bilərik ki, o günah ki, hələ nəfsə nüfuz etməmişdir, tezliklə aradan gedər. Ancaq o günah ki, artıq mələkə halını almışdır, xəstəlik zamanı peşmanlıq və istiğfar ilə aradan gedər.
İmam Əli (ə) buyurur: "Nə zaman Allah bəndəsi xəstəliyinin əziyyətini Allahın hesabına qoyar, bu, ona savab və əcrin çatması üçün zəminə olub onun behiştə girməsinə bais olar".
Xəstəliklər bizə bu qədər xeyir gətirməyinə baxmayaraq, bu, o demək deyildir ki, şəfa istəməyək. Çünki bizim Allahımız kərimdir. Hər kimə istəsə, savab və əcr verər. Ona görə də Allahın fəzlinə ümid bəsləyib, Ondan dünya və axirət xeyirini istəmək lazımdır.
Xəstə ağrısına görə ah çəkər və şəfa istəyər. Allah xəstənin bu halını sevir və istəyir ki, Onunla dərdləşsin və söhbət etsin. Bəzən də Allah insanın mənəvi məqamının ucalması üçün onu xəstə yatağına salar. Ən yaxşı xəstə o kəsdir ki, səbir edər. Ağrısını gizlədər və insanların yanında şikayət etməz.
İmam Sadiq (ə) buyurur: "Həqiqətən behiştdə elə bir məqam vardır ki, heç bir bəndə ona çatmaz, məgər o halda ki, (dünyada) bədəninə bəla yetişər".
Əlbəttə, bu, o kəslərə şamil edilir ki, xəstəliyinə görə səbir edər. İmam Əli (ə) buyurur ki, xəstəliyin özünün savabı yoxdur, bəlkə bizim bu xəstəliyə görə səbir etməyimizin əcri vardır.
Həzrət Peyğəmbər (s) buyurur: "Mömin kişi və qadın davamlı olaraq malına, canına və övladlarına görə bəlaya düçar olar ki, günahı olmadan Allahla görüşə bilsin".
Rəsuli-Əkrəm (s) buyurur: "Bir anlıq ağrı günahın bir anlıq təsirini aradan aparar".
Peyğəmbər (s) buyurur: "Möminə xəstə olan zaman savab verilməz, ancaq günahı örtülmüş olar".
Həzrət (s) başqa yerdə buyurur: "Mömin insan xəstə olan zaman Allah ona şəfa verərsə, onun keçmiş günahlarının kəffarəsi və gələcəkdə nəsihət almaq mənbəyi olar".
Allah Təala bizləri günahları bağışlananlardan qərar versin.


Şərhlər: 2
Baxılıb: 280
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah insani xesdeledirerek onun gunahlarini baqislayar bu barede eshitmisdim
13 oktyabr 2016 11:44
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fidan ALYEVA
Cox maraqli oldu oxumaq allah hec kimi boyuk xesteliye salmasin
13 oktyabr 2016 08:29
# 1
.O.F.S.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz